Aya çıxış tarixi

Aya çıxış tarixi

Saat yaxınlaşdı və Ay yarıldı. (Qəmər surəsi, 1)

"Qəmər" sözünün tərcüməsi "Ay"dır və Qəmər surəsində "Ay" sözü birinci ayədə yer tutur. Bu ayədən Quranın sonuna qədər tam 1390 ayə var. Hicri təqvimində 1390-cı il Miladi təqviminə görə 1969-cu ilə bərabər gəlir ki, bu da Aya çıxış tarixidir. İnsanlıq tarixinin ən əhəmiyyətli inkişaflarından birinə 14 əsr əvvəl işarə edilməkdədir. (Doğrusunu Allah bilir.)

Bununla bərabər, yuxarıdakı ayədə "yarıldı" mənasını verən "inşakka" sözü istifadə edilmişdir. Bu söz "torpağın yarılması, qazılması, qabardılması, torpağın sürtülməsi..." mənalarında da istifadə edilən "şakka" felindən törəmişdir. Aya gedən "Apollo 11" kosmos vasitəsi də, Ay torpağından nümunə götürərək, bu torpağı Dünyaya gətirmişdir. Bu cəhətdən də Qəmər surəsinin 1-ci ayəsindəki "Ay yarıldı" ifadəsi, günümüzdəki inkişaflarla bir paralellik içindədir.

Qəmər (Ay) surəsinin ilk ayəsindən Quranın sonuna qədər olan ayə sayı = 1390

İnsanın Aya çıxdığı Hicri tarix = 1390