Arı gözü korluğun müalicəsinə ilham mənbəyi olur

Arı gözü korluğun müalicəsinə ilham mənbəyi olur

Arıların gözləri 3000-4000 kiçik büllurdan ibarətdir. Hər büllurda bir neçə reseptor olur. Ortadakı büllur kənardakılara nisbətən daha böyük olduğu üçün önlərini daha yaxşı görürlər. Bir mikron böyüklüyündəki bu kiçik reseptorlar xüsusi optik quruluşa malikdirlər.

Arıların gözləri ultrabənövşəyi şüalara həssasdır və görünən işığın polyarizasiyasını qəbul edə bilir. Gözlərinin polyarlaşmış işığı qəbul etməsi sayəsində istiqamətlərini tapmaq üçün xüsusi rabitə sistemi qurmuşlar. Polyarlaşmış işığa əsasən istiqaməti təyin edən arılar qida mənbəyini tapdıqdan sonra pətəyə qayıdıb, yeri və istiqaməti digər arılara bildirmək üçün xüsusi vizual koddan (rəqs) istifadə edirlər. Bu, arıların mükəmməl visual vaxt təyin etmə və anlama sisteminə sahib olduqlarını göstərir.

Kaliforniya Universitetinin elm adamları arı gözünün bu xüsusiyyətini təqlid edərək süni göz hazırlayıblar. 8500-dən çox altıbucaqlı büllurdan ibarət olan gözü bir iynə ucuna yerləşdirə biliblər. Tədqiqatçılar bu üsulla süni torlu qişa hazırlayaraq korluğun müalicəsində yeni metodlar təkmilləşdirməyi planlaşdırırlar.
www.arimucizesi.imanisiteler.com

Hipertoniyanın müalicəsində arı zəhərindən istifadə oluna bilər

Tədqiqatçılar bal arısının zəhərinin hipertoniyaya təsiri, ion kanallarının ürək döyüntülərinə nəzarət edən hissələri və böyrəklərin duzu reabsorbsiyası üzərində tədqiqatlar aparmışlar. Zəhərin damarları tıxayan yad maddələrin əmələ gəlməsinə mane olaraq infarktın qarşısını aldığı məlum olmuşdur.

Arılar diabet və metabolik xəstəliklərin müalicəsinə istiqamət verir

Arıların dadbilmə orqanı ağız boşluğunda və xortumunda yerləşir. Şirin, acı, duzlu və turşu ayırd edə bilirlər. Şirin dadı seçə bilmək bal arıları üçün çox vacibdir. Xüsusilə, lazımi şəkər növlərini çox yaxşı seçirlər. Arı ilə insanı müqayisə etdikdə maraqlı bir vəziyyətlə qarşılaşırıq. İnsan qida dəyəri olmayan şirin maddələrlə şəkərin fərqini yaxşı ayırd edə bilmir. Lakin arı həqiqi şəkərlə şirin maddələr arasındakı fərqi dərhal anlayır və şirin sudan qida toplamır.

Bu həssas dadbilmə sistemi arılar üçün mühüm xüsusiyyətdir. Çünki arı topladığı nektarla bal hazırlayır. Buna görə də qoxunu və şəkəri doğru hiss etməlidir. Əks halda, ya bal əmələ gəlməz, ya da faydasız olar.

Bal arılarının bu xüsusiyyətinin köməyi ilə elm adamları qidalanmanın maddələr mübadiləsi ilə əlaqəsini və metabolik fəaliyyətə necə nəzarət ediləcəyini anlamışlar.  Arizona Əyalət Universitetinin elm adamları bal arılarının dadbilmə duyğusu ilə metabolik pozğunluqlar arasındakı bəzi sadə əlaqələri göstərə biləcəyini kəşf etmiş və bal arılarının genetikasını araşdıraraq şəkər xəstələri, diabet xəstələri və karbohidrat metabolizmi arasındakı əlaqəni tapmışlar.