20 milyon illik hörümçək fosili (qalıq) bizə nəyi sübut edir?

20 milyon illik hörümçək fosili (qalıq) bizə nəyi sübut edir?

Qarışqalardan ağaclara, yarasalardan köpək balıqlarına qədər olduqca müxtəlif növlərə aid yaşayan fosillər mövcuddur. Bu, təbiət tarixi boyunca heç bir təkamülün baş vermədiyinin dəqiq göstəricisidir. Mançester Universitetində araşdırmaçı Dr. Devid Peney (David Penney) tərəfindən tapılan, içərisində qanın da mövcud olduğu hörümçək fosili “yaşayan fosil” siyahısına əlavə olundu və tarix boyunca təkamülün yaşanmadığını sübut edən açıq nümunələrdən biridir.

Qatranın içində 20 milyon illik möcüzə

“Təxminən iyirmi milyon il əvvəl ağacdan yuxarı dırmaşan hörümçək qəflətən axan qatranın içində həbs oldu və öldü”. Mançester Universitetindən Dr. Devid Peney qatranın içində tapdığı hörümçək fosilinə belə izah gətirir. Araşdırmaçı fosili 2003-ci ildə Dominikan Respublikasına ziyarət etdiyi dövrdə tapdı. Daha sonra fosil üzərində apardığı araşdırmalar isə maraqlı faktları ortaya qoydu. Hörümçəyə aid iki kiçik qan damcısı iyirmi milyon il boyunca xarab olmadan qalmış və dövrümüzə gəlib çatmışdır. Beləcə, Peneyin tapdığı fosil içində qan olan ilk nümunə kimi tarixə keçdi. Elm aləmində həyəcan oyandıran fosil ... Elm adamları daha ətraflı məlumat üçün hörümçək fosilinin qanından DNT əldə etməyi ümid etdiklərini açıqlamışdılar. İçində ilk dəfə qana rast gəlinən bu hörümçək fosilinin elm aləmində nə qədər böyük həyəcana səbəb olduğu fosili tapandır. Peneyin ifadələrindən də açıqca başa düşülür:

“İçində hörümçək saxlayan bir çimdik qatranın günümüzdən iyirmi milyon il əvvələ pəncərə açması möcüzədir... Qatrandakı qana əsasən hörümçəyin bədəninin mövqeyini analiz edərək onun necə öldüyünü, o anda hansı istiqamətə getdiyini və hətta hansı sürətdə hərəkət etdiyini belə öyrənməyimiz mümkün ola biləcək.”

Digər təfərrüatları “Paleontology” elmi jurnalında (2005-ci il, 48-ci cild, 5-ci bölmə) nəşr olunan fosil qalığı hörümçəklərin iyirmi milyon illik keçmişi haqqında çox əhəmiyyətli başqa məlumat da verir: Sözü gedən hörümçək dövrümüzdə Cənubi Amerikada geniş yayılan “Filistitatidae” hörümçək ailəsinə aiddir və yaşayan nümunələrindən fərqlənmir. Buna görə də bu fosil “yaşayan fosil” hesab edilir.