Ağaclardakı mühəndislik möcüzəsi

Ağaclardakı mühəndislik möcüzəsi

Suyun ağacın ən uc hissəsindəki yarpağa daşınması

Ağaclar ehtiyacları olan suyu torpaqdan alaraq ən ucdakı yarpaqlarına qədər xaricdən heç bir müdaxilə olmadan böyük müvəffəqiyyət ilə daşıyırlar. Bu mükəmməl prosesin reallaşması üçün ağacda çox nizamlı sistem var. Ağacın köklərindən gövdəsinə və budaqlarına doğru uzanan və "oduncaq toxuması" olaraq adlandırılan incə borulardan ibarət olan sistem suyu daşıyır. Ancaq suyun ağac daxilinə yerləşdirilən bu su borularından yuxarıya doğru çəkilməsi lazımdır. Bu proses isə fizika qanunlarının qüsursuz uyğunluğu sayəsində reallaşır.

Hər yarpaqda karbondioksidin girib suyu buxarlandırdığı kiçik məsamələr var. Su molekulları quruluşlarına görə bir-birlərinə yapışmağa meyllidirlər və su yarpaqdan buxarlanarkən, yarpaqdakı su altda qalan suyu "çəkir". Bu şəkildə torpaqdan ağacın budaqlarına qədər uzanan "yuxarıya doğru dartma hərəkəti" meydana gəlir. Su yarpağa və sonra havaya doğru hərəkət etdikcə, oduncaq toxumasında gərginlik yaranaraq köklərdən daha çox su çəkilir.

Suyun daşınmasındakı möcüzəvi sisitemlər

Bir məsamə ağacın daxilində olan suya yalnız çox az dartma qüvvəsi tətbiq edə bilər. Ancaq ağacın bütün yarpaqlarının üzərində olan çoxlu sayda məsamə bir yerə gəldikdə, böyük ağacda bir gün içində 400 litrdən çox suyu darta bilən güc meydana gətirirlər. Bu dizaynın ən möhtəşəm xüsusiyyətlərindən biri isə ağacın bu hidrolik daşıma sisteminin çalışması üçün bir səy göstərməməsidir. Daha quru olan hava suyu ağacdan daha güclü şəkildə xaricə çəkir. Buxarlanma suyu yuxarıya doğru çəkərkən, su molekullarının bir-birlərini çəkmələrinə görə az müqavimət meydana gəlir və su rezin lent kimi dartılır. Bu prosesin nəticəsində su kolonunda boşluq meydana gəlir və hava qabarcığı şəklini alır. Hava qabarcığının meydana gətirdiyi boşluq aradan qaldırılmadan, ağac köklərindən yuxarıya su çəkilə bilməz.

Buna qarşı, ağaclar su kolonlarının bu cür hərəkət etməsinin qarşısını alan uyğunlaşmaya malikdirlər. Suyun məsamələri tərk edərkən meydana gətirdiyi gərginlik müəyyən səviyyəni aşsa, bəzi yarpaqların üzərindəki dəliklər dərhal bağlanırlar və buxarlanmanın dartma təsirini azaldırlar. Beləcə hava qabarcığının yaranmasına mane olunur və buna görə ağacın budaqlarının və yarpaqlarının susuz qalması və ağacın ölməsi əngəllənir.

Bu kompleks sistem təsadüfən meydana gələ bilməz

Hər gün dəfələrlə önlərindən keçib getdiyimiz ağaclarda belə mükəmməl sistem mövcuddur. Bundan əlavə, burada izah edilənlər ağacların sahib olduğu qüsursuz dizaynın yalnız kiçik hissəsidir. Yalnız suyun ağacın hər nöqtəsinə çatması üçün ağacların quruluşunda fizika qanunları və mühəndislik məlumatları bir yerdə istifadə edilmiş və qüsursuz tarazlıq və dizayn meydana gəlmişdir.

Təkamülçülər bütün bu qüsursuzluğun təsadüfən inkişaf etdiyini iddia edirlər. Təkamülçülərə görə təsadüflər əvvəl su molekullarının bir-birini çəkməsi, buxarlanma, gərginlik və s. kimi fizika qanunlarını ağaclarda istifadə etmişlər. Sonra bir mühəndis kimi düşünmüşlər və ağacların içinə su borularını döşəyərək, belə mühəndislik möcüzəsi olan sistem meydana gətirmişlər.

Əlbəttə ki, bu açıqlama tamamilə cəfəngiyyatdan ibarətdir. Yer üzündə mövcud olan minlərlə növ bitkidəki kompleks sistemlərin yaradıcısı göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan uca Allah'dır. Ağaclardakı bu mükəmməl sistem Aləmlərin Rəbbi olan uca Allah'ın varlığının və böyüklüyünün sonsuz saydakı dəlillərindən yalnız biridir. (Harun Yəhya, Toxum möcüzəsi)