Balın tibb sahəsinə faydaları

Balın tibb sahəsinə faydaları

Balın xammaddəsi arıların çiçəklərdən və meyvə tumurcuqlarından topladıqları nektardır. Arılar nektarı bala çevirirlər. Balın hazırlanmasında tozcuqların heç bir rolu yoxdur, arılar tozcuqları zülal ehtiyaclarını ödəmək üçün istifadə edirlər.

Şübhəsiz ki, balın ilk ağıla gələn xüsusiyyəti şirin olmasıdır. Bunun səbəbi içindəki üzüm şəkəri (34%), saxaroza (2%), fruktoza (40%) adlı üç şəkər növüdür. Balın 17%-i su, qalan 7%-i isə dəmir, natrium, kükürd, maqnezium, fosfor, çiçək tozu, manqan, alüminium, gümüş, albumin, dekstrin, azot, zülal və turşulardan ibarətdir. Balın keyfiyyətini 7%-ni təşkil edən bu maddələr müəyyən edir.

Balı şəkərdən ayıran əsas cəhət odur ki, şəkər həzm sistemində emal olunduqdan sonra qana qarışır, bal isə birbaşa qana qarışır. Çünki tərkibindəki meyvə şəkəri və üzüm şəkəri saxarozanın parçalanması ilə meydana gəlir. Buna görə də bunlara "sadə şəkərlər" deyilir. Bir sözlə, bal insana ən çox və ən sürətli şəkildə fayda verən qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə ərzində bədənə enerji verdiyi müəyyən edilmişdir. Allah Quranda balı insanlar üçün şəfa mənbəyi kimi yaratdığını bildirir:

"Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 68-69)

Balın digər şəfalı xüsusiyyətlərinə nəzər yetirək:

Bal güclü antibiotikdir

Balda bakteriya olmur, bakteriyaları məhv etmək üçün baldan istifadə edilir. Məsələn, antibiotiklərə qarşı dözümlü olan MRSA bakteriyasının bala müqavimət göstərə bilmədiyi müəyyən edilmişdir. Dr. U. Saket (W. Sackett) bal vasitəsi ilə tif mikroblarını 48 saata, dizenteriya mikroblarını isə 10 saata məhv etmişdir.

Tədqiqatçılar balın antibakterial təsirinin molekulyar əsasını öyrənmişlər. Bal arılarının immun sisteminin bir hissəsi olan və arılar tərəfindən bala əlavə edilən defensin-1 zülalını tədqiq etmiş və balın antibakterial xüsusiyyətinin, əsasən, bu zülaldan qaynaqlandığını müəyyən etmişlər. Tədqiqatçılar baldan əldə etdikləri bu birləşmənin yanıq və dəri infeksiyalarının müalicəsində, antibiotikə davamlı infeksiyaları məhv edəcək yeni dərmanların hazırlanmasında istifadə oluna biləcəyini və beləliklə, bakterial infeksiyalardan qaynaqlanan xəstəliklərin aradan qaldırılacağını düşünürlər.

Bal diş əti xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir

Yeni Zellandiyanın Waikato Universitetinin biokimya mütəxəssisi dos. dr. Piter Molan balın diş çürüməsinə səbəb olan bakteriyalardan Streptococcus mitis, Streptococcus Sabrinus və Lactobacillus casii-nin ifraz etdiyi turşu miqdarını azaltdığını kəşf etmişdir. Məlum olmuşdur ki, bal dental lövhədə dekstran əmələ gəlməsinin qarşısını alır və tərkibindəki bir ferment hidrogen peroksid istehsal edir. Hidrogen peroksid balın antibakterial təsirini artırdığı üçün diş əti infeksiyalarının müalicəsində balın bu xüsusiyyətindən faydalanmağın mümkün olduğu hesab edilir. Müəyyən edilmişdir ki, bal infeksiyanın qarşısını aldığı üçün şişi və ağrını azaldan xüsusiyyəti ilə yaraları sağaltmada mükəmməl nəticə yaradır.               

Xərçəngin bəzi növlərində xərçəng hüceyrələrinin və şişin inkişafını dayandırdığı müəyyən edilmişdir

Propolis (bərəmum) arıların müxtəlif bitkilərin tumurcuqlarından, yarpaq və gövdələrindən topladığı qətranabənzər maddədir. Arılar xarici təsirlərdən, mikroorqanizmlərdən və digər zərərvericilərdən qorumaq üçün pətəyin üzərini propolislə örtürlər. Əsrlərdir bu maddədən təbii dərman kimi istifadə edilsə də, kompleks hüceyrələr üzərində təsiri dəqiq bilinmirdi. Lakin Çikaqo Tibb  Universitetinin dəniz donuzcuqları üzərində apardığı tədqiqatlar nəticəsində ortaya çıxdı. Propolisin prostat hüceyrələrinin çoxalmasını yavaşıtdığı, bu səbəbdən prostat xərçənginin müalicəsinə vəsilə ola biləcəyi müəyyən edildi.

www.dogadakiayetler.com

Təkamülçüləri çıxılmaz vəziyyətə salan həqiqət: rəngli görən arı gözü

Arılar mavi rəngi daha yaxşı seçirlər, amma insanların gördüyü digər rəngləri də görürlər. Bu vəziyyət təkamülçülərin daha bir iddiasını təkzib edir.  Onlar xəyali təkamül sxeminə əsasən, atların və itlərin daha yuxarı pillədə olmasına baxmayaraq, bozun müxtəlif tonlarında görüb, rəngləri ayırd edə bilməməsini, aşağı pillədə olan arıların isə rəngli görməsini açıqlaya bilmirlər.   Çünki rəngli görmək kimi üstün bir xüsusiyyətin təkamülün üst pillələrində olan bəzi canlılarda itib, yenidən insanda ortaya çıxması mərhələli inkişaf iddiasına ziddir.  Halbuki uca Allah hər canlıya ehtiyacına uyğun xüsusiyyətlər bəxş etmişdir. Arılar çiçəklərin yerini müəyyən etmək və qidalanmaq üçün rəngli görmə qabiliyyəti ilə yaradılmışlar. Sonsuz qüdrət sahibi olan Allahın elmi bir ayədə bu cür xəbər verilir:

"Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir." (Ta ha surəsi, 98)

Digər canlılar kimi, arılar da bütün xüsusiyyətləri ilə birlikdə bir anda yaradılmışlar

Arı yaşamaq üçün hazırda sahib olduğu bütün xüsusiyyətlərin hamısına eyni anda sahib olmalıdır. Pətəyi qorumağa lazım olan zəhərli iynələr, çiçəklərdən nektar toplamaq üçün istifadə etdiyi uzun dil, çiçək tozlarının bədənlərinə yapışmasını təmin edən tükcüklər, ayaqlarına yerləşdirilmiş fırçayabənzər tükcüklər və sahib olduğu digər bütün xüsusiyyətlər, eyni zamanda təkamülçülərin instinkt adandırdıqları davranışlar da ortaya çıxdığı andan bəri mövcuddur. Arı doğulduğu andan etibarən sürfələrini necə bəsləyəcəyini, ana arıya necə qayğı göstərəcəyini, arı mumuna necə qənaət edəcəyini, pətəkləri hansı bucaq altında qurduqda balı asanlıqla yığıb-saxlaya biləcəyini, propolisi necə toplayacağını, qidanın yerini digər arılara necə bildirəcəyini, yuvanı necə qoruyacağını bilməlidir. Əks təqdirdə, nə arı özü yaşaya bilər, nə də arı nəsli davam edər. Bir sözlə, arıların sahib olduğu bütün xüsusiyyətlər yaradıldıqları ilk andan mövcud olmalıdır. Rəbbimizin göylərdə və yerdə olan hər şeyin yeganə sahibi olduğu Quranda belə bildirilir:

"Bilmirsənmi ki, göylərin  və yerin səltənəti ancaq Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır." (Bəqərə surəsi, 107)

www.orumcekmucizesi.com

Yer üzündəki digər canlılar kimi, arılar da Allahın ilhamı ilə hərəkət edirlər. Kainatdakı bütün canlılar - atlar, quşlar, böcəklər, ağaclar, çiçəklər, pələnglər, fillər Allaha boyun əymişlər. Hər hərəkəti Allahın ilhamı ilə edirlər. Allah canlılar üzərindəki hakimiyyətini “Hud” surəsində bizlərə belə bildirir:

"...Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (doğru yolda olanı qoruyandır)." (Hud surəsi, 56)