Heyvanlar aləmində ən uca səsə sahib böcək - “Supersonus”

Heyvanlar aləmində ən uca səsə sahib böcək - “Supersonus”

Cənubi Amerikanın subtropik meşələrində yaşayan bu böcək növünün yüksək tezlikli ultrasəs dalğaları yaydığı müəyyən edilmişdir.


Çəyirtkələr (katydid), əsasən, akustik ünsiyyət bacarığı ilə tanınan canlılardır. Erkəklər cütləşmə zamanı dişiləri cəlb etmək üçün qanadlarını bir-birinə sürtərək təbiətdəki ən yüksək tezlikli səsləri çıxarırlar. Erkək böcəklərin yaydığı səsin tezliyi bəzən 150 kHs -ə çatır.  Ancaq əksər çəyirtkələr 5-30 kHs aralıqda tezlikdən istifadə edirlər. İnsanlar isə yalnız 20 kHs-ə qədər səsləri eşidə bilirlər. Kolumbiya və ektavorial meşələrdə yeni tapılan bu fəsiləyə “Supersonus” adı verilmişdir.


Allah bütün canlıları fərqli xüsusiyyətlərlə və yaşadıqları mühitə ən uyğun sistemlərlə birlikdə yaratmışdır. “Supersonus” adlı bu böcək növü də sahib olduğu qüsursuz sistemlərlə bir yaradılış möcüzəsdir. Böcəyi tədqiq etdiyimiz zaman ön qanadlarının olduqca kiçik olmasına baxmayaraq, çox yüksək tezlikli səslər çıxardığını görürük. 

Linkoln universitetindən dr. Fernando Monteleqre-Z bu böcək növü ilə bağlı belə açıqlama vermişdir:

“Uzaqdakı dişiləri çağırmaq üçün erkək çəyirtkələr bir qanadını digər qanadının üzərindəki “dişlərə” sürtərək mahnı oxuyurlar. Bu qanad nağara kimi titrəyərək dinamik funksiyası yerinə yetirir. Ən qabaqcıl texnologiyadan istifadə edərək bunları aşkar etdik: Böcək sağ qanadı ilə səsi yaymaq üçün “bağlı qutu” əmələ gətirir. İnsanların düzəltdiyi səsucaldan dinamiklərdə də  səsi yaymaq  üçün bu üsuldan istifadə olunur. Böyük dinamiklər alçaq tezlikli səslər, kiçik dinamiklər isə yüksək tezlikli səslər yayır. Buna görə də çəyirtkələr kiçik qanadları ilə mahnılarını belə yüksək tezlikdə yaya bilirlər.”


Stratklayd universiteti Ultrasəs Mühəndisliyi Mərkəzindən  dr. Ceyms Vindmil  belə bildirmişdir: “Bu böcəklər yüksək ultrasəs siqnalları göndərə və eşidə bilirlər.” 


Həmçinin böcəklər sahib olduqları bu yüksək tezlikli ultrasəs dalğaları sayəsində yarasa kimi ov edən heyvanlardan qoruna bilirlər. Yarasalar ekolokasiyadan istifadə edərək ovlarının hərəkətlərini izləyə, həmçinin çəyirtkə və qurbağa kimi canlıların mahnılarını da dinləyə bilirlər. Cənubi Amerikada yaşayan bu böcək növünün qulaqları isə yarasaların yaydıqları ekolokosiya dalğalarını təyin edə bilir. Bəzi yarasalar 150 kHs kimi çox yüksək tezlikli ultrasəs dalğaları ilə ətrafdakı canlıların yerini müəyyən etsələr də, çəyirtkələrin yaydığı səslər uzaq məsafələrdə çox tez itdiyi üçün yarasa uçarkən onun siqnalını eşitməkdə çətinlik çəkir.
Yeni kəşf edilən bu böcək  növünün sahib olduğu möhtəşəm xüsusiyyətləri ona uca Rəbbimiz bəxş etmişdir. Yüksək tezlikli səsləri qəbul etmələrini və özlərini qorumaq üçün duyğu orqanlarını yaradan Allah hər canlıda bizə Öz yaratma sənətinin dəlillərini göstərir.  Müasir texnologiya sayəsində canlıların sahib olduqları bu mükəmməl xüsusiyyətləri öyrənmək Allaha olan sevgimizin və qorxumuzun artmasına, Allahın böyüklüyünü təqdir etməyimizə vəsilə olur.


Allah sonsuz güc və qüdrətinin hər şeyi əhatə etdiyini Quranın bir ayəsində belə bildirmişdir:


Yeddi göyü təbəqələr şəklində yaradan Odur. Sən Rəhman olan (Allahın) yaratdığında qətiyyən bir uyğunsuzluq görə bilməzsən. Bir başını qaldırıb (göyə) bax, heç onda yarıq (nöqsan) görürsənmi?! Sonra göz gəzdirib yenidən bax! Göz (uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda sənə tərəf qayıdacaqdır. (Mülk surəsi, 3-4)