Duz gölü al qırmızıdır

Duz gölü al qırmızıdır

Buz mavisi rəngi ilə tanınan Duz gölünün cənub-qərb sahillərinin qızıl rəngə boyanmasının səbəbini araşdıran elm adamları, rəng dəyişikliyinə iynə ucunun mində biri böyüklüyündəki “dunaliella salina” adlanan su yosunun səbəb olduğunu müəyyən etdilər.

Dunaliella salina, xüsusilə həddindən artıq duzlu ekosistemlərdə yaşayan yosun növüdür. Duz gölündə yaşaması olduqca təbiidir. Dunaliella salinanın duz gölündə həddindən artıq çoxalması hadisəsinə algal bloom deyilir. Algal bloom hər hansı bir yosun növünün müəyyən bölgədə həddindən artıq çoxalmasıdır.

Bu canlının böyüklüyü isə 10 mikron və ya iynə ucunun mində biri qədərdir.

Bakteriyaların meydana gətirdiyi bu gözəl rəngin və görüntünün gözə xoş gəlməsilə yanaşı heç bir zərəri də yoxdur.