Arılar qütbləşmiş işığı görmə qabiliyyətlərindən istifadə edərək qida tapa bilirlər

Arılar qütbləşmiş işığı görmə qabiliyyətlərindən istifadə edərək qida tapa bilirlər

Arılar yaradıldıqları andan bu günə qədər, yəni milyon illərdir ki, qütbləşmiş işıqdan  istifadə edir, dəqiq hesablamalarla istiqamətlərini təyin edə bilirlər. Bəs bunu necə edirlər?

Arılar istiqamətlərini qütbləşmiş işığa görə tapırlar

Arılar hava buludlu da olsa, günəşi  ultrabənövşəyi şüalarından  faydalanaraq kompas kimi  istifadə edirlər.

Bulud təbəqəsinin seyrək olduğu yerlərdə ultrabənövşəyi şüalar buludların içinə daxil etmə xüsusiyyəti var. Beləliklə, işci arılar bu şüalardan günəşin istiqamətini təyin edərkən istifadə edirlər.

Günəşdən yayılan təbii işıq qütbləşir, yəni şüanın titrəmə istiqaməti Günəş səmada hərəkət edərkən nizamla dəyişir. Bu prosesi  insanlar görmür, amma arılar və başqa canlılar görə bilir. Günəş doğmasa, ya da səma buludlu olsa belə, bu, canlılar üçün maneə deyil.

Arılar buludlu havalarda göyü bölünmüş formada görür ve günəşin o anda olduğu yeri müəyyən edə bilirlər.

Məsələn, bir bal arısı səhər saat 09:00 radələrində pətəkdən çıxsa və bir müddət sonra siz onu tutsanız və saat 16:45 radələrində təbiətə buraxsanız, arı günəşin o andakı və tutulduğu zamandakı vəziyyəti arasındakı fərqi hesablayaraq pətəyin harada olduğunu müəyyən edər və evinə çata bilər.

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.  Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Arılar polyarlaşmış işıqdan ov zamanı necə istifadə edir?

Digər böcəklər kimi arıların da gözlərində qütbləşmə formalarını görə bilən həssas sahə olur. Tozlandırıcı böcəklərin istiqamət təyin edə bilmək, yumurtalarını qoya bilmək və qida axtarmaq məqsədi ilə bu xüsusiyyətlərindən istifadə etdiklərini onsuz da bilirdik. Amma arıların bu xüsusiyyəti yeni kəşf edilib.

Qərbi Avstriya Universiteti, Bristol Biologiya Elmləri və Heyvan Biologiyası şöbəsindən prof. Culian Patric ( Culian Partridge) və digərləri eşşəkarılarının (Bombus Terektis) çiçəklərdəki qütbləşmə üsullarını öyrənərək qida tapa bildiklərini kəşf etdi.

Çiçəklərin döllənməsində eşşəkarılarının xüsusi əhəmiyyəti vardır. Eşşəkarılarının digər arılara görə daha tüklü olan bədənindəki tükcüklər mikroskopik çəngəllərlə əhatə olunub. Bu çəngəllər, arı çiçəyin ətrafında dolaşdıqca yapışan tozcuqları toplamağını asanlaşdırır. Eşşəkarıları daha sonra orta ayaqları ilə tozcuqları səbətinə boşaldaraq saxlayır.

Çiçək növlərinin təxminən 53%-nin qütbləşmə formaları arının gözündəki qütbləşməyə həssas olan sahənin görə biləcəyi mövqedədir. Yarpaqları aşağıya meyilli çiçəklərdən əks olunan işıq, səmanın qütbləşmə naxışları ilə ziddiyyət təşkil edir. Beləliklə, arılar çiçəklərin yerini müəyyən edirlər.

Prof. Patric (Partridge) bu mükəmməl, xüsusi qabiliyyəti belə açıqlayır: “bitkinin varlığı tozlandırıcı canlıların çiçəkləri doğru ayırd edə bilmək qabiliyyətinə bağlıdır. Arılar çiçəkləri tanıya bilmək üçün bəzi işarələrdən istifadə edirlər. Bunlar rəng, forma, toxuma, bəzi kimyəvi birləşmələr və istilik kimi amillərdir. Son zamanlarda aparılan tədqiqatlar göstərir ki, böcəklər çiçəkləri fərqləndirmək üçün onlardakı rütubət nisbəti və elektrik sahələrindən istifadə edirlər.”

Bu səbəbdən bitkinin bir çox fərqli siqnal göndərməsi tozlandırıcı canlıları o yönə çəkməkdə əhəmiyyət daşıyır. Tədqiqatlara görə  qütbləşmə görmə qabiliyyəti arılara da çiçəklərlə bağlı daha çox məlumat toplamasına kömək edir.

Çox  qarışıq fiziki və kimyəvi formullarla açıqlana biləcək bu heyrətamiz xüsusi qabiliyyətləri onlara yaradıldıqları andan etibarən ilham edən yer, göy və ikisi arasındakıların tək sahibi olan uca Rəbbimiz Allah`dır.

Allah Hud surəsində canlılar üzərindəki hakimiyyətini bizə belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)