Orqanizmimiz dostlarını necə tanıyırlar?

Orqanizmimiz dostlarını necə tanıyırlar?

Orqanizmimizə daxil olub özünü çoxaltmaq istəyən bakteriya və viruslar ilə orqanizmimizi bu düşmənlərdən qoruyan immun hüceyrələri arasında hər gün heç fərqində olmadığımız mübarizə gedir.

Ancaq immun sistemi hüceyrələri yad orqanizmlərə qarşı dərhal hərəkətə keçdiyi halda, necə olur ki, orqanizm üçün faydalı olan bakteriyaları tanıyıb onlarla mübarizə aparmırlar?

Bədənimizi qoruyan əsgərlərin faydalı bakteriyalara qarşı mübarizə aparmasının qarşısını alan nədir?

İmmun sistemi hüceyrələri eynilə intizamlı əsgərlər kimi bədənə zərər verən düşmənlərin keçməsinə icazə vermirlər. Döyüş sahəsinə əvvəlcə düşmənləri udaraq zərərsizləşdirən əsgərlər (faqositlər) gəlir. Ancaq bəzən bu əsgərlərin gücü döyüşə çatmır. Onda digər əsgərlər (makrofajlar) gəlir. Onların hərəkətə keçməsi hədəf bölgədə həyəcan vəziyyətinin əmələ gəlməsinə səbəb olur və başqa əsgər ordusunu da (köməkçi T hüceyrələri) döyüş sahəsinə çağırırlar. Ancaq bu mübarizədə möcüzə baş verir.

Bədən zərərli mikroorqanizmlərlə mübarizə apardığı halda, bəzi orqanlarda milyonlarla bakteriyanın yaşamasına icazə verir. Məsələn, ağızda və bağırsaqlarda 80 növ mikroorqanizm yaşayır. Tədqiqatlar bədənimizi daima sağlam saxlayan 200-ə yaxın mikroorqanizm olduğunu göstərir. İmmun sistemimizin bu canlılara hücum etməməsinin səbəbi isə onların həyatımız üçün faydalı olmasıdır.

İmmun sisteminin tolerantlığı

T hüceyrələri orqanizmimizin döyüşən leykositləridir. Orqanizmimizə zərərli olan hər şeylə döyüşürlər və zərərli bakteriyaları, molekulları bədənimizdən təmizləyirlər.

Təmizlik zamanı bədənin hüceyrələrinə və bədənə faydalı bakteriyalara zərər vermirlər. Çünki onları tanıyan xüsusi sistemləri var.

Hər hüceyrənin reseptor adlanan, onu tanıdan orqanoidi var. Döyüşçü T hüceyrələri bütün digər hüceyrələrdəki reseptorları tanıyaraq bədəndəki faydalı hüceyrələrə toxunmurlar. Tibdə immun sisteminin bu xüsusiyyəti “tolerantlıq” adlanır.

Elm adamlarının tolerantlıq adlandırdığı bu vəziyyət, əslində, böyük möcüzədir. Çünki immun sistemi minlərlə müxtəlif zülalı bir-birindən fərqləndirə bilir.

Əgər bir T hüceyrəsi bədən hüceyrəsi ilə rastlaşsa, hücum etmir və özünü zərərsizləşdirir.

Eyni şəkildə, bədəndə antigen xüsusiyyəti daşıyan, ancaq məhv edilməyəcək bir maddə varsa, bədən immun sistemi hüceyrələri hasil etmir və bu maddəyə hücum etmir.

Tədqiqatlarda orqanizmə zərər verəcək immun sistemi hüceyrəsinin öldürüldüyü və ya özünü məhv etdiyi məlum olmuşdur.

Bəs hüceyrələr bu qədər müxtəlif orqanizmləri bir-birindən fərqləndirən sistemi necə əldə ediblər?

Bədənin öz hüceyrələrini necə tanıyırlar?

Bu cür şüur, bilik və ağıl tələb edən seçmə qabiliyyətini təkamül nəzəriyyəsində iddia edildiyi kimi, şüursuz atomların təşkil etdiyi hüceyrələrin təsadüfən əldə etməsi, əlbəttə, qeyri-mümkündür. Şübhəsiz ki, immun sistemi də “və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman” (İnşiqaq surəsi, 2) ayəsi ilə bildirildiyi kimi, kainatdakı hər şey kimi öz yaradılışına uyğun olaraq uca Allah`ın ilhamı ilə hərəkət edir.

İmmun sisteminin mədəaltı vəzdəki tolerantlığı

Mütəşəkkil işləyən immun sistemi çox möcüzəvi bir hadisəyə də səbəb olur.

Normal şərtlərdə mədəaltı vəz orqanizmə qapalı orqandır. Odur ki, leykositlər birbaşa mədəaltı vəz hüceyrələri ilə qarşılaşmırlar.

Əvəzində vasitəçi hüceyrələr leykositlərlə əlaqə qurur və mədəaltı vəzi tanıdırlar. Bunun üçün bu hüceyrələr üstlərinə mədəaltı vəzə bənzəyən maska taxırlar. Bunlara “budaqlı hüceyrələr” deyilir.

Mədəaltı vəzin budaqlı hüceyrələri səthlərinə dost bakteriyaların antigen xüsusiyyəti daşıyan reseptorlarını yerləşdirərək immun sistemini sakit vəziyyətdə saxlayırlar.

Döyüşçü T hüceyrələri də bu antigenləri tanıyaraq həyəcan vəziyyətinə keçməməyi və orqana hücum etməməyi öyrənirlər.

Buradan da məlum olduğu kimi, bir-birini tanıtmaq üçün müxtəlif metodlardan istifadə etmək, plan qurmaq, bu plan üzrə mütəşəkkil hərəkət etmək kimi xüsusiyyətlər immun sistemi hüceyrələrinə və bir orqana aid edilə bilməz. Hətta insanlar belə bu cür qüsursuz təşkilatlanaraq işlərini unutmadan, xətasız, qarışıqlıq olmadan yerinə yetirə bilməzlər.

Yeganə həqiqət bundan ibarətdir ki, bütün hüceyrələr, təbiətdəki böyük-kiçik hər şey sonsuz güc, elm və ağıl sahibi olan Allah tərəfindən yaradılıblar. Bu həqiqət bir ayədə belə bildirilir:

... Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

İmmun sisteminin bağırsaqlardakı tolerantlığı

İmmun sisteminin tolerantlıq etdiyi digər orqan bağırsaqlardır. Bədənimiz ümumilikdə bakteriyalara qarşı hərtərəfli müdafiə silahları ilə dolu olduğu halda, milyonlarla bakteriya bağırsaqlarımızda rahat yaşayır. Çünki yeyilən qidaların və içilən içkilərin həzm olunmasına nazik bağırsaqdakı bakteriyalar kömək edir. Bundan əlavə, bu bakteriyalar orqanizmə zərər verən başqa bakteriyaların çoxalmasının qarşısını alırlar. İmmun hüceyrələri orqanizmə faydalı olan bakteriyalarla müştərək hərəkət edirlər. Bağırsaqda immun sisteminin hər an hərəkətə keçməsinə böyük ehtimal olduğu halda, T hüceyrələri nazik bağırsaqdakı bakteriyalara əhəmiyyət vermirlər.

Bəs immun hüceyrələri bakteriyalara necə tolerantlıq edir?

Hüceyrələrin elm dünyasını heyrətləndirən təlimi

“Nature Immunology” jurnalında dərc olunmuş bir tədqiqatda Şanon Terlinin (Shannon Turley) rəhbərlik etdiyi tədqiqat qrupu bağırsaqdakı immun sisteminin tolerantlıq mexanizminə malik olduğunu üzə çıxarmışdır.

Limfa düyünləri orqanizmi bürüyən döyüş qalaları kimidir. İmmun hüceyrəsi olan leykositlər də antigenləri limfa düyünlərinə çəkərək mübarizə aparırlar.

Lakin bağırsaqlardakı limfa düyünləri döyüş sahəsindən çox təlim mərkəzidir. Buradakı əsas hüceyrələr immun sistemimizin əsgərləri olan T hüceyrələrini dost bakteriyalarla yaxşı davranmaları üçün təlimləndirirlər.

Bədənin bu hissəsində məhz ehtiyac olan sistemin olması təsadüflərlə açıqlana bilməz. Sistemin mükəmməlliyini tədqiq etdikdə yaradıldığı açıq-aydın bəlli olur. Elm adamlarının bugünkü inkişaf etmiş texnoloji imkanlarla açıqlaya bilmədiyi təlim prosesi necə baş verir? Bu sahədə tədqiqat aparan Harvard Tibb Fakültəsinin patoloqlarından Şanon Terli təəccübünü belə ifadə edir:

“T hüceyrələri bağırsaq toxumasına ya məhəl qoymur, ya da tolerantlıq edirlər. Ancaq hüceyrələrin mikroblara qarşı həssas olan T hüceyrələrinə sağlam bağırsaq hüceyrələrinə hücum etməməyi necə öyrətdiyi hələ də məlum deyil”.

Şüursuz hüceyrələrin bir-birinə bioloji funksiyanı öyrətmək üçün ağlı, şüuru və qabiliyyəti yoxdur. İnsanın qavraya bilmədiyi bir sistemin düşünmə və dərk etmə qabiliyyəti olmayan hüceyrənin içinə yerləşdirilməsinin, şübhəsiz ki, xüsusi mənası var. Bu, sonsuz elm sahibi Allah`ın bənzərsiz yaratmasıdır. Allah`ın üstün elminin hər şeyi əhatə etdiyi Quranda belə bildirilmişdir:

... Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

İmmun hüceyrələrinin tolerantlığı avtoimmun xəstəliklərin müalicəsində faydalı ola bilərmi?

Avtoimmun xəstəlik immun sisteminin bədənin öz hüceyrələrinə hücum edərək sağlam toxumaları öldürməsi nəticəsində meydana gəlir. Xəstəliyin kökündə normal bədən hüceyrələrinin yad orqanizm kimi qəbul edilməsi dayanır. İnsanda 40 müxtəlif avtoimmun xəstəliyi olur. Tədqiqatlar immun hüceyrələrinin təlimləndirilməsi ilə 1-ci tip şəkərli diabet və dağınıq skleroz kimi bir çox avtoimmun xəstəliyinin müalicə ediləcəyini göstərir. Ancaq elm adamları hələ də bilmir ki, ağlı və şüuru olmayan hüceyrələr bu təlim prosesini necə həyata keçirirlər.

İmmun sistemi tam təchizatla yaradılmışdır

İmmun hüceyrələrinin tolerantlığı uca Allah`ın yaratmasındakı mükəmməlliyi vurğulayır. Uca Allah bütün kainatı qüsursuz yaratdığı kimi, kiçik hüceyrələrə də bir-birini anlayan, təlimləndirən, plan quran xüsusiyyətlər ilham edib. Kiçik quruluşları ilə özlərindən milyon dəfələrlə böyük olan insan bədənini xəstəlikdən qoruyan, ancaq insana faydalı orqanizmlərin yaşamasına imkan verən bu xüsusi varlıqlar uca Allah`ın üstün ağlının təcəlliləridir və Onun “Ol” əmri ilə bir anda yaradılıblar. Bir ayədə belə buyurulur:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)