Payızda yarpaqların tökülməsindəki hikmətlər

Payızda yarpaqların tökülməsindəki hikmətlər

Yarpaqların tökülməsi hər yarpağın saplağı ilə budağı arasında baş verən kompleks proseslər nəticəsində baş verir. Bu hadisə mövzu haqqında məlumatı olmayan insanlara sadə görünə bilər. Hər dəfə payız gələndə eyni prosesin qüsursuz reallaşmasını, üstəlik, bu hadisənin milyon illərdir davam etməsini insanlar adi hal kimi düşünə bilər. Halbuki ağaclar yarpaqlarını tökərkən olduqca kompleks və silsiləli kimyəvi reaksiyalar həyata keçir.

Yarpaqlar tökülmədən əvvəl zülal və karbohidrat kimi lazımlı maddələr bitkinin gövdəsinə yığılır. Beləliklə, tökülən yarpaqlar bu maddələri boş yerə sərf etmir və gələcəkdəki yarpaqlar üçün lazımi qidanın mühüm hissəsini təmin edir. Xlorofilin lazımi vaxtda saxlanması və bitkinin ehtiyacı olan maddələri gövdəsində toplaması yer üzündə həyatın davamı üçün ekoloji zərurətdir.

Bundan başqa, tökülən yarpaqlar meşədə çürüntü əmələ gətirərək yağışı saxlamağa və sormağa kömək edir. Bəzi canlılar da təbii amillərdən qorunmaq üçün bu yarpaqların altında gizlənir. Həmçinin xəzan meşədəki bir çox canlılar üçün qida mənbəyidir.

Əlbəttə ki, ağacların bütün bu prosesləri yerinə yetirəcək ağlı və şüuru yoxdur. Bu mükəmməl nizamı yaradan Allahdır.

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)