Allahın hörümçək torunda yaratdığı möhtəşəm sənət

 Allahın hörümçək torunda yaratdığı möhtəşəm sənət

Hörümçəklərin ən məşhur xüsusiyyəti tor qurmaqdır. Ancaq həm tor, həm də toru qurarkən istifadə etdikləri iplik möcüzəvi xüsusiyyətlərə sahibdir. Hörümçək toru ağırlığı daşıyan skelet tellər, bu tellərin üzərinə yerləşdirilmiş spiralvarı yapışqan tellər və torun tellərini bir-birinə birləşdirən birləşdirici tellərindən təşkil olunmuşdur. Spiralvarı yapışqan tellər skelet tellərə tam birləşmir. Beləliklə, tora düşən böcək xilas olmağa çalışdıqca yapışqan tora daha çox yapışır. Böcəyin üstünə yapışan tel tədricən elastikliyini itirərək bərkiyir. Nəticədə böcək sıxılır, hərəkətsiz qalır. Bundan sonra isə ov sanki qablaşdırılmış hazır qida kimi möhkəm skelet tellərin üstündə qalır və hörümçəyin gəlib onu tutmasını gözləyir.

Böcəklər tora necə düşür?

Hörümçək torunun telləri mikroskop altında hamar görünür. Amma liflərin xarici qatı soyulub, yumşaldılanda hər bir telin daha da kompleks quruluşda olduğu məlum olur. Lifin nüvəsi “nanofibril” adlanan ortaq mərkəzli, kiçik tellərlə əhatə olunub. Nanofibrillər bəzi qatlarda lifin oxu istiqamətində yerləşir, bəzi qatlarda isə spiralvarı nərdivan kimi lifi əhatə edir. Bu quruluş yüksək miqdarda enerjinin sorulmasına kömək edir. Hörümçək torunun bu xüsusiyyəti böcəklərin tora düşməsini təmin edir.

Uzun illər davam edən elmi tədqiqatlar nəticəsində ortaya çıxmışdır ki, hörümçək toru elektrostatik xüsusiyyəti sayəsində Yerin maqnit sahəsini dəyişir və torun fərqinə varmayan böcəklər tora düşür. Allahın hörümçək torunda yaratdığı bu xüsusiyyəti nümunə götürərək ətraf-mühitin çirklənməsinə və təyyarə qəzalarına qarşı tədbir görməyə çalışırlar.

Fiziki qanunları alt-üst edən tutma mexanizmi

Allah hörümçək toru sistemini çox kompleks və mükəmməl yaradıb. Araşdırmalara görə, uçan böcəklərin üstü tozcuqlar və hava yolu ilə daşınan maddələrlə örtülü olur. Məlumdur ki, havada uçuşan hər şey elektriklə yüklüdür. Fiziki qanunlara əsasən, əks qütblər bir-birini cəzb edir. Belə ki, böcəyin tora yapışması üçün də biri müsbət, digəri mənfi yüklü olmalıdır. Çünki eyni qütblər bir-birini itələyir. Bu cür vəziyyətdə hörümçək torunun böcəyi tuta bilməməsi və böcəyin tora yapışmadığı üçün qaçması gözlənilir. Lakin belə olmur. Hörümçək toru böcəyə yapışır. Bunun səbəbi isə torun fiziki qanunları alt-üst edən xüsusiyyətidir.

Allah hörümçək torunun səthini elektrostatik xüsusiyyətə sahib maddə ilə örtmüşdür. Bu maddə torun həm uçan böcəkləri, həm də böcəklərin üstündə daşınan kir və tozcuq kimi zərrəcikləri tutmasını təmin edir. Lakin bununla bitmir. Bu maddə hörümçək torunun üstündə, cəmi bir neçə millimetrlik sahədə Yerin elektromaqnit sahəsini pozur, müsbət və ya mənfi yüklü olmasından asılı olmayaraq, hər cismə yapışır.

Böcəklərin torun fərqinə varmasına mane olan elektrik dəyişikliyi

İllərdir elm adamlarını maraqlandıran digər məsələ isə budur: Necə olur ki, böcəklər həssas reseptorlara sahib olduqları halda, hörümçək torunun fərqinə vara bilmirlər?

Allah böcəklərdə cuzi elektrik dəyişikliyini belə hiss edən, həssas reseptorlar yaratmışdır. Bığcıqları elektron reseptor kimi fəaliyyət göstərir. Bığcığın ucundakı elektrik böcəyin bədənindəki elektrik yükündən fərqlidir. Belə ki, böcək elektrik yüklü cismə yaxınlaşdıqda bığcığın ucu bu kiçik dəyişikliyi belə hiss edir. Böcəklərin bu qədər həssas reseptorlara sahib olduqları halda, toru müəyyən edə bilməyib yapışmasının səbəbi torun millimetrlik bir hissəsində Yerin elektromaqnit sahəsini pozmasıdır. Böcəklər bu elektrik dəyişikliyini hiss edə bilmədikləri üçün tora yapışırlar.

Torun zərbələrin təsirini zəiflətmə xüsusiyyəti

Hörümçək torunun effektiv tələ olması üçün yapışqan xüsusiyyəti və ya müxtəlif növ tellərdən qurulması kifayət deyil. Bundan əlavə, tor elə dizayn edilməlidir ki, uçan böcəkləri tuta bilsin.

Tora düşən böcəyi raketə bənzətsək, aydındır ki, ovu tutmaq üçün böcəyi dayandırmaq kifayət deyil, eyni zamanda onu hərəkətsiz saxlamaq lazımdır. Bu isə olduqca çətin işdir.

Toru təşkil edən tellər həm çox möhkəm, həm də elastikdir. Lakin torun müxtəlif yerlərində elastiklik fərqli nisbətdədir. Elastiklik nisbəti ona görə mühümdür ki;

Əgər tellərin elastiklik payı daha az olsa idi, tora dəyən böcək gəldiyi istiqamətə doğru geri atılardı. Əgər tellərin elastiklik payı daha çox olsa idi, böcəyin dəyməsi ilə tor həddindən artıq dartılar, yapışqan tellər bir-birinə yapışar və tor dağılardı.

Telin elastiklik payı hesablanarkən küləyin təsiri də nəzərə alınmışdır. Belə ki, külək əsdiyi zaman dartılan tor yenidən əvvəlki vəziyyətinə qayıdır.

Elastiklik payı torun qurulduğu yer baxımından da vacibdir. Məsələn, əgər tor ota birləşdirilibsə, elastiklik elə nisbətdə olmalıdır ki, otun hərəkətindən qaynaqlanan dartılmanın öhtəsindən gələ bilsin.

Spiralvarı yapışqan tellərin məsafəsi çox yaxın olduğu üçün torun tərpənməsi ilə bir-birinə yapışa bilər və torda geniş məsamələr əmələ gələr. Buna görə də elastiklik payı çox olan, yapışqan tellər elastiklik payı az olan, quru tellərin üzərinə yerləşdirilmişdir. Beləliklə, torda dəliklərin yaranmasının qarşısı alınmışdır.

Göründüyü kimi, hörümçək toru bir çox möcüzəvi xüsusiyyətlər daşıyır. Hər cür ehtimal nəzərə alınmışdır. Bütün bunlar təkamül nəzəriyyəsinin iddiasının məntiqsizliyini bir daha sübut edir.


O, yaradan, yoxdan var edən,  surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa,  Onu təqdis edib, şəninə təriflər deyir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. (Həşr surəsi, 24)

Hörümçək toru haqqında möcüzəvi məlumatlar

Təbii və süni liflərdən fərqli olaraq, hörümçəyin ipəyi yumşalıb-bərkimə xüsusiyyətinə malikdir və bu səbəbdən müxtəlif yükləri daşıya bilir.

Tor istehsalında istifadə olunan digər maddələrlə müqayisədə hörümçək ipəyi qırılan budaqlara və ya güclü küləklərə 6 dəfə çox davamlıdır.

Torun üzərinə təzyiq düşdükdə təkcə bir teli qopur, hörümçək yenidən tor qurmaq əvəzinə, qırılan teli bərpa edir.
Hörümçək torunun müxtəlif hissələrindən 10% tel götürən elm adamları torun 10% möhkəmləndiyini müşahidə etmişlər.
Diametri millimetrin mində birindən də az olan tel eyni ölçüdəki polad teldən 5 dəfə möhkəmdir. Poladdan 5 dəfə möhkəm olan bu ip kauçukdan 30% elastikdir və öz uzunluğunun 4 misli qədər dartıla bilir. Bu ip, həmçinin olduqca yüngüldür. Yerin ətrafını dövr edə bilən ipin çəkisi cəmi 320 qramdır.

Hörümçək ipəyinin möhkəmliyinin sirri

Hörümçəyin istehsal etdiyi teli qırmaq üçün yüksək keyfiyyətli neylonu qoparmağa sərf olunandan daha çox qüvvə tələb olunur. Hörümçəyin belə möhkəm tel istehsal etməsinin ən başlıca səbəblərindən biri əsas zülal polimerlərinin kristallaşmasına və qatlanmasına nəzarət edərək nizamlı qaydada köməkçi birləşmələr əlavə etməsidir.. Torun maddəsi maye kristal olduğundan hörümçək minimum qüvvə sərf edir.

Unudulmamalıdır ki, elm adamlarının uzun illərdir araşdırdıqları hörümçək ipliyi ən az 380 milyon ildir ki, hörümçəklər tərəfindən qüsursuz şəkildə istehsal edilir. İllərdir bütün texnoloji imkanlardan istifadə edildiyi halda, hələ də mexanizmi kəşf edilə biləyən bu ipəyi hörümçəklər milyon illərdir istehsal edirlər. Bu, Allahın bənzərsiz yaratmasının dəillərindəndir.

…Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)