Dənizlərdəki qaranlıq və daxili dalğalar

Dənizlərdəki qaranlıq və daxili dalğalar

 "Yaxud (inkar edənlərin əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər. O, əlini çıxardıqda haradasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz". ("Nur" surəsi, 24/40)
 
Dərin dənizlərdəki ümumi şərait "Oceans" ("Okeanlar") adlı kitabda bu cür qeyd edilir:
 
Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olur. Bu dərinlikdə demək olar ki, heç bir işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.
 
Zamanımızda hər hansı bir dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, dəniz suyunun duzluluq nisbəti kimi məsələlərlə yanaşı, onun ehtiva etdiyi suyun miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da araşdırıb öyrənmək mümkündür. Çağdaş dövrün texnologiyasından yararlanmaqla istehsal olunan və dənizaltı dünyanı öyrənməkdə böyük əhəmiyyət kəsb edən müxtəlif cihaz, qurğu və xüsusi alətlər bu bilgiləri mənimsəməyimizdə xüsusi rol oynayan mühüm vasitələrdir.
 
Bu alətlər olmasa, insanın dənizin 70 metrdən artıq dərininə getməsi demək olar ki, mümkün deyil. Bununla yanaşı, bir insanın heç bir köməyi olmadan okeanların 200 metrliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də alimlər dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə əldə ediblər. Halbuki, dərin dənizlərin qaranlıq olması Quranda hələ 1400 il əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, beləliklə də insanların dənizlərin dərinliklərinə gedəcək vasitələrin olmadığı bir dövrdə belə bir məlumatın verilməsi, əlbəttə ki, növbəti Quran möcüzələrindən biridir.
 
Bununla yanaşı, "Nur" surəsinin 40-cı ayəsində bildirilən "əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər" ifadəsi də Quranın başqa elmi bir möcüzəsinə işarə edir:
 
"Alimlər müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğaların olmasını bu yaxınlarda kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edir. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səthdəki dalğalar kimi hərəkət edir. Dənizlərin üstündəki dalğalar kimi daxili dalğalar da qırıla bilir. İnsan gözü daxili dalğaları görə bilməz, ancaq müəyyən bir zonada olan istilik və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər".
 
Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Dənizlə bağlı belə tədqiqatlar aparılmasaydı, insan dənizin təkcə səthindəki dalğaların varlığı haqqında məlumat almaqla kifayətlənə bilməz, onun dənizin daxilində meydana gələn dalğalardan xəbərdar olması əsla mümkün olmazdı. Lakin "Nur" surəsində Allah dənizlərin dərinliklərində ikinci bir dalğaya da diqqət çəkib. Əlbəttə, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət Quranın Allah`ın sözü olduğunu bir daha göz önünə gətirir.