Mədə dərmanı hazırlayan timsahlar

Mədə dərmanı hazırlayan timsahlar

Mədədə yaranan problemlərin əsas səbəblərindən biri qidanın artıq miqdarda qəbul edilməsidir. Bu problemlərdən xilas olmaq üçün dərmanlarla yanaşı, müxtəlif  metodlardan istifadə olunur. Halbuki öz çəkisinin təqribən 23%-i qədər qida qəbul edə bilən timsahlar heç vaxt bu problemlə qarşılaşmırlar. Çünki timsah mədəsi üçün dərmanı özü hazırlayır. Bunu isə qanın hərəkət istiqamətini dəyişməklə əldə edir. Üstəlik, bu dərman hazırda istehsal olunan bəzi mədə dərmanları ilə eyni tərkibə malikdir.

Bəs timsahlar qanın hərəkət istiqamətini necə dəyişirlər?

İnsanların, məməlilərin və quşların damarında timsahdakı kimi xüsusi hərəkət sistemi yoxdur. Digər canlılarda sol aorta damarı karbondioksidi daşıyan venoz qanı ürəyin sağ tərəfindən ağciyərə çatdırır və karbondioksidi alaraq ağciyərdən xaric edir. Timsah isə sol aorta damarını istədiyi kimi istifadə edə bilir. Qidanı həzm edərkən qanın normal hərəkət istiqamətini dəyişərək karbondioksidlə zəngin olan qanı mədəyə göndərir. Çünki həzm prosesi zamanı mədə turşusu və bikarbonat ifraz edilməsi üçün sekresiya vəzilərinə karbondioksid lazımdır. Timsah bu üsulla (qanın hərəkət istiqamətini dəyişməklə) məməlilərdən 10 dəfə çox mədə turşusu ifraz edir.

Hazırda həzm sistemi xəstəliklərinin müalicəsində istifadə edilən bəzi mədə həblərinin və sodanın tərkibinə karbon olduğunu nəzərə alsaq, timsahın mədəsinə karbondioksid göndərərək həzm prosesinə lazım olan mədə turşusu və bikarbonat istehsalını sürətləndirməsinin mükəmməl yaradılış nümunəsi olduğunu daha yaxşı başa düşərik. Uca Allah üstün ağlını və qüsursuz yaratmasını Quranda belə xəbər vermişdir:

"O, xaliq, yoxdan yaradan, surət verən Allah’dır. Ən gözəl adlar yalnız O’na məxsusdur. Göylərdə və yerdə olanların hamısı O’nun şəninə təriflər deyir. O qüdrətlidir, müdrikdir." (Həşr Surəsi, 24)