Buqələmunlar və istəyə görə rəng dəyişdirən paltarlar

Buqələmunlar və istəyə görə rəng dəyişdirən paltarlar

Buqələmunların olduqları mühitə görə rəng dəyişdirmələri çox təəccüblü və bir o qədər də estetik hadisədir. Buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu prosesi etmə sürəti ilə insanı heyrətə salır.

Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcılarından, mavi və ağ rəngi əks etdirən təbəqədən və ən əhəmiyyətlisi də rəngini tündləşdirən kramatafor hüceyrələrindən böyük məharətlə istifadə edir. Məsələn, bir buqələmun sapsarı bir mühitə qoyulduqda bədəni sürətlə sarı rəngə çevrilir. Üstəlik buqələmun təkcə bir rəngə deyil, eyni anda bir neçə fərqli rənglərə də tam uyğunlaşa bilir. Mahir kamuflyaj ustası bunu dərisinin altındakı rəng hüceyrələrinin ölçüsünün böyüməsi və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunluq göstərməsi ilə bacarır.
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun laboratoriyalarında buqələmunlardakı kimi rəng dəyişdirmə xüsusiyyətinə sahib olan paltar, ayaqqabı və çantaların hazırlanması üzərində çalışılır. Düşünülən bu texnologiya xüsusi silikon materiala elektrik verməklə onun istənilən rəngə çevrilməsini təmin edir. Beləcə, parça və ona bənzər materialdan istehsal olunan hər cür geyim və bəzək əşyalarının bir neçə saniyədə rəng və naxış dəyişdirməsi mümkün olacaq. Bunun üçün kiçik elektron cihazdan istifadə edilməlidir.

İstənilən rəngi seçmək üçün batareya ilə işləyən bu cihazın üzərindəki düymələrlə həmin rəngin kodunu yazmaq kifayətdir. Lakin bu texnologiya bu gün üçün olduqca bahalıdır. Məsələn, bir kişi pencəyinin hazırlanması 10 min dollara başa gəlir.

Bir nəfər sizə pencək göstərsə və “Bu pencəyin rəng dəyişdirmə xüsusiyyəti var. Amma nə pencəyi, nə də onun rəng dəyişdirmə xüsusiyyətini kimsə hazırlamayıb. Öz-özünə yaranıb.” desə nə fikirləşərdiniz? Çox güman ki, bunu deyən insanın “çox cahil” olduğunu düşünərdiniz. Çünki pencəyi tikən dərzinin və rəng dəyişdirmə xüsusiyyətini hazırlayan elm adamlarının olduğu çox açıqdır.

Bəs buqələmun bu qədər mükəmməl rəng dəyişkənliyini necə həyata keçirir? Bütün bu prosesləri təmin edən sistemləri özü hazırlaya və bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, bütün bunları buqələmunun öz iradəsi ilə etdiyini iddia etmək ağıla və məntiqə ziddir. Bir insanın belə bir prosesi reallaşdırması mümkün olmadığı halda, sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi mümkündürmü? Belə bir üstün qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək də tamamilə əsassız və mənasızdır.
Təbiətdəki heç bir mexanizm belə qüsursuz qabiliyyəti meydana gətirmək və ehtiyacı olan canlıya vermək gücünə malik deyil.

Buqələmunları Allah yaratmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu cür nümunələrlə göstərir. Allah üstün və güclü olandır. Quranda Allahın yaratma sənəti belə bildirilmişdir: 

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)