Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

 Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər...

Kəpənək, milçək, arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. Həyatı suda başlayan, daha sonra quruda davam edən qurbağalar da metamorfoza bir misaldır. Bu dəyişikliyin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı dəyişiklikləri təsadüflər nəticəsində meydana gələn mutasiyalarla açıqlamağa çalışırlar. Ancaq metamorfoz təkamülün bu təməl iddiası ilə heç bir oxşarlıq təşkil etməyən, təsadüflə və mutasiya ilə əlaqəsi olmayan, əvvəlcədən planlanmış bir prosesdir. Metamorfozu həyata keçirən amil təsadüf olmayıb canlıda doğulduğu andan etibarən mövcud olan genetik məlumatdır. Məsələn, qurbağada bu canlı hələ suda yaşayarkən sonradan quruda davam edəcək həyatı ilə bağlı məlumat genetik quruluşunda mövcuddur. Milçəyin də sürfə və yetkin vəziyyətlərindəki quruluşu və funksiyaları hələ tırtıl mərhələsində ikən genetik quruluşunda şifrlənir. Bu vəziyyət metamorfoz keçirən bütün canlılara aiddir.

Metamorfoz yaradılış dəlilidir

Son illərdə metamorfoz haqqında aparılan elmi tədqiqatlar metamorfozun müxtəlif genlər tərəfindən tənzimlənən mürəkkəb proses olduğunu göstərmişdir. Məsələn, qurbağanın dəyişikliyində təkcə quyruğu ilə bağlı proseslər on ikidən çox gen tərəfindən idarə edilir. Yəni bu proses canlının orqanizminin bir çox hissəsinin bir-biri ilə uyğunluğu nəticəsində həyata keçə bilər. Bu xüsusiyyəti ilə metamorfoz yaradılış dəlili olan reduksiya olunmaz komplekslik xüsusiyyəti daşıyan bioloji prosesdir.

Reduksiya olunmaz komplekslik təkamül nəzəriyyəsinin əsassızlığını göstərən fəaliyyətləri ilə tanınan professor dr. Maykl Behe (Michael Behe) tərəfindən elmi ədəbiyyata daxil olan anlayışdır. Bu proses mürəkkəb bioloji orqan və sistemlərin onları meydana gətirən tərkib hissələrinin hər birinin iştirakı və uyğunluğu ilə işləyir, əgər aralarından ən kiçik hissələrindən biri çıxsa, bu sistem və ya orqan işləyə bilməz.

Buradan belə nəticə çıxır ki, bu cür mürəkkəb orqanların təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində baş verən mərhələli kiçik dəyişikliklərlə meydana gəlməsi qeyri-mümkündür. Metamorfoz hadisəsi zamanı da bu baş verir. Metamorfoz prosesi müxtəlif genlərin təsir etdiyi hormonların çox həssas ölçü və vaxtı müəyyən etməsi nəticəsində baş verir. Ən kiçik xəta canlının ölümü ilə nəticələnir. Bu qədər mürəkkəb prosesin təsadüfən və mərhələli şəkildə baş verdiyini iddia etmək isə mümkün deyil. Kiçik bir xətanın canlının həyatı bahasına başa gəldiyi həqiqəti aşkar olduğu halda, təkamül nəzəriyyəsinin irəli sürdüyü təbii seçmə ilə sınama-yanılma mexanizmindən bəhs etmək olmaz. Canlı milyon illərlə digər əskik hissələrinin təsadüflərlə əmələ gəlməsini gözləyə bilməz.

Bu həqiqətə diqqət yetirdikdə isə metamorfoz keçirən canlıların, bu haqda kifayət qədər məlumatı olmayan bəzi şəxslərin düşündüyü kimi təkamülə dəlil verdiyi doğru deyil. Əksinə, metamorfoz keçirən canlılar, bu proses və prosesi idarə edən sistemlərin mürəkkəbliyi nəzərə alınarsa, bunun qüsursuz bir yaradılış dəlili olduğunu görmək olar.