Amerika müdafiə sənayesində əsil gürzələri nümunə götürür

 Amerika müdafiə sənayesində əsil gürzələri nümunə götürür

Heyvanların hər biri insanları heyrətləndirən bir çox yaradılış xüsusiyyətinə sahibdirlər. Bəziləri suda hərəkət etmələrini təmin edən ən ideal (hidrodinamik) quruluşa sahib olduğu halda, bəziləri də bizim üçün olduqca yad olan hisslərdən istifadə edirlər. Bunların bir çoxu insanların ilk dəfə qarşılaşdıqları, daha doğrusu, yeni öyrəndikləri xüsusiyyətlərdir. Biomimetika elmi sayəsində kəşf etdiyimiz bu heyranedici xüsusiyyətlərin təqlid edilməsi ilə hazırlanan məhsulların gələcəkdə həyatımızda daha çox istifadə ediləcəyinə heç şübhə yoxdur.

Amerika müdafiə sənayesində əsil gürzələri nümunə götürür

Pit adlı çuxur orqanları olan, eyni zamanda, “pit viper” adlanan ilanlar “əsil gürzə ilanları” kimi tanınırlar. Ostin Texas Universitetinin Elektrik və Kompüter Mühəndisliyi şöbəsinin professoru dr.Con Pirs pit gürzələri olaraq bilinən çökükbaş ilanları araşdırmışdır.

Aparılan araşdırmalarda bu ilanların istiqanlı ovların yerlərini müəyyən etmək üçün gözlərinin qarşısında yerləşən və çox sayda sinirdən ibarət olan kiçik çuxurlardan istifadə etdikləri ortaya çıxmışdır. Pit adlanan bu orqanlarda istiliyi müəyyən edən olduqca kompleks sistem mövcuddur. Bu sistem elə həssasdır ki, ilan metrlərlə uzaqdakı bir siçanı zülmət qaranlıqda belə aşkar edir.
Tədqiqatçılar əsil gürzənin təsbit etmə və məhv etmə mexanizmlərinin sirlərini öyrəndikdə, ilanın istifadə etdiyi üsulların ölkənin düşmən raketlərindən qorunmasında tətbiq oluna biləcəyini düşünürlər. Bununla yanaşı, təhlükəli tapşırıqlar üçün uçuş həyata keçirən pilotların düşmən silahlarından qaçmasına kömək edən sistemlər icad olunacaq. Dr.Con Pirs “Hava Qüvvələri bioloji sistemi təqlid edərək daha yaxşı raket detektoru hazırlaya biləcəkmi?” sualını gündəmə gətirir. Bundan əlavə, bu məqsədlə gördüyü işlərdə ilanın həssaslığına çatmaqda çətinlik çəkdiyini də belə izah edir:

“Biz əsasən ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir qıcıqlarını ölçə bilərsiniz, lakin problem bu qıcıqların nə məna verdiyidir. Bunu bizə bildirməsi üçün rəqəmsal modeldən istifadə edirik. Orqana çatan infraqırmızı şüa nə qədər çoxdursa, o qədər çox sinir qıcığı olur.
İlanın pit orqanında qan damarları və sinir düyünləri ilə zəngin olan çox nazik pərdə var. Elm adamları tədqiqat aparmaq üçün pərdənin yaydığı impulsların dayandığı anı tutmalıdırlar. Amma bu pərdə o qədər həssas və reaksiyalarındakı müxtəliflik o qədər qısa müddətlidir ki, impulsları tutub tədqiq etmək olduqca çətindir. Pit orqanının funksiyasını öyrənmək üçün siqnallar dəqiq ölçülməli və mikroqrafik şəkillər üzərində işlənilməlidir.