Kommunist fəlsəfə nə üçün təhlükəlidir?

Kommunist fəlsəfə nə üçün təhlükəlidir?

Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar başlarına gələcək şeyləri dərk etmədən kommunizm adlı təhlükənin müasir dövrdə olmadığını deyərək yanılırlar. Kommunizmin XX əsrin fəlakəti olduğunu, o dövrdə hakim olub süqut etdiyini və artıq bu təhlükənin keçdiyini zənn edirlər. Bu fikrə o qədər inanıblar ki, nə başlarına gələcək təhlükədən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, “Kommunizm təhlükəsi yoxdur”, - deyərək həm ətrafdakı insanları laqeydliyə sürükləyir, həm də özləri bu bəlanın içinə düşürlər. Bu yanaşma tərzi ilə kommunist ideologiyanın asanlıqla güclənməsinə, kök salaraq yayılmasına imkan verirlər. Çünki insanlar: “Artıq kommunist təhlükə yoxdur”, - deyərək rahatladıqda və bu bəlaya qarşı heç bir tədbir almadıqda kommunizm güclənib yayılır.

“Kommunizm təhlükəsi XX əsrdə sona çatıb” deyənlər çox yanılırlar. Kommunizm əsla məhv olmamışdır. Darvinizm mövcud olduqca kommunizm də olacaq. Çünki hər ikisinin kökündə eyni ortaq fəlsəfə var: dialektik materializm. Darvin bu düşüncə tərzini təbiətə, Marks isə tarix və sosial elmlərə tətbiq etmişdir. Ona görə, XX əsrdə olduğu kimi, indi də marksizm var və darvinizm hökm sürdükcə əsla dünya siyasətindən yox olmayacaq.

Belə ki, hal-hazırda darvinist diktatorluq bütün dövlətlərə, təhsil qurumlarına, mətbuat orqanlarına hakimdir. Bu hakimiyyət kommunist ideologiyanı qidalandırır, təhsil sistemi isə kommunist yetişdirməkdə davam edir. Qısaca desək, KOMMUNİZM HAL-HAZIRDA SADƏCƏ PUSQUDADIR.

Kommunizm gizli şəkildə varlığını davam etdirir

“Bir addım irəli, iki addım geri” strategiyasının bir nəticəsi olaraq kommunizm hələ də gizli şəkildə varlığını davam etdirir. Xüsusilə Rusiyada iqtidar və bürokratiya kadrlarının hamısı keçmiş kommunistlərdən təşkil olunub. Dialektik materializmlə tərbiyə edilmiş bu insanlar kommunizm xəyallarından əl çəkməyiblər. Əksinə, kommunizmin kapitalist mərhələdən keçməli olduğuna inananlar kommunist olmaq üçün kapitalizmin hakimiyyətinə tamaşa edirlər. Əsl kommunist olduqlarına görə, hal-hazırda kapitalizmi tətbiq edir və müdafiə edirlər.

Bu vəziyyət təkcə Rusiyada deyil, bütün dünyada belədir. Avropanın, demək olar ki, bütün ölkələrində kommunist partiyalar fəaliyyətlərini davam etdirir, hətta bir qismi çoxlu səs qazanırlar. keçmiş şərq bloku ölkələrinin, demək olar ki, hamısında kommunist kadrlar tərəfindən idarə edilən sosialist partiyalar var. Kommunist yazıçı və şairlər, incəsənət adamları səssiz də olsa, bir kənarda gizli fəaliyyət göstərərək kommunist düşüncə tərzini insanların şüuraltına yerləşdirən mesajlar verirlər. Əslində, dəyişən heç nə yoxdur. Onlar sadəcə kapitalizmin onlara şərait hazırlamasını səbirlə gözləyir, yəni Marksın nəsihətinə əməl edirlər.

Ancaq bəlkə də kommunistlərin ən çox işinə yarayan şey hal-hazırda bütün dünyanı bürüyən iqtisadi böhrandır. Qısa müddət əvvəl iqtisadi və demokratik strukturun zədələnməyəcəyinə inanarkən bir anda bütün dünyanı böyük iqtisadi böhran bürüməsi insanların siyasi meyilliyi ilə yanaşı, həyata baxışını da böyük ölçüdə dəyişdirmişdir. Bu, kommunistlər üçün mühüm mənfəət vasitəsidir. Məlumdur ki, tarixdə 1929-cu ildə baş vermiş Böyük Böhran nəticəsində bütün dünyada iqtisadi tənəzzül meydana gəlmiş, bu da Avropadakı kommunist və faşist partiyaların populyarlığını  dərhal artırmışdı. Böyük Böhranı kapitalist sistemin süqutu kimi qələmə verən kommunistlər kütlələrə daha asan təsir etmək imkanı əldə etmişdilər. Xalq çarəsizlikdən yeganə yolun kommunizm olduğunu qəbul etməli olmuşdu.

Hal-hazırda da belə bir təhlükə var. Pusquda gözləyən bütün keçmiş kommunist nəsillər, onların yetişdirdiyi yeni kommunist qruplar və kommunist gənclər bu cür iqtisadi böhrandan faydalanmağa çalışırlar. Ona görə, bu illər kommunizm təhlükəsinin yenidən dünya siyasətində təsirli mövqe qazanması üçün çox əlverişlidir. Kommunist partiyaların böyük qismi iqtisadi böhranı ölkələri kommunist bataqlığın içinə çəkmək üçün həyati əhəmiyyətli fürsət kimi görürlər.

Kommunizmə qarşı təcili elmi fəaliyyət göstərmək vacibdir

Dünya kommunist terror bəlasından xilas olmaq istəyirsə, dünya səviyyəsində antikommunist və antimaterialist elmi fəaliyyət göstərilməlidir. Bu cür fəaliyyəti lüzumsuz və təsirsiz hesab edənlər, darvinizmi ancaq təbiət hadisələri ilə məhdudlaşdırılmış nəzəriyyə kimi dəyərləndirənlər təhlükənin böyüklüyünü dərk etmirlər. Hal-hazırda PKK terror təşkilatı da darvinizmin ideoloji əsaslarını tətbiq edən Stalin, Lenin, Mao, Pol Potla eyni məntiqdədir. Kommunizmə dəstək verən ideoloji bünövrə, yəni darvinizm birbaşa hökumətlər və dövlət qurumları tərəfindən müdafiə edilirsə, terroristlərə silahlarını yerə qoymaqlarını demək çox çətindir.

Darvinizm olduqca kommunist təhlükə də varlığını davam etdirəcək. Bəladan xilas olmaq üçün YEGANƏ ŞƏRT DARVİNİZMİ İDEOLOJİ CƏHƏTDƏN TAMAMİLƏ MƏHV ETMƏKDİR.

Kommunizm XX əsrə təzyiq, zülm, qan və göz yaşları ilə damğasını vurmuşdur

Tarixçilərin hesablamalarına əsasən, təkcə bu ideologiyaya görə XX əsrdə 120 milyon insan öldürülmüşdür. Bunlar müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdüyü mülki insanlardır. 100 milyon kişi, qadın, yaşlı, uşaq, körpə məhz kommunizm adlanan bu soyuq, qatı, sərt, vəhşi ideologiyaya görə həyatını itirmişdir. Habelə, kommunist rejimlər tərəfindən əsas hüquq və azadlıqlarından məhrum olan, deportasiya edilən, sistemli şəkildə törədilmiş qıtlığa məruz qalan, həbs edilən, əmək düşərgələrində qul kimi işlədilən on milyonlarla insan var. Milyonlarla insan da kommunist partizan qruplarının, terror təşkilatlarının güllələrinə hədəf olmuş və hədəf olma qorxusu altında yaşamışdır. Ancaq bu təhlükə hələ yer üzündən silinməmişdir: KOMMUNİZM PUSQUDADIR!

120 milyon insanın canı bahasına bu “qan tökmə quyusu” hələ də varlığını davam etdirir. Quyunun üstü örtülmüşdür, ətrafına quyunu kamuflyaj edən şeylər qoyulmuşdur, ancaq quyu tələdir. Kommunizm hiyləgərcəsinə gizlənərək fəaliyyətinə davam edir. Fərqli görünüşdə, fərqli adlar altında varlığını davam etdirir və bəşəriyyətə yenə keçmişdəkilərə bənzər əziyyətləri vermək üçün fürsət gözləyir.

Məhz buna görə, kommunist ideologiyanın əsl üzünü, keçmişdə səbəb olduğu əziyyət və bəlaları bütün insanlara çatdırmaq və gizlənərək böyüyən bu təhlükənin maskasını çıxarmaq hər müsəlmanın ən mühüm vəzifələrindən biridir.