Molekulların Hiss Edilməyən Hərəkətlərindəki İncəliklər

Molekulların Hiss Edilməyən Hərəkətlərindəki İncəliklər

Molekulların bədənimizə toxunduğunu nə üçün hiss etmirik?

Külək nə üçün üşüdür?

Molekullar daima hərəkətdə olduğu halda, nə üçün heç bir cisim parçalanıb dağılıb?

Otağınızda sakit oturursunuz, ətrafınız səssizlikdir, heç bir hərəkətin olmadığını düşünürsünüz. Halbuki ətrafınızdakı hər şey, sizi əhatə edən hava belə dayanmadan hərəkət edir. Necə?
Siz otağınızda kresloda oturub sakitcə əlinizdəki jurnalı oxuyarkən sizi əhatə edən molekulların ən kiçik zərrəciyi olan elektronlar saniyədə 1000 km sürətlə dövr edirlər. Bundan başqa, sizi əhatə edən, hətta sizi təşkil edən molekullar da fasiləsiz hərəkət halındadırlar. Boşluqda dolaşan molekulların sürəti tapançadan atılan güllənin sürətinə bərabərdir: saniyədə 1000 metrdən çox.
Havadakı milyardlarla molekul hər saniyə milyard dəfələrlə bir-biri ilə toqquşur və yenidən bir-biri ilə toqquşana qədər dövr etməyə davam edir. Odur ki, siz otaqda təkbaşına, sakit oturduğunuzu zənn edərkən, əslində, molekul bombardmanının içindəsiniz. Bəzən bu molekul bombardmanıgüclü küləyə çevrilərək ağacları və binaları yıxacaq qədər şiddətli olur.

Hərəkət edənlər təkcə havadakı molekullar deyil. Dərinizdəki, stolunuzdakı, əlinizdə tutduğunuz jurnaldakı molekullar da fasiləsiz olaraq hərəkət edir. Ən güclü qaldırıcı kranların belə çətinliklə yıxdığı daş divarın necə daima hərəkət halında olduğu sizə maraqlı gələ bilər. Divar, həqiqətən, hərəkət halında olur,lakin divarı təşkil edən molekullar bir-birinə çox yaxın düzüldüyü üçün sadəcə titrəşirlər. Fasiləsiz titrəyiş halında olan zərrəciklərdən təşkil olunmasına baxmayaraq, biz ətrafımızda daima bərk, möhkəm cisimlər görürük. Hərəkətdə olmalarına baxmayaraq, heç nə bir anda parçalanıb dağılmır.

Molekullar arasında baş verən hərəkətlər çox nizamlıdır

Yuxarıda bəhs etdiyimiz titrəyiş bərk cisimlərdə müvazinəti təmin edən hərəkət formasıdır. Bundan əlavə, molekullar sabit olaraq bir istiqamətdə əsla hərəkət etmirlər. Əgər belə bir hal baş versə idi, nəticə çox heyrətamiz olardı. Molekulların bir istiqamətə doğru kütləvi olaraq hərəkət etməsi nəticəsində biz yemək yediyimiz stolun öz-özünə yana doğru hərəkət etdiyini görərdik. Bərk cismin bu gözlənilməz hərəkəti, əlbəttə, təəccüb doğurar və eyni zamanda, istifadəyə yararsız olardı. Ancaq biz heç vaxt belə vəziyyətlə qarşılaşmırıq. Çünki bərk cismi təşkil edən molekullar da Allahdan bir nemət olaraq nizamlı şəkildə titrəşirlər. Bu səbəbdən heç vaxt bir istiqamətə doğru hərəkət etmir vənizamsızlıq meydana gətirmirlər.

Molekulların temperaturun təsirindən müxtəlif formalara keçməsi də hərəkətli olmalarının və enerjilərinin nəticəsidir


Su molekullarının bir-birinə ən yaxın halı suyun bərk halıdır. Artıq qızaraq maye halına keçdikdə molekullar daima hərəkətdəolduqları üçün bir-birilərinin üzərində sürüşürlər. Mayenin axıcı olmasının, yəni bizim mayeni “qarışdıra bilməyimizin” səbəbi budur. Suyun daha da qızıb molekullarının bir-birlərindən ayrılması mərhələsi isə qaz halıdır. Buxara çevrilən su bir-birindən getdikcə uzaqlaşan molekullardan ibarət olur və bu molekullar daima hərəkətdə olduqlarına görə ətrafa asanlıqla yayılırlar. Mətbəxdə bişən yeməyin qoxusunu digər otaqdan hiss etməyinizin səbəbi budur.

Əllərinizi bir-birinə sürtdükdə əllərinizin həddindən artıq isinməsinin, taxta parçasının üstündə fırlatdığınız taxta çubuğun alovlanmasının səbəbi də molekulların hərəkətidir. Əllərinizi bir-birinə sürtdükdə sürtünmənin təsiri ilə molekullar daha sürətlə hərəkət etməyə başlayırlar. Əllərinizdəki istilik hissi bu hərəkət nəticəsində yaranan enerjidir.

Molekullar fasiləsiz hərəkətdə olmalarına baxmayaraq, biz bunu çox vaxt hiss etmirik
Stol süfrəsinin üstündəki çox xırda naxışların molekulları da hərəkətdədir, lakin naxışlar pozulmur və ya bir-birinə qarışmır. Üzünüzü də molekullar təşkil edir və bu molekullar hərəkətdədir, ancaq üzünüzün forması heç vaxt pozulmur. Yer üzündəki hər şey, ən incə xırda cisimlər belə hərəkətdədirlər, lakin ətrafınızda buna dair ən kiçik dəlil belə yoxdur.

Molekullar kortəbii hərəkət etmirlər

Mayelərdə bir-birinin üstündə sürüşən, qazlarda bir-birindən uzaqlaşan, bərk maddələrdə isə bir-birinə sıx olan molekullar əsla nizamı pozmur. Stəkanı təşkil edən molekullar səbəbsiz yerə dağılıb bir-birindən ayrılmır. Stəkanı molekullarından ayırmaq üçün müəyyən temperatur lazımdır. Məsələn, suyun molekullarına parçalanma temperaturu bəllidir, ancaq həmin temperatur su qaynayan qazanı molekullara parçalamır. Bu səbəbdən qazanın içində asanlıqla su qaynatmaq olur. Qazanın molekullarının bir-birindən uzaqlaşması üçün daha yüksək temperatur lazımdır.

Molekulların bombardman şəklində hərəkətini hiss etdiyimiz hadisə: külək

Molekulların hərəkəti bəzən hiss edəcəyimiz ölçüdə olur. Bu, bəzən bizi üşüdəcək qədər yüngül, bəzən də ağacları, binaları yıxacaq qədər güclü külək ola bilər. Bəs küləyi necə hiss edirik? Küləyi iki səbəbə görə hiss edirik;

Havanın üzərimizdəki itələmə qüvvəsi

Bədənimizin bir tərəfinə toxunan hava molekulları digər tərəfinə toxunanlara nisbətən daha güclü itələmə qüvvəsi tətbiq edir. Beləliklə, küləyin hərəkət etdiyi istiqamətə doğru itələnirik. Əgər havada külək yoxdursa, hər tərəfimizə eyni ölçüdə itələmə qüvvəsi tətbiq olunduğuna görə, itələmə qüvvəsinin cəmi sıfıra bərabər olur. Bu təqdirdə molekulların bədənimizə toxunmasının yeganə təsiri bədənimizə tətbiq etdiyi təzyiqdir ki, bunu da bədənimizdəki xüsusi sistem sayəsində hiss etmirik.

Küləyin üşütməsi

Bədənimiz kiçik temperatur dəyişikliyini rahat hiss etdiyinə görə meh kimi yüngül hava axınlarını belə hiss edirik. Bədənimizin açıqda qalan hissəsi (əlimiz, üzümüz) digərlərindən çox üşüdüyü üçün hava axınının haradan gəldiyini də anlayırıq. Bəs hava axınları nə üçün bizi üşüdür? Əgər hava axını yoxdursa, dərimizi əhatə edən hava molekulları çox az yer dəyişdirər və biz də bunu hiss etmərik. Çünki bir saniyədə milyardlarla toqquşma olduğu halda, molekullar ancaq 1 sm yer dəyişdirir. Ancaq küləkli havada bədənimizi əhatə edən hava molekullarının hamısı itələmə qüvvəsi ilə eyni istiqamətə doğru hərəkət etdiyinə görə yerlərini daha soyuq havaya verirlər. Bədənə toxunan yeni təbəqə sürətlə isindiyinə görə temperatur itiririk.

Digər səbəb küləyin dərimizdəki su buxarını uzaqlaşdırmasıdır. Buxarlanma ətrafdan temperatur udduğu üçün üşüməyə səbəb olur. nəm və ya tərli bədənimizdə hava axınını daha çox hiss etməyimizin, bədənimizin özünü soyutmaq üçün tərləməsinin və isti şorbanı üfürərək soyutmağımızın səbəbi də budur.

Ətrafınızdakı hündür binalar, eviniz, bağınızdakı stol, yediyiniz meyvə, içdiyiniz su... Bunların hər biri müxtəlif xüsusiyyətlərə malik, fərqli maddələrdir. Təbiətdə mövcud olan təqribən 109 atomun müxtəlif miqdarda və formada birləşməsi yer üzündəki müxtəlifliyi meydana gətirmişdir. Bu 109 atom bir-birindən fərqli maddələri meydana gətirdiyi kimi, qoxu, dad, rəng, bərklik, yumşaqlıq, axıcılıq, uçuculuq kimi xüsusiyyətləri də meydana gətirir. İndi düşünün. Siz 109 fərqli hissənin birləşməsi ilə müxtəlif xüsusiyyətlərə malik neçə fərqli maddə əmələ gətirə bilərsiniz? Əlbəttə, verəcəyiniz say məhduddur. Bu qədər məhdud xammal ilə bu qədər möhtəşəm müxtəliflik, şübhəsiz ki, Allahın uca sənətidir.

Molekulların bədənimizə toxunduğunu nə üçün hiss etmirik?

Bunun cavabı bədənimizin yaradılış möcüzəsindədir. Beynimizə ağrı impulslarını göndərən sinirlərimiz atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə toxunması ilə əmələ gələn təzyiqi impulsa çevirmir. Sinir hüceyrələri ancaq böyük təzyiq olduğu təqdirdə impuls göndərir.

Bununla yanaşı, uca Allah sinir hüceyrələrini xarici amillərlə uyğun yaratmışdır. Məsələn, qolumuza barmağımızla davamlı şəkildə bassaq, əmələ gələn ağrı hissinin getdikcə azaldığını və bir müddət sonra tamamilə itdiyini görərik. Şübhəsiz ki, bu, çox böyük nemətdir. Əks təqdirdə, paltarlarımızın meydana gətirdiyi toxunma hissi beynimizə həddindən artıq lazımsız impulslar göndərər və biz paltarlarımızdan daima narahat olardıq.

Uca Allah hər şeyi bir ölçü ilə yaratmışdır

Elm adamlarının “təbiət qanunu” adlandırdığı bu həssas müvazinət olmasaydı, yer üzündəki, hətta bədənimizdəki zülalları və hüceyrələri təşkil edən molekullar da daxil olmaqla, kainatda heç bir şey sabit qalmazdı. Bundan əlavə, bu molekulların hərəkət sürətini və bizə böyük sürətlə toxunduğunu hiss etsə idik, həyat bizim üçün dözülməz olardı. Çünki ömrümüz boyu həm ətrafımızı və bədənimizi əmələ gətirən molekulların dağılıb parçalanmasına mane olmağa, həm də toxunaraq bizə zərər vermələrinin qarşısını almağa çalışardıq. Ancaq uca Allah hər şeyi bir nizamla və qüsursuz uyğunluq içində yaratmışdır. Uca Allahın qüdrətinin göstəricisi bir ayədə belə bildirilir:

... Şübhəsiz, Allah hər şeyi hesaba alandır.(Nisa surəsi, 86)