700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

Yaxud  ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi?

80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən "meymun adam" kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda  gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?

Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir.

Bu təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır.

Təkamülçü tarix anlayışına görə, bəşəriyyət tarixi insanın “təkamülünə” paralel olaraq müxtəlif dövrlərə ayrılaraq araşdırılır. Daş dövrü, tunc dövrü və dəmir dövrü təkamülçü xronologiyanın əsasını təşkil edir.

Halbuki, arxeoloji tapıntılar və elmi məlumatlar araşdırıldıqda ortaya daha fərqli mənzərə çıxır. Arxeoloji qazıntılarda tapılan alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, dekorasiya vəsaitləri keçmiş insanların mədəni inkişafının göstəricilərindəndir.

İndi isə bu sivilizasiyalardan qalmış bəzi tarixi abidələrə nəzər salaq.

Misir piramidalarının hər biri təxminən 2.5 ton ağırlığında, 2.3 milyon daş blokdan ibarətdir. Piramidaların inşasında tətbiq edilən həndəsi rəqəmlər, daşların kəsimindəki həssaslıq, piramidaların nəhəng ölçüsü və bunların inşa edildiyi dövrdəki şərait və texnologiya öyrənildikdə, həqiqətən, möcüzə olduğu açıq-aydın görünür. Piramidaların daxili arxitekturası, dəhlizlər və daha bir çox sirli nöqtələr öyrənildikdə bu möcüzələrə olan heyranlıq daha da artır.

Stounhenc çənbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri 25 ton ağırlığında 30-a qədər  daş blokun birləşdirilməsindən əmələ gəlib. İngiltərədə yerləşən bu tikili bir çox tədqiqatçının diqqətini çəkir.

  E.ə. 3200-cü ildə inşa edildiyi təxmin edilən Nyuqreync Dublin yaxınlığında bir mavzoleydir. Tikilinin üzərindəki qübbə bir mühəndislik möcüzəsidir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan monolit daşlar üst-üstə elə qoyulub ki, hər üstdəki daş altdakından bir az kənara çıxır, bu yolla tikilinin üstündə orta hissədə 6 metr hündürlüyündə altı bucaqlı baca əmələ gəlir. Bacanın sonunda lazım gəldikdə açılıb-örtülən daş qapaq var.

Nyuqreyncin tikintisində istifadə edilən daş blokların necə daşındığı, inşaatın hansı texnika ilə həyata keçirildiyi dövrümüzdə hələ də tam aşkar edilməyib.

Bunlardan əlavə, İştar darvazası, Tiuanako şəhərindəki tikililər, İnk memarlığı, obelisklər və daha bir çox nümunələri misal göstərə bilərik.

Bu tikililər dərin bilik və təcrübəyə malik insanlar tərəfindən qabaqcıl inşaat texnikası və vasitələri ilə inşa edilmişdir. Əlbəttə, tarix boyu bir tərəfdə mədəni həyat yaşayan insanlar olduğu halda, bir tərəfdə də daha sadə və ibtidai şərtlərdə yaşayan xalqlar olub. Ancaq bu, bəşəriyyət tarixinin “təkamülünə” dəlil deyil. Çünki müasir dövrdə də dünyanın bir tərəfində kosmosa peyklər göndərilərkən, bir başqa yerdə insanlar hələ elektrikin varlığından xəbərsizdirlər. Bunlar mədəni təkamül baş verdiyini göstərmir, sadəcə mədəniyyət fərqinin göstəriciləridir.