Texnologiyaya ilham qaynağı olan canlılardan nümunələr

Texnologiyaya ilham qaynağı olan canlılardan nümunələr

Elm adamları inkişaf etmiş müasir texnologiyanın yeniliklərini səmərəli şəkildə gündəlik həyatda tətbiq etməyə çalışırlar. Bu məqsədlə onlar təbiətdəki canlılardan ilham alaraq araşdırmalar aparırlar. Canlıların müxtəlif xüsusiyyətlərini araşdıran tədqiqatçılar hər gün yeni kəşflərlə gündəlik həyatımızı asanlaşdırırlar.

Hazırda bir çox elm adamları təbiətdəki materialların quruluşunu və ya canlıların xüsusiyyətlərini araşdıraraq texnologiyada tətbiq edirlər. Çünki dözümlülük, yüngüllük, elastiklik və s. kimi xüsusiyyətlər bu canlılarda mövcuddur.

Təhlükəli maddələri hiss edən soxulcanlar

Soxulcanların bir çoxu tərkibində ağır metallar olan təhlükəli maddələri tapa bilirlər. Elm adamları onların bu xüsusiyyətindən sənayedə alternativ təmizlik metodu kimi istifadə etməyi düşünürlər.

Qarışqa kompüterlər

Qarışqalar ziqzaqlı və kələ-kötür yolu riyazi olaraq düz yola çevirirlər. Onlar yolun uzunluğunu minimuma endirir, iki nöqtə arasında ən qısa məsafəni taparaq düz xəttə çevirirlər. Alqoritmlər qarışqalardan ilham alınaraq hazırlanır.

Parlaq tüklər

Uca Rəbbimizin quzğunlarda yaratdığı xüsusiyyətlərdən biri onların parlaq qara tüklərinin olmasıdır. Bu quşların tüklərinin üzərindəki işığı əks etdirən nazik təbəqə onları parlaq edir. Bu təbəqə səth bərk olduqda belə onu parıldadır. Elm adamları tüklərin bu xüsusiyyətindən cilalanmayan, amma parlaq görünən materiallar üçün istifadə etmək istəyirlər. Əgər quzğunların bu xüsusiyyətindən texnologiyada istifadə edilsə, həm səthlər sürüşkən olmayacaq, həm də onları parıldatmaq üçün kimyəvi maddədən istifadə edilməyəcək. Quzğunun digər xüsusiyyətləri kimi parlaq tüklərini də Allah yaratmışdır. Rəbbimiz yaratma sənətindəki bənzərsizliyi bizə bu nümunələrlə göstərir. Aləmləri "Ol" əmri ilə yaradan Allah üstündür və hər şeyə qadirdir.

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi,1-2)