Gözdəki texnologiya

Gözdəki texnologiya

Tibb texnologiyasının irəliləməsilə insan gözünün nə qədər böyük möcüzə olduğu daha yaxşı başa düşülür. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsilə də getdikcə daha çox inkişaf etmiş kameralar, fotokameralar və saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz.

Gözün işləmə sisteminin qaba şəkildə təqlidilə icad edilən ən geniş yayılmış optik cihazlardan biri fotokameradır. Gözün möcüzəvi işləmə sistemini qısa şəkildə xatırlatmaq və nə qədər təkmilləşmiş olsa da, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün quruluş və funksiyaya malik olduğunu görmək üçün bu alətin bəzi xüsusiyyətlərilə gözü müqayisə edək.

Fotokamera

Fotokamerada əsas prinsip kimi linza üç-ölçülü dünyanı iki ölçülü hamarlama şəklində fokuslayır. Görüntü bu hamarlama olduğuna görə daha kiçik və başı aşağı şəkildə düşür.

İnsan gözünün ön hissəsində yerləşən buynuz qişa və bir az içəridə yerləşən göz bülluru da görüntünü gözün içində fokuslayır. Gözün içi sanki qaranlıq otaqdır, ancaq bu qaranlıq otağın canlı olduğu unudulmamalıdır. Görüntünün başı aşağı düşdüyü yer isə tor qişa adlanan toxumadır. Üzərində görüntünün əmələ gəlməsi baxımından tor qişa fotokamera lentinə bənzədilə bilər. Tor qişanın vəzifəsi bu görüntünü elektrik siqnalları şəklində beyinə göndərməkdir.

Aydınlıq nizamlaması

Fotoşəkil çəkilərkən əvvəlcə aydınlıq ölçüsü dəqiqləşdirilməlidir. Görmə prosesində ətrafımızdakı görüntülərin həssas təbəqə üzərinə aydın düşməsi üçün göz büllurunun görmək istədiyimiz cisimin uzaqlığına görə özünü nizamlaması lazımdır. Fotokameralarda bu proses əl ilə, təkmilləşdirilmiş kameralarda avtomatik edilir. Daha xüsusi məqsədlərdə istifadə edilən mikroskop və teleskoplarda da aydınlıq dərəcəsi nizamlanır. Hər dəfə bu proses vaxt aparır.

Ancaq insan gözü bu nizamlamanı hər an, çox qısa müddət ərzində özü edir. Həm də bu zaman istifadə edilən üsul təqlid edilməyəcək qədər üstündür. Gözün içində yerləşən göz bülluru ətrafında yerləşən əzələlər vasitəsilə görüntünü tor qişanın üzərinə fasiləsiz salır. Quruluşu son dərəcə elastik olan və asanlıqla forma dəyişdirən bu büllur lazım gəldikdə qabarır, lazım gəldikdə gərilərək işığın düşdüyü nöqtəni sabit saxlayır.

Əgər gözdə bu nizamlama öz-özünə edilməsəydi, məsələn, bir düymə vasitəsilə insan baxdığı nöqtəni fokuslamalı olsaydı, görmək üçün davamlı olaraq xüsusi səy göstərməliydi. Görüntü gah aydınlanacaq, gah da bulanıq olacaqdı. Bir cismə baxdıqda görə bilmək çox vaxt aparacaq, həyat böyük ölçüdə yavaşıyacaqdı.

İnsan qarşısında müəyyən uzaqlıqda duran cismi aydın görmək istədikdə aradakı məsafəni, göz büllurunun fokuslama dərəcəsini və bunlarla bağlı bir çox optik hesablamaları etməklə məşğul olmur. Cismi aydın görmək üçün sadəcə ona baxması kifayətdir. Qalan bütün proseslər avtomatik şəkildə göz və beyin tərəfindən yerinə yetirilir. Həm də bu proseslər sadəcə bir istəmə müddəti qədər qısadır.

- İşıq ahəngi

Fotokamera ilə gündüz çəkilən fotoşəkil aydın olur. Eyni lent və fotokamera ilə gecə ulduzlar və səma çəkildikdə isə fotokamerada heç nə görünmür. Lakin göz qapaqları saniyənin onda biri qədər müddətdə açıqldıqda belə ulduzlar çılpaq gözlə görünür. Çünki göz çox müxtəlif aydınlatma şərtlərinə və fərqli işıq şiddətlərinə görə özünü hər an avtomatik nizamlayır. Bunu təmin edən göz bəbəyi ətrafındakı əzələlərdir. Əgər mühit qaranlıq olsa, bu əzələlər açılır, göz bəbəyi böyüyür və gözə daha çox işığın girməsi təmin edilir. Əgər mühit işıqlıdırsa, bu dəfə əzələlər yığılır, göz bəbəyi kiçilir və içəri girən işığın miqdarı azaldılır. Bu sayədə həm gecə, həm də gündüz görüntü aydın olur.

- Rəngli dünyaya açılan pəncərə

Göz görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez olunaraq normal görüntüyə çevrilirlər.

Tor qişada yerləşən çöpcüklər görülən obyektin ağ-qara görüntüsünü müəyyən edirlər. Çöpcüklərin digər funksiyası baxılan cismin formasını, cizgilərini təfərrüatı ilə qəbul etməkdir. Kolbacıq hüceyrələri isə cismin forması deyil, rənglərini müəyyənləşdirirlər. Nəticədə hər iki hüceyrədən alınan siqnalların dəyərləndirilməsilə xarici aləmin görüntüsü formalar və rənglər halında beyində əmələ gəlir.

Üstün Texnologiya

Gözün fotokamera ilə müqayisə edilməsi sadəcə olaraq mövzunun daha yaxşı başa düşülməsi üçün istifadə edilmiş metoddur. Əslində fotokamera gözə nisbətən olduqca bəsit quruluşa malikdir. Hətta gözün görüntü ötürmə texnikası ən qabaqcıl kameralardan qat-qat üstündür. Nəticədə gözün ötürdüyü görüntü insan icadı olan hər hansı bir alətin ötürdüyü görüntüdən daha çox keyfiyyətlidir.

TV kamerasının iş prinsipləri tədqiq olunarsa, sözügedən həqiqət daha yaxşı başa düşülər. TV-nin iş prinsipi görüntülərin deyil, bir görüntünü yenidən əmələ gətirəcək az və ya çox işıqlı nöqtə ardıcılllığının ötürülməsinə əsaslanır. Ona görə kamera qarşısındakı cisim sətir deyilən müəyyən sayda zolağa bölündüyü üçün yayımlama əsnasında “axtarma” prosesi olur. Bir fotosel lampa belə bir sətrin bütün nöqtələrini soldan sağa, bir-birinin ardınca görür. Hamısının işıq vəziyyətini dəyərləndirir və sonda bunlara əsaslanaraq bəzi siqnallar verir. Bir sətri əvvəldən axıra qədər axtardıqdan sonra sonrakı sətrə keçir və bu proses beləcə davam edir. Bu fotoselin işləmə ritmi bir görüntünün 625 və ya 819 sətrini 1/25 saniyədə axtaracaq şəkildə hesablanmışdır. Beləliklə, bütöv bir görüntünün tamamlanması bitən kimi yeni görüntü ötürülür. Bu şəkildə ötürülən bildirişlərin sayı çoxdur və siqnallar baş gicəlləndirən sürətlə verilir.

Gözün bütün bu izah etdiklərimizdən daha üstün işləmə mexanizminə malik olduğu, habelə heç bir nəzarətə və hissə dəyişikliyinə ehtiyacı olmadığı nəzərə alınarsa, gözün quruluşunun nə qədər təəccüblü və mükəmməl olduğu çox aydın şəkildə başa düşülər.

Ortaq kanaldan istifadə

Ağ təbəqə üzərindəki hüceyrələr bir sinir kanalı sayəsində birbaşa beyinə bağlanırlar. Hüceyrələr siqnallarını bu kanallarla beyinə ötürürlər. Ağ təbəqədə yerləşən 140 milyon hüceyrəyə