Hindqozu Bitkisinin Toxumları

Hindqozu Bitkisinin Toxumları

Bəzi bitkilərin toxumları su vasitəsilə paylanır. Bu toxumların digərlərindən fərqli xüsusiyyətləri var. Sudan istifadə edərək toxumlarını paylayan bitkilər öz çəkilərini azaldan və səthlərini genişləndirən quruluşa malikdir. Bundan başqa üzən toxumanın bir neçə fərqli forması ola bilər. Hava ilə dolu olan hüceyrələrin içi boş süngərəbənzər formada ola bilər və ya toxumun içinə hava dolaraq hüceyrəarası boşluqları gözdən itirir və bu sayədə toxum üzə bilir. Bundan əlavə, üzən toxumanın hüceyrə divarları suyun içəri girməsinin qarşısını alan formaya malikdir. Bu bitkilərdə bunlardan əlavə bitki ilə bağlı bütün məlumatların saxlandığı embrionu qorumaq üçün də əlavə daxili təbəqə var.1

Bu sağlam quruluşları sayəsində su ilə daşınan toxumların içində təxminən 80 gün ərzində suda qala bilən və bu müddət ərzində heç xarab olmayan, cücərməyən toxumlar belə var. Bunlardan ən məşhuru hindqozu palmasıdır. Palmanın toxumu daşınmanın təhlükəsiz olması üçün sərt qabığın içərisinə yerləşdirilmişdir. Bu möhkəm qabığın içində uzun səyahət üçün su da daxil olmaqla ehtiyac olan hər şey hazırdır. Xarici tərəfi isə toxumun sudan zərər çəkməməsi üçün olduqca sərt toxuma ilə örtülmüşdür. Hindqozu toxumlarının ən diqqətçəkən xüsusiyyətlərindən biri də suda üzə bilmələrini və batmamalarını təmin edən hava boşluqlarına malik olmalarıdır.

Bütün bu xüsusiyyətləri sayəsində hindqozu toxumlarlı yüz kilometrlərlə yolu okean axınları ilə keçə bilirlər. Sahilə çatdıqda isə içlərindəki toxum cücərir və hindqozu ağacı yetişir.2

Hindqozu toxumları sahilə çatdıqda açılmaları çox maraqlı və qeyri-adidir. Çünki məlum olduğu kimi bitki toxumları adətən suya dəyən kimi cücərməyə başlayır. Amma bu hindqozu bitkilərinə aid deyil. Toxumlarını su ilə paylayan bitkilər xüsusi formalarına görə istisnalıq təşkil edirlər. Əgər bu bitkilər də digərləri kimi suya düşən kimi cücərməyə başlasaydılar, nəsilləri çoxdan kəsilərdi. Lakin yaşadıqları şərtlərə uyğun mexanizmləri sayəsində bu bitkilər həyatlarına davam edirlər. Aydındır ki, buradakı həssas xüsusiyyətlər və mexanizmlər təkamülçülərin iddia etdikləri kimi təsadüfən həyata keçməz.

Toxumların yol qidalarının və sularının miqdarı, sahilə çatma vaxtları, qısaca, bütün bu xüsusiyyətlərindəki dəqiq hesablamalar toxumları yaradan, sonsuz ağıl və bilik sahibi Allah tərəfindən qüsursuz şəkildə nizamlanmışdır.

Qeyd:

1- T.T. Kozlowski, Seed Biology, Academic Press, New York and London, 1972, s.194)  

2- Biology Solomon, Berg, Martin, Villie, s. 751