2,3 milyard il dəyişməyən sulfit bakteriyaları yaradılış həqiqətinin dəlilidir

2,3 milyard il dəyişməyən sulfit bakteriyaları yaradılış həqiqətinin dəlilidir

Dünyaca məşhur elmi jurnal və Washington Posts kimi qəzetlərdə eyni vaxtda nəşr olunan xəbərdə dənizlərin dərinliklərində yaşayan sulfid bakteriyalarının 2,3 milyard il boyunca heç bir dəyişikliyə məruz qalmadan bu günə qədər gəlib çıxdığından bəhs olunurdu.

Bu sirli canlı haqqında bəzilərində təəccüb ehtiva edən, bəzilərində də çarəsiz çırpınışların əks olunduğu “Bioloqlar 2,3 milyard illik təkamül keçirməmiş sulfid bakteriyası tapdılar”, “2 milyard il ərzində heç dəyişməyən bakteriyalar təkamül üçün sual işarəsidir.”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” kimi başlıqlar atıldı.

Biz də bu yazımızda yaradılışa dəlil olan, darvinizmi isə bitirən bu xəbərdən bəhs edəcəyik.

Elm adamlarının bəzi yerlərdə dolayı cümlələrdən istifadə etsələr də, “canlılar aləminin 2 milyard il ərzində təəccüblü şəkildə dəyişmədiyi”ni ifadə etmələri diqqətçəkici məqamlardan biridir:

“Okeanların altında tarixin ən keçmiş dövrlərinə aid bakteriya koloniyası min illərdir heç dəyişiklik keçirmədən mövcuddur. Bu dəniz canlıları ətraf mühitlərində dəyişiklik olsa da, özlərində “qətiyyən təkamül baş vermədiyini” göstərirlər. Kükürd çevrilməsi edərək yaşayan bu bakteriyaların eyni formaları fosil qalıqlarında iki ayrı yerdə tapıldı və indiki dövrdə hələ də yaşayırlar. Liflər halında olan bu mikroblar 2.3 milyard yaşında Qərbi Avstraliyada fosilləşmiş palçıq içində təsbit edildi. Eyni növ koloniyalara 1.8 milyard illik qaya təbəqələrində Çili və Cənubi Afrika sahillərində də rast gəlinmişdi. New South Wales universitetinin professoru Malkom Votə (Malcolm Water) “Fosillərin içində gördüyümüz bu mikroblar demək olar ki, indiki dövrümüzdə okeanlarda gördüklərimiz ilə eynidir” deyə açıqlama verdi. “Formaları eynidir və eyni kimyəvi əməliyyatları icra edirlər.””

Göründüyü kimi, sulfid bakteriyalarının 2 milyard ildən çox müddət ərzində heç dəyişməməsi “təkamül yoxdur” şəklində etiraf edilir, ancaq digər tərəfdən də bu elmi həqiqət “ətraflarında dəyişiklik baş verməsinə baxmayaraq” “demək olar ki” kimi əlavələr edilərək, yəni demaqoqluq ilə ört-basdır edilməyə çalışılırdı. Hətta bəzi yerlərdə təkamülün olmaması “darvinizmə zidd deyil” kimi özlüyündə ziddiyət təşkil edən ifadələr işlədilirdi.

Dəyişikliyin olmaması nə deməkdir?

Təkamül nəzəriyyəsi canlıların indiki dövrə qədər dəyişərək gəldiyini iddia edir, beləliklə də, dəyişiklik yoxdursa təkamül deyə bir proses yaşanmayıb deməkdir. Belə ki, canlılar aləminin tarixi araşdırıldıqda saysız canlı növünün milyonlarla il keçsə də, heç dəyişmədən varlığını davam etdirdiyi görünür. Bu canlılar milyonlarla il əvvəlki nümunələrindən fərqsiz olduqlarına görə bioloqlar tərəfindən “yaşayan fosillər” olaraq təyin olunurlar. Məhz bu məqalədə yer alan və 2.3 milyard il əvvəldən dövrümüzə qədər heç dəyişmədən gələn sulfid bakteriyaları kimi yaşayan fosillər təkamül nəzəriyyəsini alt-üst edən, rədd edilməsi qeyri-mümkün olan elmi dəlillərdir.