Bədənimizdəki bioloji saat

Bədənimizdəki bioloji saat

Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.

Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN)  adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur.

Bioloji saat 24 saatlıq ritmik prosesdir və Rəbbimiz tərəfindən xüsusi şəkildə proqramlaşdırılmışdır. Allah Quranda bioloji saata belə diqqət çəkir:

“Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur”. (Furqan surəsi, 47)

Bəs bədənimizdəki bioloji saat olmasaydı, bu, həyatımıza necə təsir bağışlayardı? Bu zaman qəflətən titrəyər, yuxulayar, qan təzyiqimiz yuxarı qalxar və bunun kimi bir çox narahatlıqlarla üzləşə bilərdik. Ancaq Allah`ın bədənimizdə yaratdığı bu möcüzə sayəsində sağlam və rahat şəkildə yaşayırıq.