Əncirin faydaları

Əncirin faydaları

Lif baxımından əncir digər meyvə və tərəvəzlərdən daha zəngindir. 1 ədəd quru əncirdə 2 qr. lif var. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti üçün vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə kömək etdiyi və xərçəngin bəzi növlərinin yaranma riskini azaltdığı bilinir.

ABŞ-ın Nyu-Cersi ştatındakı Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda quru əncirin tərkibindəki omeqa-3, omeqa-6 yağ turşuları və fitosterol sayəsində xolesterolu aşağı saldığı öyrənilmişdir. Məlumdur ki, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yaramır, yalnız qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından böyük əhəmiyyətə malikdir. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar üçün təhlükəli olan xolesterolun qana qarışmadan bədəndən atılmasını təmin edir.

Tərkibində yağ, natrium və xolesterol olmadığı və lif baxımından da zəngin olduğu üçün əncir artıq çəkidən xilas olmaq istəyən insanlar üçün lazımlı qidadır. Həmçinin əncir digər bütün meyvələrə nisbətən minerallarla daha zəngindir. 40 qram əncirin tərkibində 244 mq kalium, 53 mq kalsium və 1,2 mq dəmir vardır. Tərkibindəki kalsium baxımından meyvələr içərisində portağaldan sonra ikinci yerdə əncir gəlir. Bir kasa quru əncir ilə  bir kasa süddə eyni miqdarda kalsium vardır.

Əncir fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Tərkibindəki ən mühüm qida maddəsi bu meyvənin 51-74 %-ni təşkil edən şəkərdir. Astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə əncirin istifadəsi tövsiyə edilir.

Burada qısa şəkildə bəhs etdiyimiz əncir və onun faydaları Allahın insanlara mərhəmətinin göstəricisidir. Rəbbimiz zövqlə yediyimiz bu meyvənin tərkibində insanın sağlamlığı üçün lazım olan maddələri ən uyğun nisbətdə yaratmışdır. “Tin” surəsinin 1-ci ayəsində Allahın “and olsun” deyərək əncirdən bəhs etməsi  bu meyvənin faydaları baxımından olduqca hikmətlidir.

«And olsun əncirə və zeytuna». («Tin» surəsi, 1)