Çöl bitkiləri

Çöl bitkiləri

Çölün quraq mühitinə yaxından baxdığımızda, müxtəlif xüsusiyyətlərə sahib olan bitkilər diqqətimizi çəkir. Bu bitkilər, xüsusi dizaynları və fərqli növləriylə çok çətin şərtlərdə rahat şəkildə yaşaya bilirlər. Onlar bu iqlim şərtləri üçün xüsusi olaraq yaradılmış möcüzələrdir.

Çöl bitkiləri həddindən artıq isti ilə və susuzluqla başa çıxmaq üçün iki yola müraciət edirlər. Birincisi, sahib olduqları quruluşdan istifadə etmək, ikincisi də yuxuda qalmaqdır. Maraqlı strukturları və xüsusi dizaynları sayəsində quraq iqlimlərdən zərər görməyən bu bitkilərdə yarpaq həm gövdə, həm fotosintez orqanı, həm qida və su anbarı, həm də qalın quruluşuyla özünü müdafiə orqanıdır.

Bəzi anbar funksiyasını yerinə yetirən yarpaqlar isə ətrafda olan qayaların görüntüsünə bənzər forma alırlar. Müxtəlif heyvanların qorunmaq üçün və ya qida əldə etmək üçün görüntülərini dəyişməsi möcüzələrdən biridir.

Ancaq bitkinin bu cür davranması vərdiş etmədiyimiz haldır. Ətrafındakı qayaların görüntüsünə oxşar forma alıb, hansı xüsusiyyətləri daşımalı olduğunu bilməsini düşündüyümüzdə nə qədər heyrətamiz hadisə ilə qarşı-qarşıya olduğumuzu daha yaxşı anlayırıq. Əvvəla, bu bitki çöl mühitini çox yaxşı bilməli, ətraf şərtlərindən xəbərdar olmalıdır. Buna görə də ətrafdakı bəzi heyvanlardan xilas olmaq və eyni zamanda həddindən artıq istidə yaşamaq üçün müəyyən bir şəkil və müdafiə sistemi planlamalıdır. Nəticədə qayaların özü üçün ən ideal model olduğuna qərar verməlidir. Özünü qayalara bənzətsə nəzərə çarpmayacağını və daş kimi həcmli bir quruluşun anbar vəzifəsini rahat şəkildə yerinə yetirəcəyini düşünməli və bütün kimyəvi quruluşunu bu qərarına görə dəyişdirməlidir. Nə ağla, nə şüura, nə də gözə sahib olan bu bitkilərin, özləri üçün belə həyati əhəmiyyəti olan qərarlar ala bilməyəcəkləri və bu qərarlarını tətbiq edə bilməyəcəkləri çox açıqdır. Bu bitkiləri bütün bu xüsusiyyətləri ilə yaradan, üstün elm və ağıl sahibi uca Allahdır.

Yarpaqlardakı Su Anbarı

Çöl bitkilərinin mükəmməl dizaynlarının bir başqa xüsusiyyəti isə kürə şəklində olmalarıdır. Çünki kürə ən kiçik səth sahəsinə sahib olduğundan ən təsirli su anbarlama şəklidir. Çöl bitkilərinin qalın gövdələri, kürə şəkilləri və gündüz bağlı, gecə isə açıq olan məsamələri, buxarlanma ilə su itkisini azaldan quruluş meydana gətirir.

Hər bitki suyu fərqli hissələrində anbarlayır. Məsələn: əsr bitkisi yarpaqlarında, gecə açan Cereus bitkisi yeraltındakı soğanında, kaktus isə qalın gövdəsində su anbarlayır. Səbrotu kimi bitkilər isə nadir olaraq yağan yağışları tutmaq üçün yarpaqlarını açıq tutur və su toplayır. Bunun tam tərsinə Sarracenia minor kimi yağışlı bölgələrdə olan bitkilərin yarpaqları, həddindən artıq yağışdan qorunmaq üçün çətir kimidir. Hər bitkinin bu cür fərqli-fərqli şərtlərə uyğun şəklə sahib olması, Allahın möhtəşəm yaratma sənətini göstərən dəlillərdən sadəcə biridir.

Kaktusların hamısının uzun xəttləri, ya da səthlərində çox sayda çıxıntıları var. Bu bitkilərin xəttli səthləri, içlərində anbarlanan suyun miqdarına görə daralma və boşalma xüsusiyyətinə malikdir. Kaktus istiliyi bilən, su dolu gövdəsini heyvanlardan qoruyan və dikələn iynələrə malikdir. Üst təbəqə istinin bitkinin içinə daxil olmasını azaldaraq bitkini qoruyur. Bu bitkilərin rəngləri solğun və parlaqdır. Beləlikə, üzərlərinə düşən şüanın çoxunu əks etdirərlər, bəziləri də günəş işığını əks etdirən ağ tüklərlə örtülmüşdür.

Əlbəttə ki, hər bitki ilk yaradıldığı gündən etibarən, Allahın ilham etdiyi şəkildə hərəkət edir.