Yosunlar

Yosunlar

Yalnız hüceyrə pərdəsi və xloroplastdan ibarət olan tək hüceyrəli bir canlının sanki kimya laboratoriyası kimi çalışması və möhtəşəm sənət nümayiş etdirməsi inananları heyran, təkamülçüləri isə çarəsiz buraxan çox mühüm həqiqətdir. Yosunlar mikroskopik bitki mənşəlidir. Ən böyükləri 1 millimetr diametrində olan bu kiçik canlılardan 1 cm3 dəniz suyunda təxminən 10 min dənə tapıla bilər. Okeanlardakı canlı orqanizmlərin 90%-ni meydana gətirmələrinə baxmayaraq, yosunların hamısı suda yaşamır. Bəziləri torpaq üstündə, ağaclarda və hətta kifayət qədər rütubətli olduqda kərpic divarlarda belə yaşaya bilirlər. Bu canlılar üçün işıq, su, karbondioksid və lazımlı qidaların olduğu hər yer çoxalmaq üçün uyğundur.

Yer üzündəki demək olar ki, bütün canlılar həyatlarını yosunlara borcludurlar. Çünki etdikləri fotosintez sayəsində tənəffüs etdiyimiz oksigenin bir hissəsini yosunlar yaradır. Bu möcüzəvi mikroskopik canlılar olduqca ətraflı mexanizmə malikdir. Üzərlərində çox sayda məsamə var. Bu məsamələr qidaların daxilə girməsinə və qazlar mübadiləsinə imkan yaradır. Yosunlar oksigen istehsal edən mikrofabriklər kimi çalışırlar. Trilyonlarla yosun bu qazlar mübadiləsi nəticəsində öz ehtiyaclarından artıq oksigen istehsal edərək atmosferdəki oksigen nisbətində çox böyük dəyişiklik yaradırlar.

Bununla yanaşı, dənizlərdəki qida zəncirində də çox əhəmiyyətli rol oynayırlar. Yosunlar heyvan mənşəli planktonları meydana gətirən kiçik canlıların təməl qida qaynaqlarıdır. Heyvan mənşəli planktonlar da daha böyük növlər üçün qida qaynağıdır. Məsələn, olduqca böyük canlı olan donqar balina kimi canlılar yosunlarla qidalanırlar. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün bir neçə yüz milyard yosun lazımdır.

Yosunların ən təsiredici xüsusiyyətləri isə öz tikdikləri qabıqlarıdır. Yosunlar mükəmməl memarlardır. Silisium tərkibli qabıqları sərtdir, müntəzəm və son dərəcə simmetrik görünüşləri var. Yosunların özləri üçün tikdikləri bu evlər bəzən parıldayan qozanı, bəzən spiralı, bəzən də işıldayan kristal çilçırağı xatırladır. Maraqlı olan isə iyirmi beş mindən çox yosun növü olmasına baxmayaraq, heç birinin qabığının digərinə bənzəməməsidir. Eynilə bir qar dənəsinin digərinə bənzəməməsi kimi yosunların görünüşləri də bir-birlərindən fərqlidir.

Yosunların üzərində olan və qidaların daxilə girməsinə və qazlar mübadiləsinə imkan yaradan məsamələr də üzərlərində daşıdıqları bu arxitektura quruluşundadır. Nəticədə bu canlıların görünüşləri son dərəcə həssas bucaqlara sahib mükəmməl riyaziyyat və dizayn möcüzəsi olaraq qarşımıza çıxır. Bu canlı yalnız 25 mikron diametrdədir. 25 mikron isə təxminən bir iynənin başı qədərdir. Bir insanın 25 mikronluq sahədə belə qüsursuz estetik möcüzə yarada bilməsi demək olar ki, qeyri-mümkündür.

Bu canlılar isə nə estetikanı və geometriyanı bilirlər, nə də buna ehtiyac duyurlar. Bu canlıların kimya, ya da memarlıq təhsili almışcasına tikdikləri estetik qabıqların təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi də aydındır. Bu vəziyyətdə yenidən Rəbbimizin uca varlığı və sənəti ilə qarşı-qarşıya gəlirik. Bu üstün sənət elə nizamlı və göz qamaşdırıcıdır ki, yosunların hər birində ayrı-ayrı təcəlli edir və tam mənasıyla qüsursuzdur.

Yosunlarla bağlı diqqət çəkən ikinci planlama xüsusiyyəti isə çoxalmaları əsnasında ortaya çıxır. Yosunlar inanılmaz sürətlərdə, bəziləri səkkiz, hətta dörd saatda bir bölünərək çoxalırlar. Buna görə də 10 gün içərisində bir yosun 1 milyard ayrı fərd halına gələ bilir. Bu canlıların artma sürətləri də xüsusilə oksigen istehsal etdikləri üçün çox əhəmiyyətlidir. Artma sürətlərindəki ən kiçik bir sabitlik şübhəsiz bu əhəmiyyətli oksigen qaynağının böyük ölçüdə azalmasına səbəb olacaq. Bu da canlı aləm üçün təhlükə yarada bilən vəziyyətdir. Ancaq Allah'ın yaratdığı canlılar üzərindəki rəhmətinin və mərhəmətinin təcəllisi olaraq bu canlılar mütləq ehtiyac olan zamanlarda, ehtiyac olan miqdarlarda artır və yer üzündəki həssas ekoloji tarazlığı sabit saxlayırlar.

İnsanların istifadə etmələri üçün yaradılmış ideal xam maddə

Yosunların öz qidaları da insanlıq üçün əhəmiyyət daşıyır. Bu canlılar fotosintez sayəsində istehsal etdikləri kiçik yağ hissəcikləri şəklindəki qidalarını hüceyrələrinin içərisində saxlayırlar. Bu kiçik yağ hissəcikləri zamanla bir yerə gəlir, geoloji və bioloji qüvvələrin də təsiriylə neft yataqlarının meydana gəlməsinə səbəb olur. Bu gün istifadə etdiyimiz neftin çox böyük bir hissəsini e.ə. dənizlərdə ölən yosunlar meydana gətirmişdir. Bu yosun təbəqələri də zamanla qalıqlaşaraq yosunları meydana gətirir.

Yosunlar sənaye məqsədilə istifadə edilir. Yosunlar yüngül ağırlığı və məsamələri ilə ideal filtr quruluşuna malikdir. Bu xüsusiyyətinə görə kosmos sənayesində istifadə edilə bildikləri kimi böcək öldürücü dərman preparatlarının istehsalından rəng plombuna qədər fərqli məqsədlərlə də istifadə edilə bilir.

Tək bir mikroskopik canlıda bu qədər böyük detalların yaradılması Allah'ın sənətindəki mükəmməlliyi göstərir.

Bildiyimiz və bilmədiyimiz canlıların sahib olduqları bu kimi xüsusiyyətlər Allah'ın sərhədsiz gücünü daha yaxşı qavramaq üçün səbəbdir. Bir ayədə Allah belə buyurur:

"Ey iman edənlər, Allah'dan qorxub-çəkinin və (sizi) ONA (yaxınlaşdıracaq) vəsilə axtarın." (Maidə surəsi, 35)