Canlıların müdafiə məqsədi ilə ünsiyyət qurmaq metodları

Canlıların müdafiə məqsədi ilə ünsiyyət qurmaq metodları

Bəzən təhlükəni xəbər vermək, bəzən də yaşadıqları yeri qorumaq məqsədi ilə heyvanlar öz aralarında müxtəlif ünsiyyət sistemindən istifadə edirlər. Hər canlının özünəməxsus ünsiyyət metodu Allahın onlara bəxş etdiyi böyük nemətdir.

Səs vasitəsilə qurulan ünsiyyət metodu

Bəzi heyvanlar nərildəyərək təhlükə siqnalı verirlər. Afrika antilopları kimi bəzi heyvanlar isə səssiz siqnal verirlər. Bu heyvanlar otlayarkən davamlı olaraq xırıldayırlar. Yırtıcı heyvan yaxınlaşdıqda isə xırıldamağı dayandırırlar. Ani səssizlik sürüyə nərilti təsiri verir, xüsusilə də gecənin səssizliyində. 

Fillər kimi bir-birindən çox uzaqda olan heyvanlar üçün ünsiyyət qurmaq çox əhəmiyyətlidir. Bala fil yatmaq istədikdə geniş əraziyə yayılan sürünün üzvləri onun yuxudan oyanmasını gözləyirlər. Belə ünsiyyətin səbəbi fillərin təkcə güclü iybilmə qabiliyyətləri ilə bağlı deyil. Filin alnında 20 Hs-ə qədər müxtəlif tezliklərdə boğuq səs çıxaran bir orqan vardır. Bu orqan sayəsində fillər öz aralarında digər canlıların anlamadığı gizli və şifrəli dillə əlaqə yaradırlar. Fillərin çıxardıqları boğuq səslər, yəni uzun dalğalar qısa dalğalara nisbətən daha uzaq məsafələrə qədər yayılır. Buna görə də fillərin bu tezlikdəki gizli dilləri uzaq məsafəli ünsiyyət üçün idealdır.

Bir-birindən fərqlənən heyvanlar arasında müdafiə məqsədilə müxtəlif əlaqələr qurulur. Məsələn, antiloplar və kərgədanlar üstlərinə yapışan və güclü səslər çıxararaq təhlükə olduğunu bildirən kiçik quşlarla birlikdə yaşayırlar. Bu quşlar təhlükəni xəbər verməklə yanaşı, həm də bu məməlilərin dərilərinə yapışan həşəratların sürfələrini yeyirlər.

Bəzi heyvanlar düşmənlərini yanıltmaq məqsədi ilə müxtəlif səslər çıxarırlar. Məsələn, ağac dəliklərində yuva quran bir çox quş təhlükə hiss etdikdə ilan kimi fısıldamağa başlayır. Yuvaya hücum edən yırtıcı heyvanlar da dəlikdə ilan olduğunu düşünərək yuvadan uzaqlaşırlar. Bəzi kiçik tırtıllar isə təhlükə anında fısıldayır və bədənlərindəki gözə bənzər xallarını şişirdərək düşməni yanıldırlar.

Afrikada yaşayan surikatlar 10-15 üzvdən ibarət koloniyalar halında yaşayırlar. Surikatların müştərək həyat tərzlərində xüsusi ünsiyyət metodları vardır. Bu canlılar 3 fərqli formada – qoxu yayaraq, səslə və bədən dili vasitəsilə xəbərləşirlər. Nəyisə itirdikdə, təhlükə baş verdikdə, bala surikat doğulduqda və digər hadisələri bildirmək üçün 20-dən çox fərqli səslə bir-birlərinə məlumat ötürürlər. Bu canlılar yuvalarının təhlükəsizliyini təmin etmək üçün ətrafı müşahidə etmə, çaqqal və canavar kimi düşmənlərdən yuvanı qoruma vəzifələrini aralarında bölüşdürürlər.

Arılar da təhlükəni xəbər vermək üçün yüksək səslə vızıldayırlar (pətəyə yaxınlaşsanız, səs tonundakı fərqi hiss edəcəksiniz); saniyədə 500 dəfə qanad çalan arılar "təhlükə keçdi" işarəsi verilənə və pətəkdə vəziyyət sakitləşənə qədər bu hərəkətlərinə davam edirlər.

Qırmızı dələlər düşmən gördükdə quyruqlarını sallayır və həyəcanlı səslər çıxararaq digər dələləri xəbərdar edirlər.