Darvinistlərin elm adına irəli sürdükləri saxtakarlıqlar

Darvinistlərin elm adına irəli sürdükləri saxtakarlıqlar

Piltdaun adamı saxtakarlıqdır

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dovson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.

Məşhur amerikalı paleontoloq H.F. Osborn da 1935-ci ildə Britaniya muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, - deyirdi.

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.

1949-cu ildə isə Britaniya muzeyinin paleontologiya bölməsindən Kennet Oukli yeni yaş müəyyən etmə üsulu olan “ftor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda flor olan kəllə isə sadəcə bir neçə min illik olardı.

Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.

Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa maşik insana, çənə sümüyü də yeni ölmüş oranqutana aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yiyələnmişdi. Köpək dişi də iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi elə dərin yiyələnmişdi ki, pulpanın dəliyi üzə çıxmış, sonra içi doldurulmuşdu.

Bu heyrətli həqiqəti elmi yazıçı Hank Haneqraff belə söyləmişdi:

Marvin Lubenovun açıqlamalarına əsasən, alt çənədəki oranqutan dişlərinin üzərindəki yiyə izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi də iki fərqli tərəfdən yiyələnmişdi. Köpək dişi elə dərin yiyələnmişdi ki, pulpanın dəliyi üzə çıxmış, sonra içi doldurulmuşdu.

Təkamülçü bioloq Keyt Stuard Tompson Piltdaun adamı ilə bağlı bu böyük yalanı “1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biridir”kimi şərh edirdi.

Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.

Jurnalist yazıçı və filosof Malkolm Maqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:

Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar...

Piltdaun saxtakarlığı yaradılış inancını zehinlərdən silmək və insanın təsadüfən və nəzarətsiz şəkildə meydana gəldiyi yalanına insanları inandırmaq üçün dəccali sistem olan masonluğun həyata keçirdiyi oyundur. Lakin Allah´ın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrlə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif  sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

Nebraska adamı saxtakarlıqdır

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri H.F.Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı Plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox böyük elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini Pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmlərini dərc etidlər. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayn adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops adlandırılan amerikan qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi “Science” jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi,Hesperopithecus nə meymun, nə də insandır”.

Elmi yazıçı Hank Haneqraff bu məsələ ilə bağlı hadisələri nəql edir:

1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə “Nebraska adamı”nın deyil, eyni zamanda, “Nebraska qadını”nın da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-də yayımlayardılar.

Bu kəşfdən bir müddət sonra bunabənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan Hesperopithecusharoldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü.

Bu hadisə nəticəsində Hesperopithecus haroldcooki və “ailəsi”nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı, əslində, darvinistlərin bircə dişi bəhanə edərək necə fantastk təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elmi göstərilməyə çalışılması darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.