DNT sonsuz məlumat mənbəyinin varlığına sübutdur

DNT sonsuz məlumat mənbəyinin varlığına sübutdur

İnsanın hüceyrəsində yerləşən DNT-də 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsanın öz DNT-sindəki məlumatı oxumağa ömrü çatmaz. Fasiləsiz hər saniyədə bir DNT şifrəsi oxunsa bu proses 100 davam edər. Çünki aparılan hesablamalara görə bu böyük ensiklopediya təxminən 3 milyard müxtəlif şifrə ehtiva edir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək uzunluğu Şimal qütbündən ekvatora qədər çatar. Bu, təxminən 1000 qalın kitaba bərabərdir.

Daha da maraqlısı, bu ucsuz-bucaqsız məlumat bazası hər bir hüceyrənin nüvəsində yerləşir. Təxminən 100 trilyon hüceyrədən ibarət insan vücudunda bu kitabxananın 100 trilyon surəti var.

DNT-dəki məlumatı insanın bilik səviyyəsi ilə müqayisə etsək qeyri-adi nəticə ilə qarşılaşarıq: 100 trilyon 1000cildlik kitab! Bu, yer üzündəki qum dənələrindən daha çoxdur. Bu ədədi hazırda dünyada yaşayan 7 milyard və indiyə qədər yaşamış saysız-hesabsız insanın sayına vursaq ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluq adlandıra biləcəyimiz məlumatla qarşılaşarıq.

Bu nümunələrdən “məlumat bankının” böyüklüyünü az da olsa qavraya bilərik. Dövrümüzdə ən böyük informasiya bazası kompyuter hesab olunur. Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə insanın əsrlər boyu əldə etdiyi bilik və təcrübə nəticəsində təkmilləşdirdiyi texnologiyanın təkcə bir hüceyrə nüvəsinin məlumat tutumuna çata bilmədiyini görürük.

“İnsan genomu” layihəsini həyata keçirən “Celera Genomics” şirkətinin ən məşhur mütəxəssislərindən Cin Mayers (Gene Myres) layihənin nəticəsindən bəhs edərkən DNT-dəki yaradılışa heyran qaldığını belə ifadə edir: “Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur... Sistem hədsiz mürəkkəbdir. Sanki dizayn olunub... Burada (DNT-də) böyük ağıl var.”

Digər maraqlı cəhət isə,yer üzündəki bütün canlıların eyni dildə (şifrədə) yazılmış məlumatlara sahib olmasıdır. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-ə sahibdir.

Gəldiyimiz nəticə: Dünyadakı bütün canlılar bir Ağıl tərəfindən yaradılmış məlumat əsasında yaşayır və çoxalır.

Bu həqiqət təkamül fərziyyəsinə böyük zərbə oldu. Çünki təkamül fərziyyəsi təsadüfə əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Hər hansı bir kağız üzərində xərçəng xəstəliyinin əlacı yazılsa, bu dərmanı hazırlayan alimi tapmaq və hətta onu mukafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs dərmanın mürəkkəbinkağıza tökülməsi nəticəsində təsadüfən yazıldığını düşünməz. Ağıl sahibi, normal düşünən hər kəs bu yazının ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış mütəxəssisə aid olduğunu düşünəcəkdir.

Təkamülçülərin DNT ilə bağlı təsadüf iddiaları isə daha cəfəngdir. Çünki DNT-də hüceyrədə enerji yaratmaq üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növ zülalın hər birinə aid molekulyar düsturlar və bunların əmələgəlmə ardıcıllığı yazılmışdır. Bununla yanaşı DNT-də digər hüceyrələrlə məlumat mübadiləsi üçün “protokollar” və ötürücü hormonların emalı planları və s. saysız-hesabsız müxtəlif məlumatlar yerləşir.

DNT-nin öz-özünə əmələ gəldiyini ancaq bu barədə ən kiçik məlumatı belə olmayan insan iddia edər. Saysız məlumat ehtiva edən və olduqca mürəkkəb quruluşa malik molekulu təsadüf nəticəsi adlandırmaq ağılsızlıqdır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-ni də “açılmamış sirr” adlandıraraq ört-basdır etməyə çalışırlar.