Bədən dili ilə müdafiə taktikası işlədən canlılar

 Bədən dili ilə müdafiə taktikası işlədən canlılar

Marallar təhlükə hiss etdikdə bir ayaqlarını yerə vuraraq digər marallara təhlükə olduğunu xəbər verirlər. Əgər təhlükənin yaxında olduğunu hiss edirlərsə, həm ön ayaqlarından birini yerə vurur, həm də quyruqlarını dik saxlayaraq kəfgir kimi yelləyirlər.

Ağquyruq maral təhlükəni ilk hiss etdiyi anda quyruğunu yuxarıya doğru qaldıraraq yüngülcə burur. Quyruğunun alt hissəsi tamamilə ağ rəngdədir. Bu, maralın bədənində ağ olan yeganəhissədir. Quyruğunu birdən qaldırmaqla sürüdəki bütün maralları təhlükə barədə xəbərdar edir.

Cənubi Amerikada yaşayan bir dəvə növü – quanakolar nizamlı sosial həyat sürən canlılardandır. Quanakolar ailələrini, birlikdə yaşadıqları sürüləri və yaşadıqları ərazini təhlükədən qorumaq üçün bir-birlərinə mesaj göndərirlər. Bu dəvələr qulaqları ilə bir-birlərinə işarələr göndərərək, mırıldanaraq, çömələrək, tüpürərək, sinələrinə vuraraq, quyruq yelləyərək və s. yollarla təhlükənin olduğunu xəbər verirlər.Quanakolar həm də duruş formaları iləxəbərləşirlər. Yetkin erkək quanakolar zamanlarının çoxunu yaşadıqları yerinsərhədlərini müəyyən etməklə keçirirlər.Erkək quanakolar üçün duruş forması çox əhəmiyyətlidir. Onlara tanış olmayan erkək heyvan əraziyə yaxınlaşdıqda, erkək quanako quyruğunu yuxarıya qaldırır və anidən dimdik ayağa qalxır. Boynunu S hərfi şəklində əyri tutaraq, qulaqlarını arxaya doğru çəkir və burnunu yuxarı qaldırır. Quanako düşməninə bu cür hədə-qorxu gəlir.

Cənubi Afrikada yaşayan qnular görünüşlərinə görə camışlara bənzəyirlər. Sürü halında yaşayan bu antilop növünün sayı bəzən 100, bəzən daha çox olur. Çox sürətlə qaçan bu antilop növü düşmənləri tərəfindən təqib edildikdə yarış atlarından daha sürətli qaçır. Cənubi Afrika antiloplarının balaları da sürətlə qaçırlar. Hətta 2 günlük bala antilop da demək olar ki, böyük antiloplar kimi sürətlə qaçır. Çətin şərtlərdə yaşayan bu canlılar Allahın onlara verdiyi bu xüsusiyyətlər sayəsində həyatlarını çox rahat davam etdirirlər.

Pişiklər özlərini müdafiə etdiklərini və ya hücum edəcəklərini hərəkətləri ilə bildirirlər. Əgər pişik hücum etməyə hazırlaşırsa, bunu göz təması və qısılmış göz bəbəkləri ilə, həmçinin hücum etməyə hazır dayanaraq bəlli edir. Başını və bığlarını qabağa, qulaqlarını isə arxaya tərəf uzadır. Onlar qorxduqları və özlərini təhlükədə hiss etdikləri zaman bunu yerə çömələrək xəbər verirlər.

Pişiklər özlərini təhlükədə hiss edərlərsə, bir tərəfə yuvarlanıb dişlərini və pəncələrini göstərərək müdafiəyə hazır olduqlarını bildirirlər. Bundan başqa, bədənlərindəki bütün tüklərini də dikəldirlər.

İtlər də müdafiə zamanı bədən dilindən istifadə edirlər. Bu zaman it mırıldayır və dişlərini göstərir. Hücum edildikdə isə qorxmadığını bildirmək üçün qulaqlarını və quyruğunu dik tutur və tüklərini dikləşdirir. Gərgin və hər an hücum etməyə hazır olur. Əgər qorxursa, bu zaman yenə də dişlərini göstərir, mırıldayır, quyruğunu yerə paralel şəkildə dümdüz tutur və tüklərini dikləşdirir. Amma təhdid zamanı özünü üstün hiss etmədiyi üçün qulaqlarını yatırır.

Zürafələr də təhlükə anında digər canlılarla ünsiyyət qurmaq üçün bədən dilindən istifadə edirlər. Bu canlılar təhlükə zamanı, adətən, gözlərini dikib baxırlar. Bu baxışlar insanlarda olduğu kimi, dostcasına və ya düşməncəsinə bir məna ifadə edir. Geniş otlaqlarda, yəni savannalarda bir zürafə gözünü ayırmadan digərinəbaxırsa, bu, bir aslanın yaxınlaşdığını və qrupların təxminən 2 km-lik sahəyə çəkilməli olduqlarını bildirir.

Canlıların xəbərləşmək üçün istifadə etdikləri metodlar bizə Allahın sonsuz ağlını, güc və sənətini göstərir.Allah üstün və güclü olandır, bənzərsiz yaradandır.Quruda və dənizdə olan hər şey Ona aiddir.Allah sonsuz ağıl və bilik sahibidir. Bir Quran ayəsində belə buyurulur:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır...(Həşr surəsi, 24)