Bitkilər soyuqla necə mübarizə aparırlar?

Bitkilər soyuqla necə mübarizə aparırlar?

Quru budaqları olan və uzun müddət torpaqda hərəkətsiz qalan ağaclar qış mövsümü gəldikdə özlərini qorumaq üçün bəzi tədbirlər alırlar. Bitkilərin soyuq havalarda özlərini qorumaq üçün aldıqları bu tədbirlər nələrdir?

Bitkilər heyvanlar kimi soyuqdan qaça bilmirlər, yaxud da onları qoruyan qalın kürkləri yoxdur. Ancaq Uca Allah bitkilərə bəxş etdiyi xüsusi sistemlərlə onları soyuqdan qoruyur. Xüsusilə, bitkilərə soyuq havalarda donma çox təsir edir. Donma və donun açılması zamanı bitkilərin su dövranı sistemində qabarcıqlar meydana gəlir. Bu, buz qəlibinin içində sıxışan hava qabarcıqlarına bənzəyir. Buz qəlibi əriyəndə hava qabarcıqları birləşir. Bu proses bitkinin su kanalının içində olduqda çoxlu hava qabarcığı bitkinin damarlarında yığıla bilər. Buzun əriməsi nəticəsində hava qabarcıqları birləşsə, bitkinin su kanallarını tıxayaraq kök ilə yarpaq arasındakı su nəqlinə mane olar və bu da bitkinin ölməsinə səbəb olar.

Bitkilər üzərində aparılan araşdırmalar göstərmişdir ki, bitkilər özlərinin üç xüsusiyyətindən istifadə edərək bu vəziyyəti aradan qaldırırlar.

www.bitkilerevrimicurutuyor.imanisiteler.com

Bitkilərin yarpaqlarını tökmə üsulu

Şimali Amerikada bitən qoz ağacı və ya palıd ağacı kimi bəzi bitkilər donma zamanı meydana gələn zərərdən qorunmaq üçün yarpaqlarını qış gəlməmişdən əvvəl tökürlər. Bu yolla köklərdən yarpağa gedən su axınını dayandırırlar. Havalar istiləşdikdə yenidən yarpaqlamağa və böyüməyə başlayırlar.

Su kanallarını daraltma

Tozağacı və qovaq ağacı kimi bəzi bitki növləri isə su nəqlini olduqca dar sudaşıma hüceyrələrindən istifadə edərək yerinə yetirirlər. Belə dar su hüceyrə kanalları donma və donun açılmasına şərait yaratmır.

İstirahət dövrünə keçmələri

Bəzi bitkilər isə ölərək torpağa geri qayıdır. Sonra uyğun şərait yarandıqda köklərindən yenidən cücərməyə başlayır.

Elm adamlarının on minlərlə fərqli bitki növü üzərində apardıqları araşdırmalar nəticəsində gəldikləri nəticələr olduqca təəccüblüdür. Çünki bitkilər qış başlamamışdan əvvəl həyatlarını davam etdirmək üçün lazımlı tədbirlər alırlar.

Gözləri, qulaqları, əlləri, ayaqları, sinir sistemi və beş duyğusu olmayan və torpaqda hərəkətsiz dayanan bitkilərin havadakı mövcud dəyişikliyi hiss etməsi, bunun təhlükə olduğunu qavraması, bu təhlükəyə qarşı özünü mühafizə etməsi və müdüfiə üçün üsul yaratması, bu üsulun faydalı olması, əlbəttə ki, Uca Allahın sonsuz ağlı və elminin təzahürüdür.

Yer üzündəki bütün canlılar kimi bitkilər də həssas tarazlıq və möhtəşəm sistemlərlə birlikdə yaradılıblar. Bunu baxdığımız hər yerdə görürük. Bütün canlılar bizə özlərini yaradan Allahı tanıdırlar. Heç şübhəsiz ki, burada təriflənməyə layiq bütün canlıları sahib olduqları xüsusiyyətlərlə yaradan Allahdır. Yer üzündəki hər şey kimi bütün bitkilər də Allahın xüsusi yaratdığı sistemlər sayəsində varlıqlarını davam etdirirlər, yəni Onun idarəsindədirlər:

“Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdi”. (Həcc surəsi, 64)

Hər canlını yaradan Allahdır.

Ağaclar köklərindən gələn suyun donacağını, meydana gələcək hava qabarcıqlarının əriyən su ilə birləşərək su damarlarında suyun yuxarı çıxmasına mane yaradacağını haradan bilirlər?

Ağaclar gərək bunları hesablamaq üçün fizika və kimya mütəxəsisi olsunlar, elə deyilmi?
Bunları bilməsi üçün kənardan su kanallarını görməli və baş verəcək hadisələri müəyyən etməlidir. Həyatı boyunca heç görmədiyi və öz daxilində mövcud olan sistemi ağaclar necə bilirlər?
Soyuğu və qışın gəldiyini necə anlayırlar?

Soyuqla birlikdə şaxtanın başlayacağını, temperaturun düşməsi nəticəsində maye haldakı suyun bərk hala keçəcəyini və həmçinin havaların isinməsi ilə suyun bərk haldan maye hala keçəcəyini necə bilirlər?
Bu işləri ağlı və şüuru olmayan ağacın etməsi mümkündürmü?

Bu sualın cavabı, əlbəttə ki, xeyrdir. Bu canlılara sahib olduqları bütün xüsusiyyətləri ilham edən Uca Allahdır. Ayədə belə buyurulur:

“Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!” (Ənkəbut surəsi, 61)