Kosmosdakı kiçik fərqlər böyük dəyişikliklər

Kosmosdakı kiçik fərqlər böyük dəyişikliklər

Bir ulduz nə qədər böyükdürsə, o qədər sürətlə də yanır. Planetimizi istiliklə təmin edən, bizə isə qida və həyat verən Günəş hal-hazırki kütləsindən on qat daha böyük olsaydı, meydana gəlməsindən on milyard il sonra deyil, on milyon il sonra sönərdi və biz indi burada ola bilməzdik. Əgər Günəşə yaxın olan orbitdə olsaydıq, Yer kürəsindəki hər şey buxarlanardı. Daha uzaq orbitdə olsaydıq, hər yer buzla örtülərdi.

Günəş Yer kürəsini həyatla təmin etmək üçün ən uyğun böyüklükdə və ən uyğun uzaqlıqdadır.

Dünya  Günəşdən indikindən yalnız 1 %  uzaq və ya ona 5 %  yaxın olsaydı, bu planetdə həyat olmazdı. Kainatdakı böyük rəqəmlər nəzərə alınsa, bu faizlər, əslində, olduqca kiçik məsafə vahidləridir. Bunu anlamaq üçün Veneranı nümunə göstərə bilərik. Veneraya Günəşin istiliyi bizdən iki dəqiqə tez çatır. Böyüklük və quruluş etibarilə Venera Yerə bənzəyir, lakin orbit üzrə məsafədəki kiçik fərq bu iki planet arasındakı həyat fərqini meydana gətirir. Bu iki dəqiqəlik fərqin nəticəsində Veneranın səthində temperatur 470°C-yə çatır. Bu temperatur gülləni belə əridəcək qədər yüksəkdir. Səthindəki atmosfer təzyiqi isə Yerin atmosfer təzyiqinin 90 qatıdır. Belə təzyiq altında insan yaşaya bilməz. (Hemen Her Şeyin Kısa Tarihi, Bill Bryson, Boyner Yayınları, 2003, səh. 216-217)

Əlbəttə ki, Allah bütün planetlərdə həyat yarada bilərdi. Ancaq həyatı yalnız Dünyada var etmişdir. Bunun üçün saysız faktoru həssas tarazlıqlardan asılı etmişdir. Bunlardan yalnız birinin tarazlığının pozulması Dünyadakı həyatın sona çatması üçün kifayətdir. Dünya üzərindəki həyat, onun sahib olduğu qüsursuz tarazlıq və bunların asılı olduğu səbəblər Allahın idarəsi altındadır. Yaradılan hər şey kimi üzərində yaşadığımız Dünya da Allahın qüsursuz sənətidir.

 

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)