Yanacağa daha çox qənaət etmək üçün təyyarələr quşlara bənzəməlidir

Yanacağa daha çox qənaət etmək üçün təyyarələr quşlara bənzəməlidir

Müasir təyyarələrdə yanacağa daha çox qənaət etmək məqsədi ilə sürtünməni azaldıb, qaldırma qüvvəsini artırmaqla onları daha da aerodinamik etmək mümkündürmü?

Elm adamları nəzəri cəhətdən bunun mümkün olacağını düşünərək təcrübə keçiriblər. Yalnız qanadlardan ibarət bir model, buna əlavə olunan sürtünməni azaldan gövdə və kiçik quyruq formasında 3 fərqli model hazırlamışlar. Bu kiçik quyruq aerodinamik pozulmanı tarazlaşdırır. Bu modellərdən hansının daha çox qaldırma qüvvəsinə (daha çox yük daşımaq üçün) və daha az sürtünməyə (səmərəli yanacaq istifadəsi üçün) malik olduğu araşdırılanda məlum olmuşdur ki:
Tək qanad modeli idealdır, lakin yük daşınması cəhətdən əlverişli deyil;

Gövdə əlavə olunduqdan sonra yükdaşıma qabiliyyəti azalmış, sürtünmə artmışdır;
Tamamilə düzgün formada qurulmuş quyruq əlavə olunduqdan sonra isə daşıma tutumu, demək olar ki, tək qanad modelinə yaxın olmuş, sürtünmə də azalmışdır.

Nəticənin diqqətçəkən tərəfi isə əldə olunan son modelin “quş formasına” bənzəməsidir.
Allah tərəfindən yaradılan quş aerodinamikasını olduğu kimi təkrarlamaq hal-hazırda mümkün deyil. Quşun quruluşuna tamamilə uyğun gələn bir təyyarə indiyədək hazırlanmamışdır. Bunun əsas səbəbi isə odur ki, quşlar olduqları mühitə görə qanadlarının formalarını dəyişdirə bilirlər. Təyyarədə isə stabil hissələrdən istifadə olunur. Quşlar təyyarələr kimi qanadcıqlarla deyil, bütün qanadlarından istifadə edərək müxtəlif formalarda uçurlar.  

Allahın yaratma sənətini örnək götürmək ən gözəl, ən səmərəli və ən ağıllı üsuldur. Bunu həyatın hər sahəsində görmək mümkündür. Əsrin inkişaf etmiş elm və texnologiyasına sahib olmağımıza baxmayaraq, yaradılan canlıların mükəmməl xüsusiyyətlərini olduğu kimi təqlid etmək mümkün deyil. Allah bu xüsusiyyətləri həyatımızı asanlaşdırmağımız üçün gözəl nümunələr olaraq bizə təqdim etmişdir. Bir çox ixtira bu şəkildə ortaya çıxmışdır. Biz bu vəsilələrlə Allahın qüsursuz sənətini, üstün əsərlərini görüb təqdir edə bilirik. Bu əsərlər Allahın insanlara bəxş etdiyi bir lütfdür.

Uca Allah ayələrində belə bildirir:

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)