Birgə hərəkət edən çəyirtkələr

Birgə hərəkət edən çəyirtkələr

Təbiəti tədqiq etdikcə hər zaman eyni həqiqətlə qarşılaşırıq; canlılar təkamül nəzəriyyəsinin “təsadüf” iddiasını tamamilə əsassız edən, son dərəcə mükəmməl sistemlərə sahibdirlər. Hər bir canlı yaradıldığını sübut edən dəlillərlə təchiz olunmuşdur.

Canlıların ağıllı davranışlarının nümunələrindən biri həşəratlardır. Bu möhtəşəm yaradılışın sahibi isə göylərin, yerin və ikisinin arasında olan hər şeyin Rəbbi, uca Allahdır. Allah həşəratları Öz uca Zatının yaratdığını Quranda xəbər vermişdir.

Elm adamlarının hər gün yeni möhtəşəm xüsusiyyətlərini kəşf etdiyi həşərat növlərinin hər biri yaradılış möcüzəsidir. Bu canlılar elə həssas tarazlıqlarla yaradılmışdır ki, bu qüsursuz və təfərrüatlı sistem Allahın sonsuz gücünü, üstün ağlını və yaratmasındakı müxtəlifliyi gözlər özünə sərir. Uca Allah hər şeydə olduğu kimi, həşəratları da üstün bir elm və hikmətlə yaratmışdır.
Birgə hərəkət edən çəyirtkələr

“Onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.” (Qamər surəsi, 7)

Ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti təsvir edilir. İndiyə qədər yaşamış və bundan sonra yaşayacaq milyardlarla insanın kütləvi şəkildə dirilməsi çəyirtkələrin ətrafa yayılmasına bənzədilir. Şübhəsiz ki, Allahın bu nümunəni göstərməsinin bir çox hikmətləri var.
20-ci əsrdə çəyirtkələr üzərində mikrokameralarla aparılan geniş tədqiqatlar zamanı bir çox məlumatlar əldə edilmişdir. Çəyirtkə sürüsü sanki tək bir vücud kimi hərəkət edir. Bir araya gələn milyardlarla çəyirtkə kilometrlərlə genişlikdə qara buludu xatırladır. Bu sürülərin bəzilərinin 3-5 kilometr genişliyində və metrlərlə dərinlikdə olduğu müəyyən edilmişdir. Hətta bu izdihamlı çəyirtkə sürüsü havanın qaranlıqlaşmış kimi görünməsinə səbəb olur.

Çəyirtkələr yumurtalarını toxum kimi torpağın içinə qoyurlar, sürfələr uzun müddət torpağın altında qaldıqdan sonra kütləvi şəkildə yerin üstünə çıxırlar. Dişi çəyirtkələr torpaqda 10-15 sm dərinliyində çuxur qazdıqdan sonra bir dəfədə 95-158 sürfə qoyurlar. Hər dişi çəyirtkə bu prosesi təqribən 3 dəfə təkrarlayır. Sürfələr yetkin hala gəldikdə havanın temperaturundan asılı olaraq, 10-65 gün ərzində kütləvi şəkildə torpağın altından çıxırlar. Bəzən 1 kvadrat metrlik sahədə 1000 yumurta çuxuru olur. Çəyirtkə sürüləri o qədər böyük olur ki, hətta bir neçə yüz kvadrat kilometr sahəni əhatə edə bilir. Hər kvadrat kilometrə 40-80 milyon arası çəyirtkə düşür.

Çəyirtkələrin uzun müddət torpağın altında qaldıqdan sonra kütləvi şəkildə yerin üstünə çıxması qiyamət günündə insanların dirilişinə bənzər bir görüntünü xatırladır. (Doğrusunu Allah bilir.)
Hazırda çəyirtkələri tədqiq etmək üçün xüsusi bölmələr fəaliyyət göstərir. Tədqiqatların bir qismində pult ilə idarə edilən, görüntü əldə etməyi təmin edən qurğulardan istifadə edilir. Hətta NASA-nın peyk məlumatları da Afrikadakı səhra çəyirtkələri koloniyalarının yaşadıqları əraziləri müəyyən etmək üçün istifadə edilir. Peyk məlumatları vasitəsilə 18 milyon kvadrat kilometr sahədə yerdən və havadan geniş tədqiqatlar aparmaq mümkündür.

Çəyirtkələr haqqında müəyyən məlumatlar əldə etmək üçün istifadə edilən texnologiyaların mövcud olmadığı bir dövrdə bu cür bənzətmənin verilməsi Quranın hər şeyi bilən, uca Allahın vəhyi olduğunun dəlillərindəndir.