Barmaq izlərindəki "şəxsiyyət vəsiqəsi"

Barmaq izlərindəki "şəxsiyyət vəsiqəsi"

 Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:

"Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik". ("Qiyamət" surəsi, 75/4)
 
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.
 
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.
 
Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.