Azot 2-oksidin ürək-damar sisteminə təsiri

Azot 2-oksidin ürək-damar sisteminə təsiri

Azot 2-oksidin damarlardakı vəzifəsi nədən ibarətdir?

 Azot 2-oksid necə istehsal olunur?

 Azot 2-oksidin orqanizmdə miqdarı necə artırılır?

Bir çox insanın adını eşitdiyi, ancaq funksiyasını ətraflı bilmədiyi azot 2-oksid (NO) insan həyatı üçün vacib maddələrdən biridir.

Azot 2-oksid azotun oksidləşməsi ilə yaranan rəngsiz və zəhərli qazdır. Bir azot və bir oksigen atomunun birləşməsidən əmələ gələn maddədir.

Son iyirmi ildə aparılan tədqiqatlar bu molekulun hüceyrələrarası informasiya mübadiləsində mühüm rol oynadığını ortaya çıxarmışdır. Azot 2-oksid insan orqanizmində təbii olaraq istehsal edilən hormon, yəni kimyəvi məlumat daşıyıcısıdır. Sinir, qan dövranı, immun, tənəffüs və çoxalma sistemlərinin həyatı funksiyalarının təşkilində strateji rol oynayır. Azot 2-oksid damarlarımızda mühüm funksiya yerinə yetirir. Azot 2-oksid sayəsində bədənin fərqli şəraitlərə görə dəyişən ehtiyacları avtomatik olaraq təmin edilir. İdman edərkən qan damarlarının genişlənərək artan qan ehtiyacını təmin edilməsi və ya yaralanmadan sonra daralaraq qanaxmanın azaldılması qüsursuz sistemin nəticəsidir.


Azot 2-oksidin damarlardakı funksiyası necə kəşf edilib?


 1998-ci ildə Nobel Fiziologiya və Tibb Mükafatını qazanan üç alim qandakı azot 2-oksidin (NO) damarın genişlənməsinə təsirini kəşf edib. Bəs bu molekulun insana faydası nədir?

Bu sualın cavabı çox qısa və aydındır: yaşamaq! Çünki azot 2-oksid həyati orqanlarımızdan olan beynimiz və ürəyimizin fəaliyyətində tənzimləyici rol oynayır. Bu tənzimləyici rol qanın damarlarda rahat axması və bütün orqanlarımızda rahat dolanmasıdır. Beləliklə, qan axınını tənzimləyərək beyinə qan sızması və infaktın qarşısını alır.

Bu molekulun istehsalı və funksional xüsusiyyətlər əldə etməsi elmi dəlillərlə təkzib edilən təkamül nəzəriyyəsini hələ də müdafiə edən bəzi darvinistlərin iddia etdiyi kimi, təsadüfən yaranmamışdır.  Bu fakt uca Allahın yaradılışının əsəri olduğunu sübut edən dəlillərdən yalnız biridir.


Əzələlər necə fəaliyyət göstərir?


Hormon və ya ötürücülər arteriya üzərində yerləşən reseptorlara bağlanır. Bu birləşmədən sonra azot 2-oksid (NO) ortaya çıxır.
Endotel təbəqəsindəki NO molekulları saya əzələlərə doğru gəlir və burada guanil siklaza (GC) fermentini oyadırlar.
GC guanozin trifosfatı (GTP) tsiklik guanozin monofosfata çevirirlər (cgmp).
Cgmp kalsium ionlarının hüceyrənin deposuna getməsini təmin edir. Az konsentarsiyalı kalsium ionları (Ca++) aktin və miozinin sürüşərək bir-birindən ayrılmasını təmin edən hüceyrədaxili reaksiyaları həyata keçirirlər.
Saya əzələ hüceyrələri zəifləyir.
Qan damarları genişlənir.
Azot 2-oksid molekulunun sürəti internet texnologiyası və ya "elektron poçt" ünsiyyətini xatırladır. Həqiqətən də, azot 2-oksid sanki elektron poçt sistemi kimi hərəkət edir və böyük sürətlə çoxsaylı mesajları çatdırır.

 
Azot 2-oksid necə istehsal olunur?


 İnsan həyatı üçün önəmli əhəmiyyət daşıyan azot 2-oksidin istehsal mərkəzi endotel hücrəsidir. “L-arginin” adlı amin turşusu, azot 2-oksid sintez edən ferment, nikotinamid adenin dinükleotid fosfat, kalmodulin, oksigen, sarı rəng mononükleotid, sarı rəng adenin dinükleotid, tetrahidrobiyopterin… Bu sözlərin əksəriyyətini, bəlkə də, həyatınızda ilk dəfə eşidirsiniz. Ancaq endotel hüceyrələri bu mikroskopik maddələri çox yaxşı tanıyır və bunları azot 2-oksid istehsal etmək üçün istifadə edir.

Endotel hüceyrəsi azot 2-oksidi hasil etməsi üçün hansı kimyəvi maddədən nə qədər istifadə edəcəyini çox yaxşı bilir: burada səhv və ya xətalı istehsal olunmur. Məsələn, azot 2-oksid (NO) əvəzinə şənləndirən qaz kimi bilinən azot 1-oksidi (N2O) istehsal etmir.

Azot 2-oksid istehsalında çox həssas tarazlıqlar mövcuddur. Həmin hüceyrələr həyatımızın hər anında istehsal üçün hazır vəziyyətdədir. Ehtiyac olanda dərhal dövrəyə girərək istehsala başlayırlar.

Damarlarımızın dərinliklərindəki bu qeyri-adi fabriklərin arzuolunmaz zərərli yan təsirləri və tullantı maddələri də yoxdur. Qlobal istiləşmə, turşu yağışları və ətraf mühitin çirklənməsi kimi problemlərin kimyəvi tullantılar nəticəsində yarandığını nəzər alsaq, endotel hüceyrələrinin nə qədər möhtəşəm fabrik olduğu daha yaxşı aydın olar. Çünki azot 2-oksid 10 saniyə ərzində vəzifəsini başa çatdıraraq "parçalanır". Beləliklə, orqanizmdə toplanaraq zərərli yan təsirlər əmələ gətirmirlər. Belə nəticəyə gələ bilərik ki, endotel hüceyrələri kimyəvi maddələrin istehsalında ən ideal üsulu istifadə edirlər.

Endotel hüceyrələri daha az ötürücü istehsal etsəydi, damarlarımız daralar, qan təzyiqimiz yüksələrək infakta yol açardı. Əgər çox istehsal olunsaydı, damarlarımız həddindən artıq böyüyər, qan təzyiqimiz düşər, şok keçirərdik. Ancaq uca Allahın ilhamı ilə hərəkət edən endotel hüceyrələri ölümümüzə səbəb olan belə səhvləri etmirlər. Allah Quranda hər şeyi müəyyən ölçü ilə yaratdığını belə bildirir:


…Allah hər şey üçün bir ölçü qoymuşdur.(Talaq surəsi 3)
 
Azot 2-oksid orqanizmdən necə kənarlaşdırılır?


Doymuş yağ istehlakı azaldılaraq


Nizamlı olaraq idman edərək


Sağlam qidalanaraq. Bunun üçün qırmızı ət yeməyi azaltmaq, çoxlu tərəvəz və meyvə yemək, zülal ehtiyacını, xüsusən, soya lobyası və həftədə bir dəfə balıq yeyərək ödəmək olduqca əhəmiyyətlidir.
Azot 2-oksid istehsal olunması üçün antioksidantlardan istifadə etməklə. Xüsusən, C və E vitamini qəbul olunmalıdır, çünki antioksidantlar orqanizmdəki azot 2-oksidi qoruyur.

 
Azot 2-oksid damarları necə genişləndirir?

Damarın genişlənməsi üçün əvvəlcə qanda olan bəzi xəbərdaredici hormonlar fəaliyyətə keçirlər. Bunlar damar örtüyündəki alıcılara bağlanaraq bu prosesi başlayırlar. Bunu ilk domino daşının düşməsi və digər daşların bir-birinə təsir edərək növbə ilə hərəkətə keçmələrinə bənzətmək olar.

İlk daş hərəkətə keçdikdən, yəni qandakı xəbərdaredici hormon damar örtüyündəki reseptorlara bağlandıqdan dərhal sonra hüceyrə membranı sanki nə etməli olduğunu "anlayır" və azot 2-oksid istehsal etməyə başlayır.

Yaradıldıqları andan nə etdiklərini "bilən" azot 2-oksid molekullarından bəziləri sürətlə damarın saya əzələ hüceyrələrinə gəlirlər. Burada hüceyrəyə daxil olaraq GTP adlı maddə ilə birləşirlər. Bu, ikinci mərhələdir. Ancaq damarın genişlənməsi üçün növbəti mərhələyə keçilməlidir.

 Azot 2-oksid GTP ilə birləşdikdən sonra cgmp adlı başqa hormon hasil edilir. Əlbəttə, istehsal edilən bu yeni maddənin də zəncirdə vəzifəsi var və bunu həyata keçirmək üçün miozinə gedərək onu hərəkətə keçirir.

Miozin əzələ hüceyrələrinin genişlənməsi üçün lazım olan amildir. Artıq son mərhələyə gəlinib. Miozin də hərəkətə keçərək son daş da düşür və əzələ hüceyrələri zəifləyir.

Damarın genişlənməsi prosesini mümkün qədər belə qısa danışa bilərik: fermentlərin fəaliyyəti nəticəsində əzələ hüceyrələri daxilində kalsiumun qatılığı azalır. Bu da liflərin ayrılması və əzələ hüceyrələrinin boşalmasına səbəb olur. Beləliklə, damarlar genişlənir. Qısası, damarlarımızda təzyiqin normallaşmasında azot 2-oksid molekulunun daşıdığı məlumatların həyati əhəmiyyəti vardır.

Damarların gərginliyini tənzimləyən ağıl uca Rəbbimizə aiddir  

Damarın divar gərginliyini tənzimləyən azot 2-oksidin bu kompleks işi təkbaşına həyata keçirməsi mümkün deyil. Azot 2-oksid damar divarının genişlənməsində iştirak edir. Bu genişlənmə bir sıra zəncirvari prosesin baş verməsi ilə baş verir. İndi bu mərhələlərin hamısını qısaca araşdıraq:

Diqqət etsək, bu prosesdə iştirak edən hormon və hüceyrələr sanki şüurlu şəkildə hərəkət edirlər. Qandakı xəbərdaredici hormonlar damar divarında əlverişli yerə gedərək o bölgəyə təsir göstərir və prosesi başladırlar. Bundan sonrakı proseslərdə də eyni şüur müşahidə olunur. Hər xəbərdarlıq qaranlıq insan orqanizmində yolunu azmadan doğu ünvana çatdırılır.

Hüceyrələrin, hormonlarin və molekulların şüurlu hərəkətləri necə baş verir?
Necə olur ki, hərəkətə başlama və dayanma vaxtını dəqiqiliklə bilirlər?
İstehsal olunan anda sanki əmr almış kimi mesajlarını doğru ünvanlara tam zamanında qüsursuz necə çatdıra bilirlər?

Bu şüur özlərinə aid ola bilərmi? Əlbəttə, xeyr. Bir hüceyrənin nə zaman, nə edəcəyini ona bildirən, hormonun və ya molekulun düzgün ünvana getməsi üçün onlara yol göstərən, ünvanın düzgün olduğunu təsdiq edən, qısası bütün bunları istiqamətləndirən ağıl və şüura ehtiyac var. Bu sonsuz ağıl hüceyrələri, hormonları, molekulları yaradan, necə hərəkət edəcəklərini onlara təlqin edən Allaha məxsusdur. Hər şeyi yoxdan var edən Allah bu xüsusi molekulu da saysız yaradılış dəlillərindən biri kimi yaratmışdır. Quranda Allahın hər şeyə hakim olduğu belə bildirilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi 56)

Azot 2-oksidin mövcudluğu təkamül nəzəriyyəsinə zərbədir

İstər dünya, istər kainat, istərsə də insan orqanizmi bir az araşdırıldıqda təkamül nəzəriyyəsinin nə qədər əsassız olduğu asanlıqla görünür. Qandakı molekullardan biri olan azot 2-oksid o qədər ağıllı hərəkət edir ki, bunların təsadüflərlə meydana gəlməsi imkansızdır.

Belə bir sual vermək yerinə düşər: təsadüf qanda azot 2-oksidi necə yaratmışdır? Damarları genişlədən hormonları, hüceyrələri və fermentləri funksiyalaşdıran və onlar üçün müəyyən yollar təyin edən hansı təsadüfdür? Bu təsadüflər mexanizmlərə faydalı şeylər əlavə etməlidir, çünki xətasız və mükəmməl sistem yaransa da, yalnız bircə yanlış müdaxilə sistemi tamamilə sıradan çıxaracaqdır.

Belə olduğu halda, xüsusi ağıl tələb edən bu hadisələrə "təsadüf" deyilməsi mümkündürmü? Əlbəttə ki, yox. Çünki sistemin hər detalında görünən şüur var. Elm adamları bu məsələnin təfərrüatlarını bir neçə il əvvəl kəşf ediblər. Mükəmməl sistemi və bu sistemdəki ən kiçik detalı yaradan üstün və sonsuz güc sahibi olan uca Allahdır.

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)