99 milyon illik bala quş fosili quşların təkamülü nağılına son verdi

99 milyon illik bala quş fosili quşların təkamülü nağılına son verdi

2014-cü ildə Myanmada 99 milyon illik Birma kəhrəbası (ağac qətranı) fosili tapıldı və 2017-ci ildə muzeylərdə nümayiş etdirilməyə başladı. Bir çoxları tərəfindən kərtənkələ növü hesab edilən fosilin içərisində, əslində, yumurtadan yeni çıxmış bala quşa aid qalıqlar var idi. Çinli, amerikalı və kanadalı tədqiqatçıların araşdırmaları nəticəsində qalığın Təbaşir dövrünə (145-66 milyon il) aid olduğu, quşun boyun, kəllə, ayaq və qanadının bir hissəsinin kəhrəbanın içində olduğu açıqlandı. Ancaq elm adamları fosildəki toxumaların sıradan çıxdığını və içində istifadə edilə bilən DNT nümunəsinin qalmadığını bildirdilər.

“Belone” adlı bu quş fosilinin dinozavrların da yaşadığı Təbaşir dövrünə aid nəsli kəsilmiş, dişləri və qanadlarında pəncəsi olan quş növünə aid olduğu güman edilir. Enantiornithes (dişli quşlar) adlandırılan və nəsli tükənən bu quş növlərini indiki quşlardan fərqləndirən yalnızca üç xüsusiyyət var: dimdiyində dişlərinin, qanadlarında pəncələrinin olması və qanadın gövdəyə birləşmə formasının fərqli olması. Bundan başqa, dövrümüzdəki quşlarla eyni xüsusiyyətlərə malikdirlər.

Təkamülçülər dişləri və qanadlardakı pəncələri irəli sürərək həmin quş növlərini "uçmaq qabiliyyəti inkişaf etməmiş" canlılar kimi göstərməyə çalışırlar. Bu canlıları dinozavrlarla müasir quşlar arasında "keçid forma" kimi qələmə verirlər. Halbuki keçmişdə yaşamış dişli və caynaqlı quşlar da mükəmməl uçuş qabiliyyətinə malik idilər. Bir quşda diş və pəncələrin olması o canlını keçid forma etmir. Bu canlıların pəncə və dişlərə ehtiyacları var, çünki qidalanma və həyat tərzi bunu tələb edir. Dövrümüzdə dişli quşların nəsli kəsilmişdir. Amma hələ də yaşayan quş növlərindən tauraco corythaix və opisthocomus hoatzin adlı quşların balalarının qanadlarında pəncələr var. Bu quşlar mükəmməl uçan quşlardır.

Diqqət etsək, belone da yeni yumurtadan çıxmış quşdur və qanadlarında pəncələri var. Dövrümüzdə yaşayan tauraco corythaix və opisthocomus hoatzin quşlarının balalarının da qanadlarında caynaqlar var. Hələ tam uça bilməyən bala bu caynaqlar sayəsində tez-tez ağac budaqlarına dırmaşaraq ovçulardan gizlənə bilir. Buna görə həmin canlının uça bilməməsinin səbəbi təkamülçülərin iddia etdiyi kimi keçid forma olması yox, bala olmasıdır. Canlının uçma qabiliyyəti 3-4 həftə ərzində inkişaf edir.

Artıq bala quşun uça bildiyi üçün pəncələrə ehtiyacı qalmır. Məhz bu mərhələdən sonra tauraco corythaix və opisthocomus hoatzinin pəncələri bir müddət sonra qanadlarından tökülür. Böyüdükdə bu pəncələrə artıq rast gəlinmir. Bu vəziyyət təkamülçülərin əsassız iddialarını təkzib edir, yaradılışdakı möcüzəni göstərir. Bala quşun ilk əvvəl pəncələrə ehtiyacı olur, amma sonra bu ehtiyac aradan qalxır. Canlı bala olanda da, böyüdüyü zaman da eyni genetik məlumatlara malik olur. Bu genetik məlumat möhtəşəm şəkildə, əlverişli vaxtda və formada istifadə edilir.

Bala quşda olan pəncələrin sonradan itən növ pəncələr olması belone üçün daha ehtimal ediləndir. Tauraco corythaix və opisthocomus hoatzinin varlığı bizə bunu sübut edir. Daha da əhəmiyyətlisi qanadlarda pəncələrin olmasının o canlının "təkamül keçirən canlı" kimi təqdim edilməsinə əsas göstərilməsidir. Bir canlının qanadlarında pəncə olması onun uçma qabiliyyətinin olmadığını sübut etmir. Bu, demaqoqluğa öyrəşmiş təkamülçülərin illərdir elm əvəzinə istifadə etdikləri spekulyasiyalardır.

Təbaşir dövründə yaşayan quşlarla bağlı “belone”dən əvvəl çox az məlumat olduğu üçün təkamülçülər xəyal gücü və ideologiyalarına uyğun olaraq dəlil olmayan hissələrdə bütün şərhləri təkamülün lehinə çevirmişlər. Arxeopteriks (Archaeopteryx) kimi müxtəlif anatomik xüsusiyyətlərə malik quşları da "keçid forma" kimi təqdim etmişlər. Lakin arxeopteriksin ard-arda tapılan fosilləri, xüsusilə də kəhrəba içində yumşaq toxumaları ilə birlikdə qorunan bir fosilinin tapılmasından sonra bu mövzu haqqındakı iddialar sona çatmışdır. Arxeopteriksin bütün anatomik xüsusiyyətləri onun mükəmməl uçan quş olduğunu elmi baxımdan sübut etmişdir. Unudulmamalıdır ki, arxeopteriks də pəncəli quşdur.

“Belone”nin tük quruluşu da təkamülçüləri pis vəziyyətə salır. Çünki təkamül məntiqinə görə, tük və qanad kimi kompleks quruluşlar yavaş-yavaş inkişaf etməlidir. Təkamülçülər "ibtidai" quşların uçma qabiliyyətinə tam malik olmadıqlarını, qanad və tük quruluşlarında uçuş üçün bir sıra maneələrin olmalı olduğunu iddia edirlər. Halbuki belone hələ yeni yumurtadan çıxan bala quş olmasına baxmayaraq, eynilə dövrümüzün quşlarında olduğu kimi, əsas və ikinci uçuş tükləri asimmetrik düzülən, mükəmməl aerodinamikanı təmin edən xüsusiyyətlərə malikdir. Yəni 100 milyon ildir ki, tüklərin aerodinamik xüsusiyyətlərini təmin edən anatomik quruluşu heç bir dəyişikliyə məruz qalmamışdır. Bu da təkamül nəzəriyyəsinə vurulan ən mühüm zərbələrdən biridir.

Belone hələ yeni yumurtadan çıxmış quş olmasına baxmayaraq, uçmağa əlverişli tükləri var. Dövrümüzdəki quşların yumurtadan ilk çıxdıqları zaman uçmaq üçün, adətən, əlverişli tükləri olmur. Müəyyən müddət qayğıya ehtiyac duyurlar. Bir müddət sonra uçuş tükləri yaranmağa başlayır. Bu, həmin canlıların ibtidai olmalarından yox, bala olmalarından irəli gəlir. Bu tərz bir xüsusiyyət dövrümüzdə yaşayan Avstraliya meqapodlarına çox bənzəyir. “Belone”nin eynilə Avstraliya meqapodlarının balalarında olduğu kimi, uçmanı təmin edən mükəmməl və qüsursuz tük quruluşuna sahib olduğu müşahidə olunmuşdur. Avstraliya meqapodlarının balaları dövrümüzün digər quşlarından fərqli olaraq yumurtadan çıxdıqdan sonra qayğıya xüsusi ehtiyac duymurlar. Yəni bala qısa müddətdə özünün həyatda qalmasını təmin edən xüsusiyyətlərə sahib olaraq yumurtadan çıxır. Həmçinin digər quşlardan fərqli olaraq Avstraliya meqapodları yumurtaları ağaclara deyil, erkək meqapod tərəfindən torpaq üzərində hazırlanmış və temperaturu 33 dərəcədə sabit qalan kürt yuvalarına qoyurlar. Yumurtadan çıxan bala təhlükələrdən qorunmaq üçün dərhal ağaclara çıxmalı və uçma qabiliyyəti əldə etməlidir. Bu səbəbdən hələ ilk gündən etibarən uçmasını təmin edən tüklərə malikdir. “Belone”nin üzərində olan tüklərin uçmağa əlverişli olması onun da yumurtadan çıxdıqdan sonra qayğıya elə də çox ehtiyacı olmadığını göstərir. Bala quşun bu cür özbaşına həyatda qala biləcək xüsusiyyətlərlə dünyaya gəlməsi Yaradılış möcüzəsi olmaqla təkamülü təkzib edir.

Qısası, həm uçma xüsusiyyətləri, həm də anatomik quruluşu ilə belone mükəmməl quş xüsusiyyətinə malikdir. Heç bir yarımçıq, natamam, funksiyasız orqana və ya quruluşa malik deyil. Bundan başqa, anatomik olaraq dövrümüzdə yaşayan tauraco corythaix, opisthocomus hoatzin və Avstraliya meqapodları ilə oxşar xüsusiyyətləri var.

99 milyon il əvvəl yaşamış və tam quş xüsusiyyətləri olan canlı fosilinin kəşfi o dövrdə quşların olduğunu və uçan dinozavrlardan təkamül keçirmədiyini açıq şəkildə göstərir.