Darvinistlər saxtakarlıqlarla dünyanı aldatdılar

Darvinistlər saxtakarlıqlarla dünyanı aldatdılar

Bir elmi nəzəriyyəni, məsələn, Big Bang (Böyük Partlayış) nəzəriyyəsini nəzərdən keçirək. Bu nəzəriyyə Eynşteynin nisbilik nəzəriyyəsinə əsaslanaraq əvvəlcə bir şübhə və fərziyyə kimi irəli sürülmüşdü. Bunun ardınca sözügedən böyük partlayışın baş verdiyini göstərən dəlillər axtarılmağa başlandı. Bu dəlillər həqiqətən də var idi. Sözügedən partlayışı təsdiq edən artıq radiasiya tapılmış, kainatın izotopik xüsusiyyəti (bütün kosmosun mütləq temperaturunun -270oC olması) kəşf edilmişdi. Kainatın getdikcə genişlənməsi də elmi cəhətdən sübut edilmişdi. Bu, sözügedən nəzəriyyəni sübut edən digər mühüm və qəti dəlil idi. Beləliklə, Big Bang nəzəriyyəsi iddialarının hamısı təcrübədən keçirilmiş, təsdiqlənmiş və sübut edilmiş nəzəriyyəyə çevrildi.

Darvinin təkamül nəzəriyyəsi də “fərziyyə” kimi irəli sürülmüşdü. (Əslində təkamül nəzəriyyəsinin irəli sürülmə səbəbi tamamilə ideoloji idi, lakin elmi nəzəriyyə adı altında insanlara tanıdıldı.) Bu nəzəriyyənin əsaslı hesab olunması üçün də eynilə Big Bang kimi bu nəzəriyyənin də iddiaları sübut edilməli idi. Bunun üçün əvvəlcə xəyali təkamül mexanizmlərinin təkamülə səbəb olub-olmadığı aşkarlanmalı idi. XX əsr elminin irəliləməsi Darvinin xəyali təkamül mexanizmi “təbii seleksiyanın” təkamül xarakterli heç bir rolunun olmadığını sübut etmişdi. Genetika elmi isə xəyali təkamül mexanizmi olan təbii seleksiyadan ümidini kəsmiş və əvəzində mutasiyaları təkamül mexanizmi kimi göstərməyə çalışan yeni darvinistləri (neo-darvinizm) ümidsizliyə salmışdı. Mutasiyaların da təkamül xarakterli təsirinin olmadığı başa düşüldükdən sonra növbə Darvinin vədarvinistlərin ən böyük gözləntisi olan fosillərə çatmışdı. Fosillərin verdiyi nəticə isədarvinistlər üçün əsl mənada böyük şok idi! İllərlə axtarılan xəyali ara-keçid fosilllər yer üzünün heç bir yerində yox idi. Araşdırmaların dərinləşdirilməsi isə bu nəticəni dəyişdirmədi. İndiyə qədər aparılan bütün tədqiqatlar nəticəsində bircə ara-keçid fosil nümunəsi belə tapılmadı.

Bağlandıqları batil dindən əl çəkmək istəməyən darvinistlərin darvinizmə dəlil tapmaq gözləntisi uzun illər davam etdi. Amma gözlənən xəyali dəlillər heç vaxt üzə çıxmadı. Lakin buna baxmayaraq darvinist yalanlar sona çatmadı. Darvinizm lehinə demaqogiya təkidlə davam etdirildi. Maraqlısı budur ki, 150 il keçməsinə, bircə dəlil belə tapılmamasına və habelə fosillərin və genetika elminin aşkar etdiyi nəticələrin yaradılış həqiqətini sübut etməsinə baxmayaraq darvinistlər bu batil dinin dimdik ayaqda dura biləcəyinə inanırlar. Əlbəttə, bu onlar üçün böyük xətadır. Əslində nəzəriyyənin tərəfdarları da canlılarda tarixən təkamül hadisəsinin baş vermədiyini bilirlər. Bunu saysız elmi dəlil nəticəsində açıq şəkildə görüblər.

Bütün bunlara baxmayaraq təkamül nəzəriyyəsi bir ideologiya və tərəfdarları tərəfindən mütləq ayaqda tutulmaslı batil bir din olduğuna görədarvinistlər saxta elmilik rolunu davam etdirməli olduqlarına inanırlar. Elədarvinistlərin bu saxta dini ayaqda tutmaq üçün 150 ildən bəri saxtakarlıqlara, spekyulasiyalara və saysız-hesabsız təbliğat üsullarına əl atmalarının səbəbi budur. Darvinistlər öz batil dinlərinə əsasən insanlara nəzəriyyələrinin “doğru” olmasını təlqin etmək üçün başqa yol tapa bilməzlər. Çünki nəzəriyyənin doğruluğuna dair bircə dənə də elmi dəlil yoxdur. Buna görədir ki, darvinizm dininə əsasən insanlara “elmi dəlil vardır” deyə təlqin etməyə çalışırlar.

Missuri Universitetindən doktor Nikolas Komninellis “Creative Defense” adlı kitabında bu böyük yalanın sonrakı illərdə düşəcəyi vəziyyətlə bağlı bu sözlərə yer vermişdir:

Fəlsəfi cəhətdən təkamül ehkamı bir röyadır. Zərrə qədər sübutu olmayan bir nəzəriyyədir. Əlli il ərzində məktəblərdəki uşaqlar çox məşhurlaşmış yalanları oxuyacaqlar və bundan (təkamül nəzəriyyəsindən) ən cəfəng iddialardan biri kimi bəhs ediləcək. Bir çoxu on doqquzuncu əsrin elmi ilə bağlı ağılsızlıqları başa düşərək ələ salıb güləcəklər.

Komninellisin diaqnozu doğrudur. Təkamül nəzəriyyəsini yalana əsaslanan bir iddia təşkil edir və bu nəzəriyyənin tarixi saysız-hesabsız saxtakarlıq nümunələrilə doludur. Təkamülün irəli sürdüyü hər iddia, hər dəlil saxtakarlığın məhsuludur. Bu saxtakarlıqların hamısının gerçək mahiyyəti, gerçək üzü ortaya çıxmışdır. Lakin bunlar darvinizm dininin tərəfdarları tərəfindən ört-basdır eilməyə və ya insanlara unutdurulmağa çalışılmışdır. Ancaq nə qədər cəhd etsələr də, darvinist təbliğatın son dərəcə çürük təməllərə əsaslandığını bütün dünya anlamağa başlamışdır. Komninellisin də bildirdiyi kimi, gələcək nəsillər bu böyük yalanın dünya səviyyəsindəki təsirini, onun dünyada məşhur olan professorlar və elm adamları tərəfindən müdafiə edilməsini təəccüb və heyrətlə qarşılayacaq və bu böyük ağılsızlığı uzun illər ələ salacaqlar.

Dəccal belə batil üsullarla insanları Allah’ın dinindən uzaqlaşdırmağa çalışmışdır. Lakin hal-hazırda artıq planları alt-üst olmuşdur. Onun istifadə etdiyi üsul – yəni darvinizm – bugün insanların, hətta uşaqların dilində məsxərə mövzusuna çevrilməyə başlamışdır. Bütün dünya yaxın gələcəkdədarvinizm cəfəngiyyatını utancla xatırlayacaqdır. Şübhəsiz bu, Allah’a qarşı çıxanlara Uca Rəbbimizin bir tələsi, cavabıdır. Allah bir ayəsində belə bildirir:

Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri onları yaxaladı. (Nəhl surəsi, 34)