Şumerlər və elm

Şumerlər və elm

Şumerlər riyaziyyata say sistemini tətbiq ediblər. Dövrümüzdə istifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi... Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.

Bundan əlavə, şumerlər astronomiya sahəsində yüksək səviyyəyə çatmış, ay, il və günlərin sayını dövrümüzdəki hesabla, demək olar ki, eyni hesablamışdılar. 12 aydan ibarət şumer təqvimindən qədim misirlilər, yunanlar və bəzi sami mənşəli xalqlar da istifadə ediblər. Bu təqvimdə bir il qış və yay olmaqla iki fəsildən ibarət idi. Yay fəsli yazdakı gündönümündə, qış fəsli isə payızdakı gündönümündə başlayırdı.

Şumerlər “ziqqurat” adlandırdıqları qüllələrdə kosmosu da tədqiq edirdilər. 74 günəş və ay tutulmasını əvvəlcədən müəyyən etdikləri müxtəlif mənbələrdən görünür. Şumerlərin digər astronomik kəşfi də bir çox bürcün xəritəsini hazırlamalarıdır. Günəş və Ayla yanaşı, Merkuri, Venera, Mars, Yupiter və Saturnun da hərəkətlərini müşahidə edib qeyd etmişdilər. Bundan 5000 il əvvəl şumerlərin kosmosla bağlı elmi hesablamaları bu gün kosmik peyklərdən göndərilən görüntülərlə təsdiq edilir.

Şübhəsiz ki, bu, tarixin təkamülü iddialarına tamamilə ziddir. Müasir nəhəng teleskoplar və qabaqcıl kompyuterlərlə hər cür texniki imkana malik rəsədxanalarda yeni əldə edilmiş məlumatları bundan 5000 il əvvəl kəşf etmiş xalq var. Bu təqdirdə, təkamülçü elm adamları ön mühakimələrini bir kənara qoyaraq elmi və tarixi kəşflərin onlara göstərdiyi həqiqətə əsasən hərəkət etməlidirlər. Bu həqiqət darvinistlərin iddia etdiyi kimi, sivilizasiyaların daima ibtidaidən aliyə doğru təkmilləşdiyi, xalqların təkamül keçirdiyi tezisinin elmi və tarixi cəhətdən əsassız olduğunu göstərir. Sivilizasiyalar quran, musiqi bəstələyən, sənət əsərləri meydana gətirən, görkəmli tikililər inşa edən, kosmosla bağlı tədqiqatlar aparıb mühüm faktlar əldə edən, elmi nailiyyətlərə imza atan, texnoloji kəşflər edən insanın tarixini təkamül prosesi ilə açıqlamağa çalışmağın kökündə bəzi ideoloji qayğılar yatır. Elm adamları isə ideoloji qayğılara deyil, təcrübələrə, kəşflərə, müşahidələrə, qısaca desək, elmi faktların ortaya qoyduğu dəlillərə əsasən davranmalıdırlar.

 

Nəmrud linzasi

 

1850-ci ildə arxeoloq Con Leyardın əldə etdiyi bir tapıntı “Linzadan ilk dəfə kim istifadə edib?” sualını gündəmə gətirdi. Con Leyard indiki İraq ərazisində apardığı arxeoloji qazıntılarda bundan 3000 il əvvələ aid linzaya bənzəyən əşya tapmışdır. Hələ də İngiltərə muzeyinin arxivində saxlanılan bu tapıntı elm dünyasına məlum olan ilk linzadan assuriyalıların dövründə istifadə edildiyini göstərmişdir. Roma Universitetindən prof. Ciovanni Pettinatonun elm tarixinin müəyyən edilməsində mühüm kəşf kimi səciyyələndirdiyi bu tapıntının assuriyalıların hərtərəfli astronomiya biliyinin mənbəyini açıqladığını deyir. Assuriyalılar Saturn planetini və ətrafındakı halqaları müşahidə etmişdilər.

Bu linzanın hansı məqsədlə istifadə edildiyi, əlbəttə, mübahisəlidir, ancaq açıq-aşkar həqiqət var: qədim xalqların hamısı tarixçi elm adamlarının iddia etdiyi kimi ibtidai həyat tərzi yaşamayıblar. Qədim dövrlərdəki xalqlar da elm və texnologiyadan istifadə etmiş, köklü sivilizasiyalar qurmuş, qabaqcıl həyat tərzi keçirmişdilər. Necə yaşadıqlarına dair dövrümüzə çox məhdud məlumat gəlib çıxmışdır. Ancaq əldə edilən məlumatların demək olar ki, hamısı bu xalqların təkamül keçirmədiyini açıq-aydın göstərir.

 

Bağdad batareyası

 

1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən tapılan vazaya bənzər bir əşya “Bağdad batareyası” adlandırılır. Bəs 2000 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Çünki bu əşyadan batareya kimi istifadə edilibsə - ki, aparılan tədqiqatlar bunun doğru olduğunu göstərir – mədəniyyətin daima təkmilləşdiyi, qədim xalqların isə ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələr əsassız qalır.

Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.

Qabı elektrolidlə doldurduqda isə elektrik axını hasil edən batareya əldə edilir. Bu, elektrokimyəvi reaksiya adlanan prosesdir və dövrümüzdəki batareyaların iş mexanizmindən heç bir fərqi yoxdur. Bağdad batareyasını əsas götürərək hazırlanan modellərdə 1.5-2 voltluq enerji əldə edilmişdir.

Buradan mühüm sual çıxır: 2000 il əvvəl batareyadan nə üçün istifadə ediblər? Batareya olduğuna görə, batareya ilə işləyən bir çox cihaz və alət olduğu da aydındır. Bu, 2000 il əvvəl yaşamış insanların təxmin edildiyindən daha qabaqcıl həyat standardlarına malik olduqlarını göstərir.