Tikinti materialına çevrilən bakteriyalar

Tikinti materialına çevrilən bakteriyalar

Yanacaq üçün yarpaqlar

Fotosintez prosesini suni şəkildə həyata keçirmək üçün araşdırmalar aparan elm adamları kimyəvi yanacaq istehsalında günəş enerjisindən istifadə etməyi hədəfləyirlər. Bu yolda müəyyən irəliləyişlər olsa da, hələ də daha ucuz və səmərəli yanacaq əldə edilə bilməyib.

Tikinti materialına çevrilən bakteriyalar

İstehsalat dünyasında bir çox şirkətlər qaynaqları qorumaq, xərcləri azaltmaq, məhsulları ən əlverişli yerdə və zamanda satışa çıxarmaq üçün bakteriyaların yaradılış xüsusiyyətlərindən istifadə edirlər. “BacillaFilla” adlı bakteriya növü buna nümunədir. Dəmir-beton strukturlarda meydana gələn çatların arasında çoxalan və yapışdırıcı istehsal edərək çatları örtən bu bakteriya növü uca Allahın yaratdığı xüsusiyyətləri daşıyan “Bacillus subtilis” adlı bir bakteriyanın genlərinin dəyişdirilməsi ilə istehsal edilmişdir.
Elm dünyasına yol göstərən digər canlılar:

Təyyarələrdən fərqli olaraq, iynəcələr istənilən istiqamətə uça bilirlər. Onların bu xüsusiyyəti “Hovercraft”lara ilham mənbəyi olmuşdur.
Köpək balığının dərisi sürtünməni azaldır. Bundan ilham alınaraq dalğıc geyimləri istehsal edilmişdir.

Termitlər havalandırma sistemi olan təpəciklər inşa edirlər. Memarlar da bina tikintisində bu sistemdən istifadə edirlər.

Rayt qardaşlarına və Leonardo da Vinçiyə ilk təyyarə sınaqlarında quşlar nümunə olmuşlar.

Ağacların yarpaqları günəş batareyalarına ilham qaynağı olmuşdur.

Kəpənək qanadları təkmil cihazların ekranlarının istehsalına kömək etmişdir.

Balina üzgəcləri turbin qanadlarının təkmilləşdirilməsini təmin etmişdir.

Şanagüllə bitkisinin yarpaqları sukeçirməz səthlərin istehsalına nümunə olmuşdur.

Quşların dimdiyinin forması sürət qatarlarında müqavimətin zəiflədilməsinə kömək etmişdir.

Göylərdən yer üzünə və dənizin dərinliklərinə qədər hər tərəf mükəmməl yaradılış nümunələri olan “təbii texnologiyalar” ilə əhatə olunmuşdur. Ən sadə sənaye məhsullarının belə tərtibatçısı və istehsalat yeri var. Elə isə nəhəng fabriklərlə və ya mürəkkəb mexanizmlərlə müqayisə edilməyəcək qədər mükəmməl sistemlərə sahib canlıların təsadüfən, öz-özünə meydana gəldiyini iddia etmək elmdən və məntiqdən kənar olar.

Hər bir canlı mükəmməl yaradılışa sahibdir. Canlıların mükəmməl yaradılış xüsusiyyətləri yaradıldıqları andan etibarən qüsursuz və əskiksiz şəkildə meydana çıxmışdır. Çünki Allah qüsursuz şəkildə yaradandır. Allah Quranda belə buyurur:

(Bunu) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik.) (Qaf surəsi, 8)