Zəhərli Qidalarla Qidalanan Quşlar

Zəhərli Qidalarla Qidalanan Quşlar

Təxminən 40 qram ağırlığında olan quşlar üçün böyük tropik arısının iynəsi ölümcül ola bilər. Halbuki bəzi quşlar arı yeyərək qidalanırlar. Arı yeyən quşlar arının zəhərli təsirinin öhdəsindən iki yolla gəlirlər. Birincisi, arının güclü iynəsinə qarşı müəyyən bir həddə qədər immunitetləri vardır. İkincisi də, budur ki, quşlar təhlükəli növlərlə təhlükəsiz olanlar arasındakı fərqi ayırd edə bilir və bu səbəblə də arılarla çox nadir hallarda çətinlik çəkirlər. Arını tutan quş ilk növbədə həşəratı dimdiyinin ucunda silkələyir, möhkəm saxlayacaq şəkildə özünü nizamlayır və sonra da həşəratı dala dogru sərt şəkildə sıxaraq haldan salır. Daha sonra arının bədəninin arxa hissəsini nahamar səthli ağac qabığına sürtür. Bu proses iti iynəni və ona bağlı zəhərli kisələri qoparıb atır. Bütün bu proseslərdən sonra quş arının zəhərinin getdiyinə qənaət gətirərək onu udur.

Bitkilər üçün zəhərli toxumlarının olması təsirli qorunma üsuludur. Amma bəzi quşlar bu müdafiə metodunu necə dəf edəcəklərini çox yaxşı bilirlər. Makaolar (tropik Amerikaya xas bir tutuquşu növü) zəhərli toxumları götürmək məsələsində mütəxəssisdirlər. İri qarmağı xatırladan dimdikləri ilə çox sərt qabıqları belə qıran bu quşlar zəhərli toxumları yedikdən sonra dərhal qayalıqlara doğru uçur və orada olan gilli qaya parçalarını gəmirib udurlar. Bu gilli qaya parçaları toxumların içindəki toksini əmir və beləliklə, quşlar yedikləri toxumun qidalı hissələrini mədə ağrıları çəkmədən həzm edirlər.

Bir quşun arının zəhərini necə zərərsizləşdirəcəyini bilməsi, bunu öz-özünə kəşf etməsi mümkündürmü? Ya da zəhərli bitkiyə qarşı immunitet qazanmasını təmin edəcək maddəni bilməsi mümkündürmü? Əlbəttə, bunları bir quşun bilməsi üçün imkan yoxdur. Quşun zəhərli qidanı yeyərkən tətbiq etdiyi bu planın üstün bir ağlın məhsulu olduğu qəti bir həqiqətdir. Bütün bunları quşa Rəhman və Rəhim olan Allah ilham edir.

Quşları bütün gözəl kompleks xüsusiyyətləri və mükəmməl həyat formaları ilə birgə yaradan güc bütün təbiətə, bütün kainata hakim olan Allahdır. Quranda Allah Öz yaratması haqqında belə buyurur:

Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir."Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır." "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali-İmran surəsi, 189-191)

Rəhman olan Allahın kiçik quşlarda meydana gətirdiyi olduqca sistemli nizama sahib yaşayış yer üzündəki digər canlı növləri üçün də eyni mükəmməllikdədir. Təkhüceyrəlilər, həşəratlar, vəhşi heyvanlar və bitkilər də quşlarda olduğu kimi, kompleks bədən quruluşları və mükəmməl sosial nizamları ilə birlikdə bir anda yaradılmışdır. Bu, Allahın təbiətdə yaratdığı qanundur.
Təbiətdə təkamülün iddia etdiyi kimi, təsadüfi və xaotik "həyat mübarizəsi" yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bütün canlılar Allahın onlara verdiyi vəzifələri yerinə yetirirlər. Bir ayədə belə buyurulur:

Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)