Yayın əvəzolunmaz meyvəsi - qarpız

Yayın əvəzolunmaz meyvəsi - qarpız

Qarpız yay aylarının ən ləzzətli sərinləşdiricilərindəndir. Tərkibindəki bol su və vitaminlərlə sağlam qidalanmağımızda mühüm rol oynayır.

Qarpızın tərkibində xərçəngin bir çox növlərinə qarşı təsirli olan beta karotin vardır. Tərkibindəki bol miqdarda kalium ürəyin fəaliyyətinin və qan təzyiqinin normallaşmasına kömək edir. Həmçinin mühüm lif qaynağı olduğu üçün bağırsağın hərəkətini nizamlayır və bağırsaq xərçənginin qarşısını alır. Qarpız tumları isə içərisində olan cucurbocitrin adlı maddə ilə qan təzyiqini aşağı salmağa və böyrəyin funksiyalarını tənzimləməyə kömək edir. Tərkibində yağ və xolesterol olmadığı və kalorisi aşağı olduğu üçün yay aylarında saxlanılan pəhrizlərdə xüsusi yer tutur. 

Quru torpaqdan çıxan bu sulu meyvə insanın suya ən çox ehtiyac duyduğu fəsildə - yayda yetişir. Qarpızın 95%-inin su olmasına baxmayaraq, olduqca ləzzətlidir. Allah qalan 5%-ə möhtəşəm ləzzət yerləşdirmişdir. Bu, Allahın bənzərsiz yaratmasıdır.

Araşdırdığımız zaman bitkilərin insanlar və canlılar üçün xüsusi yaradıldığı həqiqəti ilə qarşılaşırıq. Aləmlərin Rəbbi Allah bütün qidaları müxtəlif dad, qoxu və fayda ilə yaratmışdır. Quranın bir ayəsində belə bildirilir:

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 13)