Özlərini şəraitlərə görə nizamlaya bilən mikroorqanizmlər

Özlərini şəraitlərə görə nizamlaya bilən mikroorqanizmlər

Bakteriyaların öz nəsillərini davam etdirə bilmək üçün çox böyük fədakarlıqlar etmələri, lazım olduqda öz həyatlarını təhlükəyə atmaları və bütün çətin şəraitlərə baxmayaraq, həyatda qala bilmək üçün kompleks sistemlər inkişaf etdirə biləcək xüsusiyyətlərə malik olmaları yaradılmış olduqlarının dəlillərindəndir.
Bakteriyalar formaca çox dəyişkəndirlər və yaşadıqları mühitə görə görünüş əldə edirlər. Bir çoxunun "spor" kimi müqavimətli formaları var və bu formaya girdikdə həddindən artıq istiyə, soyuğa və ya quraqlığa dözə bilirlər. Bəzi bakteriyaları yox etməyin çətinliyi bundan qaynaqlanır. Bəs spor əmələ gətirmə nədir?

3400 il əvvəl tikilmiş Misirdəki Luksor Məbədinin xarici şəth kərpiclərində və 720 milyonillik qayalarda sporlanmış halda canlı bakteriyalara rast gəlinmişdir.

Növlərinə görə fərqli şəraitlərdə yaşaya bilən bakteriyalar, şəraitlər dəyişincə bölünməyə başlayırlar. Normal şəraitlərdə bu bölünmə nəticəsində ana hüceyrədən irsi xüsusiyyətləri tamamilə eyni olan iki bala hüceyrə meydana gəlir. Ancaq, şəraitlər pozulduqda, ya da qida azaldıqda imtina edilən ilk şey bu "eynilik" olur. Başqa bir ifadə ilə bakteriya şəraitlərin çətinləşdiyini anlayaraq qərar verir və nəslini davam etdirmək üçün tədbir görür. İkiyə bölünmə yenə reallaşır, amma bu dəfə bir-birinə bərabər olmayan iki hüceyrə meydana gəlir. Bu bərabərsizliyin səbəbi hüceyrələrdən yalnız birinin yaşamasıdır. Bunlardan böyük olan ana hüceyrədir və sanki qoruyucu kimi kiçik "qardaşını" təhlükələrdən qoruyur. 10 saat müddətində bütün enerjisini istifadə edərək onu bəsləyir və kiçik hüceyrənin qorunmasına kömək edən xüsusi zülal örtüyünün meydana gəlməsini təmin edir. Beləcə, ikiyə bölünən hissəciklərdən birinin içində inkişaf edən bakteriya dayanıqlı və özünü qoruya bilən xüsusiyyətdəki fərdləri meydana gətirir. Digəri isə qoruyucu xüsusiyyətlərini digər qardaşına verərək ölür və qoruyucu örtüyə çevrilir. Meydana gələn bu dayanıqlı quruluş "spor" adlanır. Başqa sözlə, bakteriyalar normal bölünmələrindən əlavə sporlar vasitəsilə dünyanın hər yerinə asanlıqla yayılırlar.

Tək hüceyrəlilərin fədakarlığı

Burada tək hüceyrəli canlıların öz nəsilləri üçün etdikləri "fədakarlıq" nümunəsi ilə qarşı-qarşıyayıq. Şərtlərin yaşamağa uyğun olmadığını "qabaqcadan hiss edən" bakteriya həm bir an əvvəl ikiyə bölünməsi lazım olduğunu düşünür, həm də fədakarcasına iş reallaşdırır. Sporu meydana gətirən ana hüceyrə heç tərəddüd etmədən, sanki nəslinin davamını "düşünüb", ya da bu üsulun öz nəslini qurtaracağını daha əvvəldən "bilib" zülal örtüyü olmağı qəbul edir.

Bəs bakteriya bu qərarı necə verir? Fədakarlıq edib digər qardaşını və nəslini qurtarmaq üçün ölməsi lazım olan bakteriya nəyə görə seçilir? Bu bakteriya şərtlərin pisləşdiyini və bunun qarşılığında qardaşını gücləndirməli olduğunu necə öyrənir? Bunları hansı iş bölümü, hansı əmr zənciri, daha da vacibi hansı şüurla edir? Gözlə görünməyən bir canlının fədakarlıq edə biləcək şəraitlərə sahib olub, həqiqətən də heyranedici qərarla hərəkət etməsi, şübhəsiz ki, onun "yaradılmış" olduğunu anlamaq üçün qaneedici dəlildir. O yalnız Allah'dan özünə ilham ediləni tətbiq edir.

Milyonlarla il yaşaya bilən bakteriyalar

3400 il əvvəl inşa edilmiş Misirdəki Luksor Məbədinin xarici səth kərpiclərində və 720 milyon illik qaya duzu bloklarında sporlanmış halda canlı bakteriyalara rast gəlinmişdir.

Sporlanma adındakı bu şüurlu əməliyyatı reallaşdırdıqda bakteriyalar müxtəlif mühitlərə rahatlıqla girə bilir və geniş sahələrə yayılırlar. Radioaktiv uran mədənlərində belə canlı bakteriyalar var. 3400 il əvvəl tikilmiş Misirdəki Luksor məbədinin xarici səth kərpiclərində canlı bakteriyalara rast gəlindiyi kimi, 200 milyon və 320 milyonillik, hətta 720 milyon illik qayalarda canlı bakteriyalar tapılmışdır. 20.000 metr yüksəklikdə belə bakteriyalara rast gəlinmişdir. Ən təəccübləndirici nümunə isə şam ağacı qatranı içindən çıxarılmış və bu günə qədər qorunmuş 25 milyon illik arı fosilinin içindən çıxan bakteriya sporlarıdır. Laboratoriyada steril şəraitlərdə çıxarılan bu sporlar çoxaldılmış və beləliklə bakteriyalar olduqca uzun fasilədən sonra yenidən inkişaf etməyə və çoxalmağa başlamışlar.

Həmin sporlanma prosesi mikroorqanizmlərin demək olar ki, hamısı tərəfindən reallaşdırılan qorunma üsuludur. Bu canlıların bəziləri şəraitlər əlverişsiz olduqda sporlanma üsulunu istifadə edərək buxarlanma yoluyla havaya qalxır və buludların arasında mühafizə olunurlar. Atmosferdə yayılmaq və ya qorunmaq istəyən olduqca çox sayda kiçik canlı sporlar yaşayır. Quru və soyuq havalarda səmada qalan bu orqanizmlər buludların arasında yaşadıqları bu müddətdə sanki yuxudadırlar. Buludlardan yağan yağışlarla yer üzünə enirlər. Yerə qayıtdıqda, artıq əvvəlkindən fərqli bölgələrə çatıb yeni dəstə meydana gətirə bilirlər. Buludlar əslində orada yaşayan, qidalanan, nəfəs alan, həyatda qala bilmək üçün müxtəlif şəraitlərə uyğunlaşan canlı kiçik mikroorqanizmlərlə doludur. Bakteriyalar bu canlıların ən tədbirli olanlarıdır. Yerdən kristallaşaraq buxarlanan hava içində yuxarya doğru yüksələrkən özləri ilə metan, fosfat, karbon, kükürd dioksid və digər qidalandırıcı birləşmə depolarını, yəni qidalarını da aparırlar. (Harun Yəhya, Mikrodünya Möcüzəsi)

Bir mikrocanlı tamamilə fərqli şəraitlərin və fərqli tarazlıqların olduğu mühitə, atmosferin üst laylarına necə uyğunlaşa bilir? Burada qorunması lazım olduğunu haradan bilir və buludların arasına yüksəlmə kimi çətin və kompleks üsulu niyə seçir? Daha da maraqlısı, bunu necə bacarır? Kristallaşma və havanın hərəkətlərinə nəzarət etmə kimi qabiliyyəti haradan qazanmışdır və buludların onu qoruya biləcək xüsusiyyətə malik olduğunu, bir gün yağışla birlikdə sağ-salamat yer üzünə qayıda biləcəyini haradan bilir?

Qidasını özü ilə götürməsinin lazım olduğunu necə düşünür və bu tək hüceyrəli canlı qidasını hansı üsulla özü ilə aparır? Bunu bir-birlərindən fərqli quruluşlara və xüsusiyyətlərə malik olmalarına baxmayaraq, "bütün mikroorqanizmlər" necə bacarırlar? Sizcə, tək hüceyrəli mikroorqanizm bütün bunları düşünə bilər, sınayıb öyrənə bilər və öz növünün bütün üzvlərinə izah edə bilərmi? Əlbəttə bunların heç biri mümkün deyil. O halda bütün bu detallar bir daha Allah'ın möhtəşəm yaratma sənətinə işarə edir. Allah bütün bu prosesləri reallaşdıran bakteriyanı yaratdığı kimi onu kristallaşdıran su buxarını, onu yuxarı qaldıran havanı, onu içində saxlayan buludu və atmosferi, onu yerə endirən yağışı və onun çoxalıb yayılmasını təmin edən yer üzünü də Yaradandır. Elə bu səbəbdən qarşımızdakı bütün detallar bir-birləriylə qüsursuz uyğunluq içində yaradılmışdır və bu tarazlıqda milyonlarla ildir heç bir pozulmaya rast gəlinmir. Allah Quranda belə buyurmuşdur:

"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır."(Bəqərə surəsi, 164)