Nüvə parçalanması (Fission)

Nüvə parçalanması (Fission)

Bu reaksiya kainatdakı ən böyük qüvvə olan güclü nüvə qüvvəsinin bütöv saxladığı atom nüvəsini parçalayır. Nüvə parçalanması reaksiyası sınaqlarında istifadə edilən əsas maddə urandır.

Sınaqlarda alimlər uran nüvəsinə böyük sürətlə neytron göndərmişlər. Uranın nüvəsi neytronu udandan sonra qeyri-sabit olmuşdur. Nüvənin qeyri-sabit olmasının səbəbi nüvədəki proton və neytron saylarında fərq və bu səbəbdən nüvədə meydana gələn müvazinətsizlikdir. Nüvə meydana gələn müvazinətsizliyi aradan qaldırmaq üçün müəyyən miqdarda enerji yayaraq hissələrə bölünməyə başlayır. Hasil olan enerjinin təsiri ilə nüvə böyük sürətlə içində artıq hissələri atmağa başlayır.

Sınaqlarda əldə edilən bu nəticələrdən sonra reaktor adlandırılan neytronlar sürətləndirilərək urana göndərilir. Uranın atomlarının nüvələri partladılır. Bu atomlardan ən az birinin nüvəsinin iki hissəyə bölünməsi kifayətdir. Bu bölünmədə nüvədən təxminən iki və ya üç neytron ayrılır. Bu neytronlar digər uran nüvələri ilə toqquşaraq zəncirvari reaksiya əmələ gətirirlər. Hər yeni bölünən nüvə də ilk bölünən uran nüvəsi kimi hərəkət edir. Beləliklə, zəncirvari nüvə parçalanması reaksiyaları reallaşır. Bu zəncirvari hərəkətlər nəticəsində çox sayda uran nüvəsi parçalandığına görə çox böyük enerji ayrılır.

Buradan belə nəticə çıxır ki, bütün kainatın yaradanı olan Allah hər şeyi dəqiq ölçü ilə yaratmışdır. Allah atomu içindəki böyük qüvvə ilə birlikdə yaratmışdır və bu qüvvəni də möcüzəvi şəkildə nəzarəti altında saxlayır.