XX Əsr Elmi Böcəklərin Uçmaq Üçün İstifadə Etdiyi Aerodinamik Texnikaları Müəyyən Edə Bilmədi

XX Əsr Elmi Böcəklərin Uçmaq Üçün İstifadə Etdiyi Aerodinamik Texnikaları Müəyyən Edə Bilmədi

Böcək uçarkən saniyədə orta hesabla bir neçə yüz dəfə qanad çırpır. Hətta qanadlarını saniyədə 600 dəfə çırpa bilən böcəklər belə var.

Bir saniyədə bu qədər hərəkətin çox həssas şəkildə baş verməsi bu dizaynın texnologiyaya uyğun olaraq təqlidini qeyri-mümkün edir.

Kaliforniya Universitetinin biologiya professoru Maykl Dikinson və yoldaşlarının meyvə milçəklərinin uçuş texnikasını təqlid etmək üçün düzəltdikləri robot meyvə milçəklərindən 100 dəfə böyükdür və milçəyin qanad çırpma sürətinin ancaq mində birini edə bilir. Üstəlik beş saniyədə bir qanad çırpan robot ağcaqanadın bu hərəkəti üçün 6 ayrı mühərrik işlədir.

Prof.Dikinson kimi bir çox elm adamı illərdir böcəklərin qanad çırpma prosesinin incəliklərini ortaya qoymaq üçün müxtəlif təcrübələr aparırlar. Aparılan bu təcrübələr əsnasında Dikinson milçək qanadlarının (bir-birinə keçirilmiş adi millər kimi) düz hərəkət etmədiyini, əksinə son dərəcə kompleks aerodinamik texnikalardan faydalandığını təsbit etmişdir. Həmçinin hər çırpmada qanadların istiqaməti dəyişir: Aşağı hərəkət edən qanadda üst qisim yuxarı baxarkən yuxarı hərəkətdə olan qanad dönür və bu dəfə qanadın alt qismi yuxarı baxır. Bu kompleks uçuş texnikasını analiz etmək istəyən elm adamları isə təyyarə qanadları üçün istifadə edilən "klassik aerodinamikanın" qeyri-kafi olduğunu ifadə edirlər.

Meyvə milçəkləri də uçmaq üçün birdən çox aerodinamik xüsusiyyətdən faydalanır. Məsələn, bir qanad çırpmasında arxasında burulğanlı, kompleks hava dalğası buraxır. Qanad öz istiqamətini əskinə çevirdikdə isə o qayıdaraq bu təlatümlü havanın içərisindən keçir, daha öncə itirdiyi enerjinin bir qismini bərpa edir. Saniyədə 200 dəfə qanad çırpan, 2,5 mm ölçüdə olan meyvə milçəyinin uçmasını təmin edən əzələ digər bütün böcəklərin uçuş əzələlərinin arasında ən güclüsü olaraq qiymətləndirilir. Bundan başqa milçəklərin sahib olduqları iti gözlər, tarazlığı nizamlayan kiçik arxa qanadlar və qanadlarının növbəsini tənzimləyən qəbuledicilər kimi bir çox detal da dizaynlarındakı mükəmməlliyi artırır.

Milçəklər milyonlarla ildir ki, bu aerodinamik qaydalardan faydalanaraq uçurlar. İndiki vaxtda ən inkişaf etmiş texnologiyalardan istifadə edən elm adamlarının belə milçəklərin uçuş texnikalarını tam açıqlaya bilməmələri yaradılışın açıq-aşkar dəlillərindən biridir. Allah düşünə bilən insanlar üçün bir milçəkdə ağlının və elminin bənzərsizliyini bizə göstərir. Quranda belə buyurulur:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)