Mutasiyalar

Mutasiyalar

Mutasiyalar canlı hüceyrənin nüvəsində olan ve genetik məlumat daşıyan DNT molekulunda, radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qopmalar, pozuntular və yerdəyişmələrdir. Mutasiyalar 99% ORQANİZMƏ ZƏRƏR verirlər. 1% isə zərərsiz ola bilərlər. Hər hansı bir orqanizmə FAYDA VERƏN bir mutasiya nümunəsi tapılmamışdır və yoxdur.

Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar...

Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B.G.Ranqanatan bunu belə açıqlayır:

Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz.

Bundan başqa,

•             Darvistlərin iddiasına görə, mutasiyalar vücudun hər yerində mütənasib və bir-birinə uyğun dəyişikliklər etməlidirlər.

•             Məsələn, təkamülçülərin iddiasına görə, təsadüfi mutasiyalar sağ tərəfdə iddia etdikləri kimi qulaq formalaşırsa, sol tərəfdə də təsadüfi mutasiyaların eyni simetriyada eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə sahib ikinci bir qulaq yaranmalıdır. Eşitmə prosesində funksiya daşıyan bütün mükəmməl və kompleks qulaq elementlərinin hər birinin eyni formada mükəmməl olaraq meydana gəlməsi lazımdır.

•             Təsadüfi mutasiyaların ürək qapaqcıqlarını da iki tərəfdə də eyni cür formalaşdırması lazımdır. Darvinistərin iddiasına görə, mütləq mutasiyaların bütün kameraları, qapaqcıqları eyni formada, xətasız, tam yerli yerində və eyni anda meydana gətirməsi lazımdır. Vücudun hər bir orqanında bu proses eyni tərzdə olmalıdır.

•             Yoxsa böyük ziddiyyətlər baş verər, bir qulağı tərs, bir dişi fərqli, tək gözü alnında, tək gözü burnunda əcayib canlılar meydana gəlməlidir. Canlılarda belə bir uyumsuzluq olmadığına görə, Darvinistlərin iddiasına görə, mutasiyaların hər şeyi simetrik və uyğun şəkildə meydana gətirməsi lazımdır.

•             Ancaq 99% zərərli, 1% təsirsiz mutasiyaların faydalı olmaları; ağıllı, uyğun, simetrik orqanları eyni anda meydana gətirə bilmələri imkansızıdır.

Başqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki təcrübələrin uğursuzluğunu belə ifadə edir:

Morqan, Qoldsmit, Müller və digər genetiklər meyvə milçəyi generasiyalarını isti, soyuq, işıqlı, qaranlıq, kimyəvi və radioaktiv təsirləri olan şərtlər altında saxlamışlar. Təcrübələr nəticəsində az zərərli və ya tamamilə zərərli olan hər cür mütasiya baş vermişdir. Bəs, nəticədə insan tərəfindən həyata keçirilən süni təkamül baş verdimi? Xeyr. Genetiklərin əmələ gətirdiyi məxluqların çox azı sınaq şüşələrindən kənarda həyatlarını davam etdirə bildilər. Mutantlar ölür, qısır qalır və ya əvvəlki vəziyyətlərinə yenidən qayıtma meyli göstərirdilər.

İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir.

Amerikalı patoloq Devid A.Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:

Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur...