Begemotların ifraz etdikləri maye günəş kremi rolunu oynayır

Begemotların ifraz etdikləri maye günəş kremi rolunu oynayır

Yaponiyalı tədqiqatçılar aşkar etdilər ki, begemotlar dərilərini günəşə və bakteriyalara qarşı mühafizə etmək üçün iki cür qırmızımtıl rəngdə piqment ifraz edirlər.

Bir qrup yaponiyalı tədqiqatçı günəşə və bakteriyalara qarşı begemotu qoruyan bu piqment üzərində tədqiqat işlərini genişləndirdilər. Bu piqmentləri tədqiq edən Kimiko Haşimotonun Yokohamadakı Keio Universitetindəki həmkarı ilə birlikdə apardığı tədqiqatın nəticəsi “Nature” jurnalında nəşr olundu.

Begemotlar, əslində, tərləmirlər. Begemot sudan kənarda olduqda dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət edir, onu günəş şüalarına və bakteriyalara qarşı mühafizə edən bir növ yapışqan maye ifraz edir. Tədqiqatçılar Tokiodakı Ueno zooparkındakı iki məməlidən aldıqları bu yapışqan mayeni və onu meydana gətirən iki piqmenti araşdırdılar:

Piqmentlərdən biri qırmızı "hiposudorik turşusu" və digəri portağal rəngi "norhiposudorik turşusu" idi.

Kimyaçılar bu piqmentlərin ultrabənövşəyi şüaların qarşısını aldığını və beləcə, begemotun dərisini günəşin zərərlərindən qoruduğunu müəyyən etdilər. Heyvan yaralandıqda isə bu piqmentlər omu palçıqdan gələn bakteriyalara və mikroblara qarşı dezinfeksiyaedici rol oynayır.

Begemotlar piqmentlərin sayı artmadan və güclü yanıqlar meydana gəlmədən qırmızı rənglərini qoruyurlar. Ancaq laboratoriyadakı birləşmələrin qeyri-sabit olması tədqiqatçılara heyvandakı yapışqanın sabitləşdirici təsiri olduğunu da düşündürür.

Begemotu günəşin təsirindən qoruyan piqmentlər təsadüfən meydana gələ bilməz

Begemotlar çoxumuzun böyük və kobud quruluşları ilə tanıdığımız canlılardır. Ağızlarını içinə 1,20 metrlik uşağın sığacağı qədər genişlikdə aça bilən bu canlılar insanlardan daha sürətli qaçırlar.

Begemotların bədənlərində onları günəşin təsirlərinə qarşı mühafizə edən maye ifraz etmələri onların heyrətamiz xüsusiyyətləridir.

Bəs bu böyük heyvanlar bədənlərində günəşin təsirlərinə qarşı mühafizə edən “günəş kremini” ifraz etməyi necə düşününmüşlər? Alimlərin laboratoriyalarda apardıqları uzun tədqiqatlar nəticəsində yeni kəşf etdikləri piqmentləri begemot necə ola bilər əsrlərdir ki, bədənində istehsal edir?

Bəs heyvanı günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı mühafizə edən bu piqmentlərin təsadüfən əmələ gəlməsi mümkündürmü?

Əlbəttə ki, xeyr. Uca Allah begemotu da bütün digər canlılar kimi yaşadığı mühitdə ehtiyacı olan bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaratmışdır.

Allah bu üstün yaratmasını Quranda belə bildirir:


O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)