Lorisdəki xüsusi dizayn

Lorisdəki xüsusi dizayn

Lorislər gecə vaxtlarında fəaliyyət göstərən və çox yavaş hərəkət edən heyvanlardır. Bir ov gördükdə çox yavaş və diqqətli şəkildə sürünərək yaxınlaşırlar. O qədər səssiz hərəkət edirlər ki, dayanan bir böcəyi, ya da yatan bir quşu onlar təhlükəni hiss etmədən əvvəl ovlaya bilirlər. Lorislər ağaclarda asılı dayanaraq yaşayan canlılardır. Başqa bir canlının Loris qədər - bəzən bütün gün boyu - bir budaqda asılı qalması olduqca çətindir. Loris üçün isə davamlı olaraq ağaclarda asılı qalmaq heç bir problem yaratmır. Çünki lorisin ön qollarının hər biri qan axışını təmin edən şaxəli qan damarı şəbəkəsinə malikdir. Göründüyü kimi, bu canlıda tam ehtiyacı olan xüsusiyyətlərin təmin edildiyi bir dizayn mövcuddur. Bu dizayn isə heç bir şeyə ehtiyacı olmayan Allah´a aiddir.

(Borneo, The World´s Wild Places, Time Life Books, s. 103)