360 milyon illik acanthostega təkamülçülərin sudan quruya keçid nağılını bir daha təkzib edir

360 milyon illik acanthostega təkamülçülərin sudan quruya keçid nağılını bir daha təkzib edir

360 milyon illik acanthostega təkamülçülərin sudan quruya keçid nağılını bir daha təkzib edir
Acanthostega dəniz canlısıdır və qəlsəmələri var. 360 milyon il yaşı olduğu təxmin edilir. Kembric Universitetindən paleontoloq Cenni Klek (Jenny Clack) 1987-ci ildə apardığı tədqiqatlar nəticəsində bu fosilin bir əli və bu əldə səkkiz ədəd barmağı olduğunu, buna görə də balıqlarla tetrapodlar (quruda yaşayan dördayaqlı onurğalılar) arasında keçid forma olduğunu irəli sürmüşdür. Təkamülçülər bu izaha və fosilə istinad edərək balıqların ayaqlarının quruya çıxdıqdan sonra əmələ gəlmədiyini, əvvəlcə ayaqlarının əmələ gəldiyini, sonra quruya çıxdıqlarını iddia edirlər. Lakin bu iddia əsassızdır. Əvvəla, Klek təkamülçü olduğu halda, acanthostega-nın quruya çıxıb-çıxmadığını bilmədiyini deyir. Üzgəclərindəki bəzi sümükvari quruluşlara görə bir dəniz canlısını sudan quruya keçid mərhələsində olan ara forma kimi qəbul etmək böyük səhvdir. Təkamülçülərin bu xətası 65 il əvvəl yaşanan selakant yanılmasını çox tez unutduqlarını göstərir.

1930-cu illərin sonuna qədər təkamülçülər selakantı keçid forma olaraq göstərirdilər. 200 milyon illik fosilin üzgəclərindəki sümüklərin ayaqlara çevrildiyini və quruya çıxdığı zaman balığı daşıdığını düşünürdülər. Lakin 1938-ci ildə selakantın hələ də yaşadığının ortaya çıxması təkamülçüləri böyük çaşqınlığa saldı. Balıqçıların Madaqaskar sahillərində ovladığı selakantı tədqiq etdikdə 200 milyon ildir heç bir dəyişikliyə məruz qalmadığı üzə çıxdı. Hətta nəinki quruya çıxmadığı, dənizin dibində yaşayan bir balıq növü olduğu məlum oldu. Üstəlik, təkamülçülərin primitiv ağciyər olaraq izah etdikləri orqanlar da yağ kisələri idi. Həmin tarixdən sonra dənizlərdə dəfələrlə selakant tutuldu və təkamülçülər selakantın keçid forma olduğu iddiasından əl çəkməli oldular.
Selakant nümunəsindən də göründüyü kimi, acanthostega kimi sümükvari quruluşu olan dəniz canlıları quruda yaşamağa uyğun quruluşa sahib olduqları üçün yox, təkamülçülərin ön mühakimələri səbəbindən keçid forma kimi göstərilir.

Acanthostega-nın keçid forma olmadığına dair yeni dəlil: ayaqlardakı qığırdaq quruluş
Ötən sentyabr ayında “Nature” jurnalında dərc edilən xəbərə görə, İsveçdəki Uppsala Universiteti, Fransadakı Avropa Sinxrotron Radiasiya Mərkəzi (ESRF) və Böyük Britaniyadakı Kembric Universitetlərindən olan tədqiqat qrupu 360 milyon illik dəniz canlısı acanthostega fosillərinin ön ayaq sümüklərini ətraflı şəkildə tədqiq etmək qərarına gəldi. Fosilin ayaq sümükləri yüksək keyfiyyətli sinxrotron (yüklü zərrəciklərin yüksək enerjiyə sürətləndirilməsi üçün istifadə edilən dairəvi sürətləndirici) rentgen cihazı ilə tədqiq edildi. Bunun sayəsində acanthostega fosillərinə heç bir zərər dəymədən ətraflı şəkildə araşdırıldı. Devonian dövrünə (419-359 milyon il əvvəl) aid bu fosillərin sümüklərinin içərisindəki mikroskopik quruluşlar, demək olar ki, mükəmməl şəkildə qorunmuşdu. Tədqiqat zamanı istifadə olunan rentgen şüaları acanthostega adlı dəniz canlısı ilə bağlı mühüm bir həqiqəti ortaya çıxardı: acanthostega-nın ön ayaqları qığırdaq quruluşa sahib idi və bu, acanthostega-nın balıqlarla tetrapodlar arasında keçid forma olmadığının mühüm elmi sübutu idi. Çünki qığırdaq minerallaşmamış toxumadır və elastikdir. Buna görə də canlının bədəninin ağırlığını sudan kənarda daşımasını və quruda yaşamasını təmin edə bilməyəcək qədər gücsüzdür. Belə ki, bu elmi fakt göstərdi ki, acanthostega-nın sudan quruya keçən keçid forma olması fizioloji baxımdan qeyri-mümkündür.

Göründüyü kimi, təkamülçü paleontoloqların dünyanın hər yerində apardığı tədqiqatlar uğursuzluqla nəticələnir və axtarılan “itkin həlqələr” heç cür tapılmır. Bu, təkamül prosesinin heç vaxt yaşanmadığını açıq şəkildə göstərir.

Sudan quruya keçidə digər maneələr

Quruda yaşayan canlılarla dəniz canlıları arasındakı böyük fizioloji fərqlər təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salan əsas məqamlardandır. Bunlar beş əsas kateqoriya üzrə sadalana bilər:
1. Ağırlığın daşınması: Dəniz canlıları öz ağırlıqlarını daşımaq məcburiyyətində deyillər. Bədən quruluşları da bu funksiyanı yerinə yetirməyə uyğun deyil. Lakin quruda yaşayan canlıların əksəriyyəti enerjisinin 40%-ni bədənini daşımaq üçün istifadə edir. Belə ki, quruya keçən su canlısı bu enerji ehtiyacını təmin edəcək yeni əzələ və skelet quruluşlarına sahib olmalıdır. Bu mürəkkəb quruluşların isə təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

2. Temperaturun qorunması: Quruda temperatur çox tez dəyişir və arada böyük fərqlər olur. Quruda yaşayan canlıların metabolizmi bu yüksək temperatur fərqlərinə uyğunlaşa bilir. Lakin dənizlərdə temperatur çox ağır dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq yaratmır. Buna görə də dənizlərdəki sabit temperatura uyğun sistemlə təchiz olunmuş canlı quruda yaşamaq üçün buranın temperatur dəyişikliyinə uyğunlaşan müdafiə sisteminə sahib olmalıdır. Balıqların quruya çıxan kimi təsadüfi mutasiyalar nəticəsində belə bir sistemə sahib olduqlarını iddia etmək, şübhəsiz ki, böyük ağılsızlıqdır.

3. Sudan istifadə: Canlılar üçün həyati əhəmiyyət kəsb edən suya quru mühitində az rast gəlinir. Bu səbəbdən sudan, hətta rütubətdən belə qənaətlə istifadə edilməlidir. Məsələn, dəri su itkisinin və buxarlanmanın qarşısını alacaq xüsusiyyətdə olmalı və canlı susama hissinə sahib olmalıdır. Lakin suda yaşayan canlılarda susama hissi olmur və dəriləri susuz şəraitə uyğun deyil.
4. Böyrəklər: Yaşadıqları mühitdə suyun bol olması səbəbindən suda yaşayan canlılar başda ammonyak olmaqla, artıq maddələri dərhal süzərək bədənlərindən kənarlaşdıra bilirlər. Quru mühitində isə su minimum həddə istifadə edilməlidir. Buna görə də bu canlılarda böyrək sistemi var. Böyrəklər sayəsində ammonyak karbamidə çevrilərək toplanır və bədəndən kənarlaşdırılmasında sudan minimum həddə istifadə olunur. Həmçinin böyrəyin fəaliyyətini təmin edən yeni sistemlərə də ehtiyac var. Nəticə etibarilə, böyrəyi olmayan canlılar sudan quruya keçmək üçün bir anda mürəkkəb böyrək sisteminə sahib olmalıdırlar.

5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələri vasitəsilə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Belə ki, quruda yaşamaq üçün bir anda mükəmməl ağciyər sisteminə sahib olmalıdırlar.

Bir canlıda bütün bu fizioloji dəyişikliklərin eyni anda, təsadüflər nəticəsində meydana gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Təkamül nəzəriyyəsinin bunları açıqlaması və elmi dəlil göstərməsi qətiyyən mümkün deyil. Saxta keçid forma iddiaları xəyal gücünə əsaslanan fərziyyələrdən başqa bir şey deyil.

MƏNBƏ:

European Synchrotron Radiation Facility. (2016, September 7), ScienceDaily. www.sciencedaily.com/releases/2016/09/160907135132.htm
Adnan Oktarın “News Rescue”da yayımlanan məqaləsi:
http://newsrescue.com/360-million-year-old-acanthostega-fossil-refutes-evolutionary-claims-transition-land/